t s

» » Bakıda DƏHŞƏT: Sahibsiz itlər azyaşlılara hücum çəkdi - VİDEO

Bakıda DƏHŞƏT: Sahibsiz itlər azyaşlılara hücum çəkdi - VİDEO

9-10-2018, 22:23 Yazar:  Gülnar Baxılıb: 75 Çap et
Bakıda DƏHŞƏT: Sahibsiz itlər azyaşlılara hücum çəkdi - VİDEO
Küçə itlər iki uşağa hücum edib, birinin dodağını, digərinin əlini dişləyib. Hadisə Bakıda, Xəzər rayonunda baş verib. Xəsarət alan uşaqların vəziyyəti hazırdanormaldır. Yaşayış massivinin sakinləri isəərazidə sahibsiz itlərin çox olmasından narahatdırlar. Onlar aidiyyatı qurumlardan problemin həllini tələb edirlər.

Bakıda sahibsiz itlər uşaqlara hücum edib.

İtlər uşaqlardan birinin dodağını, digərinin isə əlini dişləyib. Hadisə Xəzər rayonu, Buzovna qəsəbəsi "İkinci yeni sahə" adlandırılan ərazidə baş verib.

Zibillikdə toplanan sahibsiz itlər Mələk İbrahimova ilə Ramal Hüseynliyə hücum edərək onlara xəsarət yetirib..

Sakinlər deyirlər ki, sahibsiz itlər təkcə balacalara yox, elə böyüklərə də qənim kəsilib. Massivdə zibil qutuları olmadığından, məişət tullantıları hara gəldi atılır. Bu da sahibsiz itlərin həmin əraziyə toplanmasına səbəb olur.

Sakinlər məsələ ilə bağlı aidiyyatı qurumlara dəfələrlə müraciət etdiklərini deyirlər. Buzovna qəsəbə nümayəndəliyindən bildirildi ki, bir neçə dəfə sözügedən ərazidən sahibsiz itlər yığılaraq aparılıb və bu tədbirlər davam etdiriləcək.

Bələdiyyədən isə bildirildi ki, bir ay ərzində həmin əraziyə zibil qutuları qoyulacaq.





www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

17:02 Adil Vəliyev bu utancverici FAKTI GÖRMÜRMÜ? - Məsuliyyətsizlik, yoxsa biganəlik? Gənc nəslin tərbiyəsi, onlarda milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hisslərinin aşılanması ən ümdə məsələlərdən biri və prioritet olmalıdır. Sözsüz ki, öz keçmişinə biganə qalmamaq, yaşadığımız faciələrin bir daha təkrarlanmamağı üçün övladlarımıza bu hisslər təlqin
10:07 Xəzər rayon Məhkəməsi hakimindən görünməmiş qanunsuzluq - ETİRAZ «Təzadlar» qəzeti redaksiyasına Xəzər rayonunun Buzovna qəsəbə sakinləri- Əliyev Ağasadıx İbrahim oğlu, Şücai Qızxanım Nadir qızı, 1-ci qrup əlil Quliyeva Firəngiz Hüseyn qızı və Zeynalova Azadə Xudaverdi qızı tərəfindən yazılmış və Azərbaycan ədliyyə naziri cənab Fikrət Məmmədova (surəti
17:18 "Atam mənə elə sərvət qoyub ki, heç vaxt bitməyəcək” Bəxtiyar Məmmədov mərhum xanəndə Səxavət Məmmədovun oğludur. 8 yaşından Azərbaycan Dövlət Televiziyasında (AzTV) bir sıra uşaq verilişlərinin aparıcısı olan B.Məmmədov hazırda diplomatik fəaliyyətlə məşğuldur. 1984-cü ildə anadan olan B.Məmmədov 2001-ci ildə Bakı şəhəri 43 saylı litseyi fərqlənmə
14:23 Sevgi və Gözəllik Mələyinin möcüzə dünyası Hər keçən gün, bir gün öncə baş verən bir hadisənin təsadüfi olmadığını bir daha sübut edir, çünki bütün təsadüflər elə zərurətdən doğur. Daha açıq desək, həyatda heç bir şey təsadüfi deyil. Hər bir xırdalıq dəfələrlə ölçülüb-biçilib, insan üçün nəyin yaxşı, nəyin pis olduğuna bundan sonra qərar
13:03 11 yaşlı qızın QAN DONDURAN DRAMI: “Hər gecə dəhşət filmləri göstərirdilər” Sizə insanların uğur hekayələrini təqdim edəcəyik. Bilirəm, uğur hekayəsi adı altında çox tanınmış insanların övladları və ya nəvələri ilə tanış olmusunuz. Biz o layihələri davam eləməyi düşünmürük. Bizim qəhrəmanlar həyata uğursuzluqla başlayanlar, valideynlərinin adı rastlaşdıqları qapıları

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az