t s

» » Heç kəsin dini nikah bağlamaq hüququ yoxdur - ŞƏRH

Heç kəsin dini nikah bağlamaq hüququ yoxdur - ŞƏRH

9-10-2018, 08:56 Yazar:  Gülnar Baxılıb: 73 Çap et
Heç kəsin dini nikah bağlamaq hüququ yoxdur - ŞƏRH
Erkən nikahları faktiki olaraq ailə zorakılığına bərabər tuturuq, çünki belə faktlar, əsasən, qızın iradəsinə zidd olaraq baş verir. İkincisi, bunun qarşısını almaq üçün biz dini qurumlarla sıx əlaqə saxlayırıq. Bizdə bu dini mərasimin icrası ən yüksək dini qurumlar səviyyəsində qadağan olunub.

Bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova deyib.

O qeyd edib ki, əvvəla, nikah bağlanan qızın 18 yaşı tamam olmalıdır, ikincisi, rəsmi qeydiyyat sənədi olmasa, heç kəsin dini nikah bağlamaq hüququ yoxdur.

“Əlbəttə, bəzi yerlərdə belə hallar olur. Bunun qarşısını almaq üçün biz Azərbaycanın bütün rayonlarının rəhbərliyinə rəsmi müraciət etmişik, monitorinq qrupları yaratmışıq. Bu, nə deməkdir?

Monitorinq qrupu, bir tərəfdən, bütün belə halların və zorakılığın profilaktikasını aparır, digər tərəfdən, belə hallara operativ müdaxilə edir. Bu monitorinq qruplarının hər birində müvafiq dövlət strukturlarının nümayəndələri - prokuror, hüquqşünaslar, hakimlər, mənim rəhbərlik etdiyim komitənin nümayəndələri, təhsil, mədəniyyət sahələrinin və icra hakimiyyətinin təmsilçiləri var.

Toy olacağı barədə xəbəri rayonda, təbii ki, hamı eşidir. Rayonda artıq bilirlər ki, gəlib o adamı həbs edəcəklər, çünki həmin şəxs qanunu pozur və buna imkan verilməyəcək. Artıq rəsmi müraciət etməyə başlayıblar, çünki cəzalandırıla biləcəklərindən qorxurlar.

Bilirsiniz ki, biz 70 il Sovet İttifaqı adlanan bir ölkədə birgə yaşamışıq. Sonra hərə öz küncünə çəkilib. Bu proses bəzi yerlərdə sakit şəraitdə, bizdə isə ölkəmiz üçün ağlasığmaz sarsıntılar fonunda keçib.

Ən dəhşətlisi o idi ki, insanların şüurunda boşluq yarana bilərdi. Onlar dəyişmiş şəraitdə özlərini yetərincə real görmürdülər, nələr baş verə biləcəyini anlamırdılar. Lakin sonra ölkəmiz, necə deyərlər, relsə düşdü, inanılmaz “bum”, iqtisadi inkişaf dövrü başlandı və bu gün Azərbaycan bütövlükdə, hər cəhətdən dinamik inkişaf edən ölkədir.

Bu fonda kimsə birdən-birə özünün 15-16 yaşında qızını ərə vermək fikrinə düşsə... Belə insanlarla iş aparmaq lazımdır. Əlbəttə, mentallıq nəzərə alınmaqla”, - deyə komitə sədri əlavə edib.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

17:18 "Atam mənə elə sərvət qoyub ki, heç vaxt bitməyəcək” Bəxtiyar Məmmədov mərhum xanəndə Səxavət Məmmədovun oğludur. 8 yaşından Azərbaycan Dövlət Televiziyasında (AzTV) bir sıra uşaq verilişlərinin aparıcısı olan B.Məmmədov hazırda diplomatik fəaliyyətlə məşğuldur. 1984-cü ildə anadan olan B.Məmmədov 2001-ci ildə Bakı şəhəri 43 saylı litseyi fərqlənmə
16:01 “Uluyol-Hünər” Ailəsinin “Ailə Günü” toplantısında deyilmiş fikirlər Asif Atanın – İnam Atanın Mütləqə İnam Ocağı “Uluyol-Hünər” Ailəsinin “Ailə Günü” toplantısında deyilmiş fikirlər Ocaq Günsırası ilə 28 Od Ayı, 37-ci ildə (iyul, 2015) İnam Evində “Uluyol-Hünər” Ailəsinin “Ailə Günü” toplantısı keçirildi. Öncə Ailə Gününün quralları yerinə yetirildi. Sonra
21:22 Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Asif Atanın (İnam Atanın) Mütləqə İnam Ocağı Ata Ocaq ilsırasının 37- ili Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Törən öncəsi həyətdə tonqal qalandı. Tonqal başında qutsal söz söylənildi. Nurtəkin Atalı: Bu Ocağın qalanması, məni “Xalqlaşma İli”mizdə yeni uğurlara çağırır. Soylu Atalı: Sən
22:01 “Türkmənçay Bağlaşması” – Özgürlüyümüzün sınırı Türkel Araşdırma Qurumu sunur “Türkmənçay Bağlaşması” – Özgürlüyümüzün sınırı Soylu Atalı: Ürəyinizdə Günəş olsun sayğılı yurddaşlarımız! Bu gün Türkel Araşdırma Qurumu adına Azərbaycanın bir neçə aydını – Xaliq Bahadır, Yadigar Türkel, Abil Ulusoy, Əlisəfa bəy və mən, Soylu Atalı Azərbaycanın
19:55 M.Ə.Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti” bitiyini “Tanıtma törəni” keçirildi Türkel Araşdırma Qurumu sunur (Məhəmməd Əmin Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti” bitiyini “Tanıtma törəni” keçirildi) Soylu Atalı: Ürəyinizdə Günəş olsun, sayğılı yurddaşlarımız! Bu gün fevral ayının (bizdə Köçəri Ayının) 10-u Azərbaycanın tarixi faciələrindən birinin “Türkmənçay Bağlaşması”nın

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az