t s

» » Azərbaycanlı "qanuni oğru" azadlığa çıxdı

Azərbaycanlı "qanuni oğru" azadlığa çıxdı

9-10-2018, 08:08 Yazar:  Gülnar Baxılıb: 59 Çap et
Azərbaycanlı "qanuni oğru" azadlığa çıxdı
Mərhum "qanuni oğru” Rövşən Canıyevin ("Rövşən Lənkəranski”) yaxın adamı, kriminal aləmdə "Zaur Naxçıvanski” adı ilə məşhur olan, 32 yaşlı azərbaycanlı "kriminal avtoritet” Zaur Şipilov azadlığa buraxılıb.

Bu barədə "Sputnik Azərbaycan”a kriminal dairələrə yaxın mənbə məlumat verib.

Şipilov narkotik vasitələrin qanunsuz dövriyyəsi ittihamı ilə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, o, 2006-cı ilin aprelində Moskvada "qanuni oğru” Hikmət Muxtarovla (Sabirabadlı Hikmət) birlikdə güllələnmiş kriminal avtoritet Bayram Talıbovun oğludur. Şipilov 2013-cü ilin iyulunda Türkiyədə "taclandırılıb”.

"Naxçıvanski” 2015-ci ilin oktyabrında Moskvanın Çertanovo rayonundakı "Çayxana” restoranında Rusiya DİN Cinayət-axtarış Baş İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Şəxsi baxış keçirilən zaman "qanuni oğru”nun üzərində böyük miqdarda heroin aşkarlanıb.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

17:46 İlham Əliyev yüzlərlə məhbusu əfv etdi - SİYAHI + YENİLƏNİB Azərbaycan prezidenti İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə əfv olunması haqqında sərəncam imzalayıb. Mediaxeberleri.az-ın xəbərinə görə, sərəncama əsasən, azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş aşağıdakı şəxslər cəzanın
16:52 Rövşənlə Piter Elçini kim düşmən etdi - Şok təfərrüat Azərbaycanın ən nüfuzlu şəxslərindən birinin qohumunun adının bu işdə hallanmasının onun kriminal aləmlə əlaqələrinin olduğunu deməyə əsas vermir. Amma Piter Elçin- Rövşən Lənkəranski münasibətlərinə son qoyan hadisədə məhz onun iştirakının olduğunu deməyə kifayət qədər əsas var. Ötən yazıda qeyd
09:03 Rövşən Lənkəranskiyə sui-qəsd – TƏFƏRRÜATLAR Dünən gecə İstanbulda baş verən və məşhur kriminal avtoritet Rövşən Lənkəranskinin qətlə yetirildiyi atışma ilə bağlı yeni təfərrüfarlar məlum olub. Mediaxeberleri.az Virtualaz.org-a istinadən xəbər verir ki, İstanbuldakı mənbənin məlumatına görə, Rövşən Lənkəranskinin öz briqadasının üzvləri ilə
18:47 Prezident İlham Əliyev əfv fərmanı imzaladı - TAM SİYAHI Prezident İlham Əliyev əfv fərmanı imzalayıb. Mediaxeberleri.az AzərTac-a istinadən həmin fərmanı diqqətinizə çatdırır: Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə
08:45 Generalın qardaşının və Talıbovun qohumunun həbsinin sirri “Yanğın” daha iri məmurların çevrəsinə çatdı; Qəzənfər Novruzovun həbsi Vasif Talıbovun hakimiyyətə əvvəlki illərdəki qədər təsiri qalmadığını sübut etmiş oldu; Naxçıvan Ali Məclisinin sədrinin bundan əvvəl də bir qohumu tutulmuşdu; Avropa Oyunlarından sonra hakim komandada gözlənilən ciddi kadr

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az