t s

» » Sabiq “baş liftçi”nin işində yeni gəlişmə - ABŞ-dan istintaqçılar gəlir…

Sabiq “baş liftçi”nin işində yeni gəlişmə - ABŞ-dan istintaqçılar gəlir…

9-10-2018, 09:00 Yazar:  Gülnar Baxılıb: 79 Çap et
Sabiq “baş liftçi”nin işində yeni gəlişmə - ABŞ-dan istintaqçılar gəlir…
Qüdrət Şükürovun adına əmlaklarını rəsmiləşdirdiyi İlqar Ramazanovun kimliyi bilindi; “Binə” ticarət mərkəzində böyük biznes hansı pullara alınıb?

Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) “Lifttəmir” İstehsalat Birliyinin sabiq rəisi Qüdrət Şükürovun həbsini qaçılmaz edən səbəblər artır. Redaksiyamıza daxil olan məlumatda iddia olunur ki, ABŞ-dan xüsusi istintaqçılar Azərbaycana gəlməyə hazırlaşır. Xüsusi istintaqçılar Q. Şükürovun korrupsiya pullarını harada, necə əldə etməsinə şahidlik etmiş keçmiş qudası Rafael Əsgərovu dindirməyi planlaşdırırlar.

Q.Şükürovun adı ABŞ-ın Xarici Korrupsiyaya qarşı Mübarizə Aktını pozulması ilə müşayiət olunan korrupsiya cinayətinə qarışıb. Bu il sentyabrın 15-də ABŞ-ın Qiymətli Kağızlar Komitəsi (SEC) “United Technologies Corporation” şirkətini 13 milyon 400 min dollar cərimələyib. Buna səbəb şirkətin törəmə müəssisəsi olan “Otis Elevator Co.” lift istehsalı şirkəti tərəfindən Bakı Lift-Təmir İstehsalat Birliyinə (SEC-in sənədlərində bu müəssisənin adı “Liftremont” kimi gedir) rüşvət verilməsidir. Bu haqda Azərbaycan mətbuatında, “Yeni Müsavat” qəzetinin 18 sentyabr tarixli sayında (https://musavat.com/news/abs-da-baslanmis-liftremont-korrupsiya-qalmaqali-boyudu-sensasion-gelisme_556417.html?d=1 ) “ABŞ-da başlanmış “Liftremont” korrupsiya qalmaqalı böyüdü - sensasion gəlişmə” sərlövhəli yazı dərc olunub. Bundan sonra Q. Şükürovun keçmiş qudası Rəfael Əsgərov bir neçə dövlət qurumu ilə yanaşı ABŞ-ın ölkəmizdəki səfirliyinə də müraciət ünvanlayıb. O, müraciətində olduqca ilginc məqamlara toxunub, bu qalmaqallı korrupsiya cinayətinin hərtərəfli araşdırılması üçün ifadə verməyə hazır olduğunu bəyan edib. Yaxın günlərdə Bakıya gəlməsi gözlənilən istintaqçıların R.Əsgərovu bu mövzuda dindirəcək, ifadə alacaqlar.

R.Əsgərov Q.Şükürovun “otkat”ları haradan, hansı yollarla alması haqda da bilgilərə malikdir. ABŞ-da bu qalmaqallı korrupsiya işi ilə bağlı araşdırmalardan xəbər tutunca böyük korrupsiya cinayəti ilə bağlı şahid qismində ifadə vermək üçün olduqca ciddi addımlar atıb. 1 həftə əvvəl o, ABŞ-ın ölkəmizdəki səfirliyinə, Bakı Şəhər İcra Hakimiyyətinə və baş prokurora sensasion məktub ünvanlayıb. O, şahid qismində ifadə vermək üçün Azərbaycan hüquq-mühafizə orqanları ilə yanaşı ABŞ-ın müvafiq dövlət qurumlarına da bildiyi və şahidi olduğu böyük korrupsiya qalmaqalı ilə bağlı məluma verməyə hazır olduğunu bəyan edib.

“Liftremont”da yol verilmiş qanun pozuntuları ilə bağlı Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin 179.4-cü (mənimsəmə və ya israf etmə - xüsusi ilə külli miqdarda ziyan vurmaqla törədildikdə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə, ağır nəticələrə səbəb olduqda) maddələri ilə cinayət işi başlanıb. Məlum olub ki, Q.Şükürovun işdən qovulması baş prokuror Zakir Qaralovun təqdimatı əsasında baş tutub. Baş prokurorun bu haqda Bakı Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsini icra edən Eldar Əzizova müvafiq müraciətindən sonra “baş liftçi” işdən qovulub. Eyni zamanda Baş Prokurorluğun istintaq qrupu “Lifttəmir” İstehsalat Birliyində müvafiq yoxlamalara başlayıb. Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov Q.Şükürovun ölkəni tərk etməsi ilə bağlı yayılan məlumatların həqiqəti əks etdirmədiyini deyib. “Lifttəmir” İstehsalat Birliyində müvafiq yoxlamaların başladığını da xidmət rəhbəri təsdiq edib.

Belə xəbərlər var ki, işdən qovulandan sonra Q.Şükürova yaşadığı ünvanı tərk etməmək haqda xəbərdar edilib, ondan iltizam alınıb. Ötən sayımızda Q.Şükürovun mal-mülklərini Azərbaycan vətəndaşları İlqar, Aynur, Xuraman, Gumaş Ramazanovların adına keçirməsi haqda məlumatları da bölüşmüşdük. Aldığımız son məlumatlarda isə deyilir ki, İlqar Ramazanovla Qüdrət Şükürovun illərdir ki, əlaqələri var. İddia olunur ki, Qüdrət Şükürovun mal-mülkünü İlqar Ramazanovun, onun yaxınlarının adına rəsmiləşdirməsi təsadüfi deyil. Ramazanov Şükürovun “Binə” ticarət mərkəzindəki böyük biznesini idarə edir. Həmin biznesdə onların şəriklikləri olduğu deyilir. Şükürovla Ramazanovun toy-nişan məclislərində, ad günlərində də birgə görünmələri və tez-tez əlaqə saxlamalarının biznes münasibətlərinə söykəndiyi qeyd olunur. Belə tədbirlərdən birində çəkilmiş, Şükürovla Ramazanovun birgə tort kəsmələri əks olunmuş foto da bu iki şəxsin əlaqələrini bir daha təsdiq edir.

E.MƏMMƏDƏLİYEV,
“Yeni Müsavat”




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

17:46 İlham Əliyev yüzlərlə məhbusu əfv etdi - SİYAHI + YENİLƏNİB Azərbaycan prezidenti İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə əfv olunması haqqında sərəncam imzalayıb. Mediaxeberleri.az-ın xəbərinə görə, sərəncama əsasən, azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş aşağıdakı şəxslər cəzanın
15:09 “Rabitə işi”ndə şahid: Bayramlarda o, 300 manat “paket” verirdi Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində mənimsəmədə və vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə təqsirləndirilən Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) sabiq Aparat rəhbəri Vidadi Zeynalov, “Aztelekom” MMC-nin sabiq baş direktoru Məhəmməd Məmmədov, “Bakı Telefon Rabitəsi”
15:18 Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə ünvanlanmış əfv haqqında müraciətlərinə baxaraq, məhkumların şəxsiyyətini, səhhətini, ailə vəziyyətini, cəza çəkdikləri
23:12 Prokurorluğun qarşısındakı “kəfənli etiraz”la bağlı - Rəsmi açıqlama Baş Prokurorluq bu gün qurumun binasının qarşısında keçirilən etiraz aksiyası ilə bağlı məlumat yayıb. “Qafqazinfo”nun məlumatına görə, qurum bildirir ki, vətəndaşlardan daxil olmuş prokurorluğun səlahiyyətlərinə aid olan bütün müraciətlər üzrə cinayət-prosessual qanunvericiliyin tələblərinə uyğun
18:47 Prezident İlham Əliyev əfv fərmanı imzaladı - TAM SİYAHI Prezident İlham Əliyev əfv fərmanı imzalayıb. Mediaxeberleri.az AzərTac-a istinadən həmin fərmanı diqqətinizə çatdırır: Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az