t s

» » Ağstafada üç küçə yenidən qurulur – FOTO

Ağstafada üç küçə yenidən qurulur – FOTO

8-10-2018, 23:05 Yazar:  Gülnar Baxılıb: 88 Çap et
Ağstafada üç küçə yenidən qurulur – FOTO
Ağstafa rayonunun sosial-iqtisadi inkişaf proqramı çərçivəsində son olaraq yenidən qurulan Ağstafa şəhər Əsgər Eminov küçəsindən sonra daha üç küçəsində Qaçaq Kərəm, Səməd bəy Mehmandarov və İbrahim Rəhimovda da yenidənqurma, təmir-bərpa işlərinə start verilib.

Mediaxeberleri.az
xəbər verir ki, Ağstafa rayonu İcra hakimiyyətinin başçısı Məhərrəm Quliyev rayonun bir sıra məsul şəxsləri ilə birlikdə hər üç küçəni gəzərək təmir işləri ilə tanış olub və mövcud uyğunsuzluqların aradan qaldırılması istiqamətində əlavə tapşırıqlarını verib. Kommunikasiya idarəsi rəhbərlərinə aidiyyəti sahələri üzrə təmir-bərpa işlərinin aparılmasını tapşırıb.

Yenidənqurma işləri İcra hakimiyyəti rəhbərliyinin nəzarəti altında “Azəryolservis” ASC tərəfindən yüksək keyfiyyətlə aparılır və vaxtında yekunlaşdırılması üçün əraziyə lazımi sayda canlı qüvvə və texnika cəlb olunmaqdadır.

Ağstafada üç küçə yenidən qurulur – FOTO




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

22:56 Batan yurd yerinin, "itən" oğulların sorağı ilə Kürün sahilinə gəlmişik Sular axdıqca durulur Onların hər ikisi bir zaman bu yerlərdə şan-şöhrət sahibi idi. Qaçaq Kərəm də, İsrafil ağa da; hərə öz sahəsində. Biri igid qaçaq, digəri alicənab insan kimi. Qıraq Kəsəmən kəndinin adı da dillər əzbəri idi. İndi nə kəndin izi-tozu qalır, nə də Qaçaq Kərəmin, İsrafil ağanın
21:55 Qazaxda ilin yekunlarına dair hesabat yığıncağı keçirildi– FOTO Qazax rayonunda 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirilib. Yığıncaqda Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işçisi Əlibaba Əliyev, Milli Məclisin deputatları Kamran Nəbizadə və Ülviyyə Ağayeva
21:44 Ağstafada ilin yekunlarına dair hesabat yığıncağı keçirildi– FOTO+VİDEO “Ağstafa rayonu İcra hakimiyyəti başçısının 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə dair” hesabat yığıncağı keçirildi. Mediaxeberleri.az-ın məlumatına görə, Ağstafa şəhəri Heydər Əliyev Mərkəzinin böyük zalında keçirilən tədbirdə Azərbaycan Respublikası
16:35 Məhərrəm Quliyev: “Rayona dövlət başçımızın qayğısı və köməyi olmasaydı, belə yüksək nəticə əldə edə bilməzdik” Bir il də arxada qaldı. Amma necə qaldı? Bax bu sual təkcə rayon rəhbərliyini deyil, sıravi ağstafalıların hamısını düşündürür. Çünki ağstafalı istəyir ki, evində həmişə isti çayı, yeməyi olsun, suyu həyətdəki krandan daim axsın, rahat asfalt yolla gedib-gələ bilsin, əkib-becərmək üçün şərait
11:43 Lui Araqon: "Səməd Vurğun müasir dünya ədəbiyyatının iftixarıdır" Azərbaycanın ən böyük şairi Səməd Vurğundu. Müasir Azərbaycan türkcəsində poeziyamızı ən yüksək zirvəyə Səməd Vurğun qaldırıb. Səməd Vurğunun şeirlərindəki yüksək energetika heç bir şairdə yoxdur. Səməd Vurğun şeirlərini oxuyan insan qanad çalıb əngin fəzalarda uçmaq, Azərbaycanı seyr etmək

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az