t s

» » Prezident Qazaxın qadın müavininə nə vaxt yerini göstərəcək?

Prezident Qazaxın qadın müavininə nə vaxt yerini göstərəcək?

9-10-2018, 18:56 Yazar:  Gülnar Baxılıb: 682 Çap et
Prezident Qazaxın qadın müavininə nə vaxt yerini göstərəcək?
Qazaxda əksəriyyət Gülayə Həsənovadan narazıdır. Vaxtı ilə Qazax ayon İcra hakimiyyətinin başçısı vəzifəsində işləmiş Rauf Hüseynovun dövründə bu vəzifəyə təyin olunan Gülayə Həsənovanın rayon əhalisinə şəxsi qərəzçilklə yanaşma prinsipi adi hal alıb.

Mediaxeberleri.az
-a daxil olan məlumatlara görə, rayonda 15 ildi ki, bu vəzifədə çalışan qadın müavin , xüsusilə də zəif məxluqlar olan qadınların başına oyunlar açır. Gülayə Həsənova bu vəzifəyə Qazax Rayon Təhsil Şöbəsində işləyərkən gətirilib. Gəlişi isə heyrət doğurur. Həmin illər Milli Məclisə seçkilər zamanı hansı ağıllısa sonradan geri götürmək məqsədilə onun da namizədliyini verməsini təklif edir. O da namizədliyini verir. Sonradan geri götürməsini bildirirlər. Gülayə Həsənova razılaşmır. Əlqərəz, ona yuxarıdan bilidirirlər ki, “ geri götür, sənə rayonda yaxşı vəzifə verəcəyik”. Elə də olur. Namizədliyini geri götürən Həsənova icra başçısının sabiq müavini Fərman Nağdəliyevin vasitəsilə müavin gətirilir. O həm də ona çörək verən Fərman Nağdəliyevin yaxın qohumudur. Fərman Nağdəliyevin həyat yoldaşının xalası qızıdır. Sonrada Qazaxa icra başçısı təyin olunan Rəcəb Babşova Fərman Nağdəliyevin vəzifədın getməsi üçün “qurğunun qurulnasında” da Gülayə fəal iştirak edir.

Sual olunur: Guya Gülayə Həsənova deputatlığa namizəliyini götürməsə nə olası idi ki? Deyirəm insanların qəribə naxış taleyi var ki, Gülayə xanımın da naxışı belə gətirib...

Deyilənə görə xanım müavin elmlər namizədidr. Namizədliyinin məsxərəyə qoyulmasını da mən Bakıda eşitmişdim. Qadın müdafiə işini Moskvada etsə də rus dilini elmi cəhətdən elə də mükəmməl bilmir. Elə şübhə də burdan doğur. Onun müdafiə işini Azətbaycan Milli Elmlər Akademiyasınıln Atestasiya Komissiyası tanımayıb. Yəqin ki, belə namizədlər də resbublikada saysızdır. Müəllimənin dil üslubunun zəifliyi də söylənilir. Ümumiyyətlə, qadının tutduğu vızifədə idarəçiliyi olduqca zəifdir. Zəif olduğu üçün də onun vətəndaşlarla qərəzçiliyi güclü inkişaf edib. (Bu da bir iddiadır).

Gülayə Həsənova deyilənə görə, tutduğu vəzifədə heç kimə yaxşlıq belə etməyib. Qazax sakinlərini icra hakimiyyətindən “küsdürüb”. Kimin icraya işi düşürsə birinci olaraq gözünün qabağına Gülayə Həsənova gəlir. Bu da yaxşı əlamət deyil. Əsəb, özündən çıxma, titrəmə, əllərin üyüşməsi kimi xəstəliklərə düçar olan Qazax sakinləri Gülayə Həsənovanın bu millətə xeyirini və şərini başa düşə bilmirlər.

Əslində Gülayə Həsənova bu vəzifədən 3 il bundan öncə çıxmalı idi. Onun Qazax Mərkəzi Müalicə Diaqnostikada işləyən qardaşı şöbə müdiri vəzifəsində işləyir. Mübahisə zamanı tibb elmlər namizədi Vasif adlı gözəl bir cərrahı öldürmək məqsədi ilə soyuq silah işlətmişdi. Vasif xoşbəxtlikdən aldığı zərbədən zorla həyata qaytarılmışdı. Gülayə Həsəniova ölkədəki qanunlarımızın boşluğundan istifadə edərək yuxarıya-aşağıya çıxaraq qardaşını qanunların əlindən ala bilib. Yenə həmin vəzifədə işləməsinə yardımçı olmuşdu. Bunun özü analoqsuz bir hadisədi.

Haşiyə: Sonrada yazırlar ki, ölkədə qanunlarımızın işləmə mexanizmi yoxdu. Gülayə Həsənovanın bu hərəkətlərini görən hansı qanuna inana bilər?
Gülayə Həsənova tutduğu bu 15 illik vəzifədə korrupsiya və rüşvətxorluğun gözünə dik baxan qadındır. Adam var ki, 50 ildi işləyir, hələ ki özünə 1 toyuq damı tikə bilməyib. Gülayə Həsənova: Türkiyədə “laləli” deyilən məkanda qızına ev alıb. Bakıda evləri, Qazaxda evləri, mərkəzdə, telekommunikasiya qovşağının qənşərində “Loğman” adlı apteki, başqasının adına olan marşurutu və sairələri var. Cəmiyyətimizdə qadınla kişi eyni hüquqa malki olsa da , belə yerdə deyirlər ki, “bu qadın lap ağ eyləyib?” Onun bu hərəkətlərindən dövlət orqanları nə üçün xəbərsizdilər? Adama deməzlər ki, qadın olduğun yerdə bu qədər varidat Sizdə hardandır? Elə bu soruşqanlıq olmadığı üçün də Gülayə Həsənova bildiyini “babasına” verməyərək, hər "işlə" məşğuldur. Yeri gəlmişkən, Gülayə xanıma məxsus aptekdə bacısı qızı Sədaqət adlı gəlin işləyir. Həmin aptekdə yeganə olaraq psixotrop dərmanların satlması da iddia olunur.


Özünü bu gün də Qazax rayon icra hakimiyyətinin başçısı Rəcəb Babaşova “məzlum” kimi göstərən Gülayə xanım hazırda isə əsarətində olan təhsil, mədəniyyət və səhiyyə sisteminə “divan” tutur. Danışıqlar yolu ilə bacarıqsız və işbilməz kadrları həmin yerlərə işə düzəldir. Ona xeyir verməyənlərin isə ağızlarını Qazax Məşğulluq Mərkəzinə salır. Orada da 10 il gözləməkdən gedib günəbaxan tumları satmaq daha bərəkətli olar. Buy da bir oyundur.

Gülayə Həsənovanın Rəcəb Babaşov gələndən bir bəxti də “çırt” atıb. Xanım müavinə Qazax rayonundakı uşaq baxçaları da həvalə edilib. Burada da tam yalan informasiyaları həmişə həqiqəti, təmizliyi bayraq kimi əlində tutan rayonun icra başçısına çatdırır. Bacarıqlı, ixtisası olan, işinin öhdəsindən layiqincə gələn qadınlar şərlənərək baxçadan kənarlaşdırılır. Onlar da haqqın-ədalətin bu cəmiyyətdə varlığına şübhə ilə yanaşırlar. Bunun günahı isə birbaşa Qazaxın hörmətli icra başçısı Rəcəb Babaşovda və onun inandığı Gülayə Həsənovadadır.

Baxçada çalışanların ürəyi sanki tükdən asılı qalıb. Əksəriyyəti qorxu xəstəliyinə titulub. Hər biri uşaqlara xidməıt edə-edə yalnız belə düşünürlər: “ birdən başçı içəri girər, birdən Gülayə gələr, birdən noolar?”

Verilən məlumata görə səhərlər işə gələn işçilər sağ-salamat qurtarsa məscidə nəzir verəcəklərinə and içirlər.
Bu yaşayışdı, yoxsa zülüm? “İnsan olan insan kimi yaşamazmı?”

Qazaxdan əli dayanmadan təərif yazanlar bilsinlər ki, həqiqət başqa şeydir. Dahilərdən biri deyib ki: “Kim həqiqəti görə-görə danırsa, o ancaq axirətdə cəzasını çəkəcəkdir”. Necə ki, Qazaxda olduğu kimi.

Mövzuya qayıdacağıq.

Kimin haqlı şçikayəti varsa, redaksiyamız üzünə açıqdır.

Qarşı tərəfin mövqeyi bizim üçün əsasdır. Buyura bilərlər.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

11:50 PEYĞƏMBƏRLƏRİN HƏYATINDA VƏ KƏLAMLARINDA ƏTRAF MÜHİTƏ MÜNASİBƏT Dünya dinləri tarixinə nəzər salsaq peyğəmbərlərin kəlamlarında, hədislərində əhalinin ətraf mühitə münasibətlərini müəyyənləşdirən ekoloji fikirlərə rast gələrik. Onların həyat fəaliyyəti belə fikirlərlə doludur. Əhalinin yeni dinə iman gətirmələri üçün göstərdikləri möcüzələr bu baxımdan faydalı
14:22 AXCP sədri Razi Nurullayev: "Hakimiyyət bizim proqramdan istifadə etdi, amma..."- MÜSAHİBƏ AXCP sədri: "Hakimiyyətin içərisində Əli Kərimlini saxlayan qüvvələr var" Mediaxeberleri.az AXCP sədri Razi Nurullayevin Modern.az saytına müsahibəsini təqdim edir. -Razi bəy, son zamanlar görünmürsünüz. Deyəsən işləriniz çoxdur. -Əksinə, mən çox görünürəm. Əslində mənim problemim elə çox
09:40 Qutsal “Xəlqilik” Bayramında deyilmiş fikirlər Asif Atanın – İnam Atanın Mütləqə İnam Ocağı Ocaq Günsırası ilə 13 Şölə Ayı, 37-ci ildə (miladla iyun, 2015) Mütləqə İnam Ocağı təbiət qoynunda “Xəlqilik” Bayramını həyata keçirdi. Öncə Bayram tonqalı qalandı. Tonqal yörəsində Ocaq Yükümlüsü Soylu Atalı söz dedi: Bu ocaq Asif Atanın yaratdığı
21:22 Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Asif Atanın (İnam Atanın) Mütləqə İnam Ocağı Ata Ocaq ilsırasının 37- ili Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Törən öncəsi həyətdə tonqal qalandı. Tonqal başında qutsal söz söylənildi. Nurtəkin Atalı: Bu Ocağın qalanması, məni “Xalqlaşma İli”mizdə yeni uğurlara çağırır. Soylu Atalı: Sən
19:55 M.Ə.Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti” bitiyini “Tanıtma törəni” keçirildi Türkel Araşdırma Qurumu sunur (Məhəmməd Əmin Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti” bitiyini “Tanıtma törəni” keçirildi) Soylu Atalı: Ürəyinizdə Günəş olsun, sayğılı yurddaşlarımız! Bu gün fevral ayının (bizdə Köçəri Ayının) 10-u Azərbaycanın tarixi faciələrindən birinin “Türkmənçay Bağlaşması”nın

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az