t s

» » Çingiz Abdullayev “Neftçi”nin sədri seçildi və... qalmaqal başladı

Çingiz Abdullayev “Neftçi”nin sədri seçildi və... qalmaqal başladı

31-03-2015, 23:48 Yazar:  Sevinc Baxılıb: 535 Çap et
Çingiz Abdullayev “Neftçi”nin sədri seçildi və... qalmaqal başladıSeçki toplantısına dəvət olunan jurnalistlərin siyahısı aranı qatdı


Elçin Cəlilov: “Bu toplantıya hansısa qeydiyyat yox idisə, niyə əməkdaşımız içəri buraxılmadı?”


Məlum olduğu kimi, 31 martda Dövlət Neft Şirkətinin binasında keçirilən iclasda “Neftçi”nin Müşahidə Şurasının tərkibi təsdiqlənib.

İclasdan sonra jurnalistlərə açıqlama verən şirkətin rəhbəri, AFFA prezidenti Rövnəq Abdullayev "Neftçi" İdman Sağlamlıq Cəmiyyətinin yaradıldığını və Müşahidə Şurasının da həmin qurumun tərkibində fəaliyyət göstərəcəyini deyib.

AFFA prezidenti xalq yazıçısı Çingiz Abdullayevin şuranın sədri, rejissor və aktyor Bəhram Bağırzadə, futbol veteranları Səməd Qurbanov, Mübariz Zeynalov, SOCAR-ın vitse-prezidentinin müavini Cəbrayıl Məmmədov, "Neftçi"nin sabiq prezidenti Sadıq Sadıqov və SOCAR-ın Sərmayələr İdarəsinin rəis müavini Zaur Qəhrəmanovun şuranın üzvləri təyin olunduğunu açıqlayıb.

Bundan əlavə klubda prezident və vitse-prezident vəzifəsi ləğv olunub. Şuranın qərarı ilə icraçı direktor vəzifəsi təsis olunub. Bu vəzifəyə “Neftçi”nin vitse-prezidenti olmuş Elnur Məmmədov təyin edilib.

Bununla da “Neftçi”nin idarəetməsi tam olaraq Müşahidə Şurasında olacaq.
Amma seçki toplantısı baş tutan dəqiqələrdə idman mediasında da bir gərginlik müşahidə olundu. Məlum oldu ki, tədbirə bəzi idman yazarlarını dəvət etmədikləri, daha doğrusu, adları siyahıda olmadığı üçün tədbirə buraxılmayıblar. Bunlardan biri də futbolpress.az saytının əməkdaşı olub. Bu barədə saytın baş redaktoru Elçin Cəlilov musavat.com-a məlumat verib: “SOCAR-da "Neftçi"nin prezidenti seçilir, nədirsə adı, klub olaraq, hələ heç bunun adını konkret ortaya doğru çıxarda bilməyiblər. Seçki toplantısıdırsa, hər nədirsə, əməkdaşımız gedib; - oradan deyiblər ki, buraxılmırsız. Niyə? İçəridə isə 10-15 KİV-in olduğu deyilir. Bizim sayt niyə buraxılmır? Bu toplantıya hansısa qeydiyyat yox idisə, onda niyə buraxılmır? Buraxılmırsa, səbəb niyə bildirilmir? Bəs içəridəkilər hansı şərtlə, nə əsasla buraxılıb? Gündüz Abbaszadəyə (“Neftci”nin mətbuat katibi) zəng vururam, telefonu sönülüdü. Mətbuat xidmətinin rəhbəriylə indi əlaqə qurmaq olmursa, başqa vaxt neynirəm... Ümumiyyətlə, məncə, Gündüz ordan istefa versin. Adam çoxdandı klubdakı funksiyasını yerinə yetirməli məqamda funksiyası sıfıra enir. Sadıqın oğludu yenə rəhbər orda?! Anlamadım... bu nə davranışdı?”

Çingiz Abdullayev “Neftçi”nin sədri seçildi və... qalmaqal başladı

E.Cəlilov dedi ki, daha sonra G.Abbaszadə ilə əlaqə yarada biliblər.. Mətbuat xidmətinin rəhbəri ona seçki toplantısına dәvәt edilәn mәtbuat siyahısından xәbәrim olmadığını bildirib. Müsahibimiz bizə açıqlamasında Ç.Abdullayevin təyinatına da münasibət bildirdi: “Çingiz Abdullayevin "Neftçi"yə prezident təyin olunması xəbəri çıxan kimi sürətlə də yayıldı. 15-20 dəqiqə sonra bütün KİV-lərin manşetində bu xəbər idi. Açığı, tərəddüd içində, bu xəbərə klubdan rəsmi münasibət gələnə qədər inanmırdıq. Sonra AYB-dən məlumatı təkzib eləmədilər. Daha sonra klub saytında təkzib tipində məlumat çıxdı. Ancaq Çingiz Abdullayevin özü ilə yalnız bu gün əlaqə saxlaya bildik və məlum oldu ki, belə bir məsələ var. Haradasa, məsələ reallaşmağa yaxındı. Niyə Çingiz Abdullayev - sualına cavab vermək çətindi. Onu bilirik ki, Abdullayevin futbola marağı var və bu idman növündən anlayışı yox deyil. Ancaq dünya səviyyəli yazıçının bir futbol klubuna prezident təyin olunması dünya praktikasında olmayıb. Çox ekzotik məqamdı. Ümumiyyətlə isə Çingiz bəyin hazırkı futbol klubları rəhbərlərindən futbolu daha yaxşı bildiyini düşünürəm. Onsuz futbol hökumətimizin də futbola aidiyyatı yoxdu. Heç olmasa, detektiv yazar gələr və bəlkə ölkədə ən çox "pul yuyulan" bir sahədə bəlkə ifşalar çıxar ortaya. Hər halda, obrazlı fikirdir”.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

21:09 "Qarabağ" və "Qəbələ" qalib gəldi, "Neftçi"-nin isə bəxti gətirmədi Bu gün Azərbaycan Premyer Liqasında 25-ci turun oyunları keçirilib. Turun bütün qarşılaşmaları bu günə nəzərdə tutulub. Günün ilk oyunu İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionunda baş tutub. "İnter"i qəbul edən "Neftçi" 0:2 hesabı ilə uduzub. İkinci oyunda paytaxt klubları üz-üzə gəlib.
01:09 Olimpiya arenası çökdü? AFFA prezidenti Rövnəq Abdullayev məsələyə aydınlıq gətirdi (VİDEO) "Dövlət komissiyası Bakı Olimpiya Stadionunun təhvil-təslim aktını imzalayıb". Bu barədə jurnalistlərə AFFA prezidenti Rövnəq Abdullayev açıqlama verib. O bildirib ki, stadion Gənclər və İdman Nazirliyinə ən yüksək standartlara uyğun vəziyyətdə təhvil verilib. R.Abdullayev arenanın çökdüyü barədə
00:43 SOCAR: Neftin ucuzlaşması heç bir layihənin dayandırılmasına səbəb olmayacaq Şirkət öz payını digər investorlara satmaq niyyətində deyil. Dünya bazarlarında neftin ucuzlaşması Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən reallaşdırılan layihələrə təsir etməyəcək. Mediaxeberleri.az-ın APA-Economics-ə istinadən məlumatına görə, bunu jurnalistlərə SOCAR-ın prezidenti
11:12 "Neftçi" - "Qarabağ" oyununda baş verən insidentlə bağlı cinayət işi başlanıb "Neftçi" - "Qarabağ" oyununda baş verən insidentlə bağlı cinayət işi açılıb. Bu barədə APA-ya Nizami Rayon Polis İdarəsindən bildirilib. Məlumata görə, fevralın 19-da “Bakcell Arena” stadionunda keçirilən "Neftçi" - "Qarabağ" oyununda hər iki klubun azarkeşləri arasında baş verən insidentlə bağlı
20:36 Azərbaycan derbisi FIFA referisinə tapşırıldı AZAL - "İnter" və "Neftçi" - "Qarabağ" oyunlarına əlavə köməkçi hakimlər təyin edlib Topaz Premyer Liqasının XXIII turunda keçiriləcək oyunlar üçün bütün təyinatlar açıqlanıb. ANS PRESS-in məlumatına görə, turun mərkəzi oyunu olan "Neftçi" - "Qarabağ" qarşılaşması FIFA referisi Əliyar Ağayevə

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az