t s

» » “Əsədoğlu” fermer təsərrüfatına daxil olan sahələrlə tanışlıq olub - Ağstafada

“Əsədoğlu” fermer təsərrüfatına daxil olan sahələrlə tanışlıq olub - Ağstafada

8-10-2018, 14:42 Yazar:  Gülnar Baxılıb: 480 Çap et
“Əsədoğlu” fermer təsərrüfatına daxil olan sahələrlə tanışlıq olub - Ağstafada
Ölkəmizdə bütün sahələrin, o cümlədən kənd təsərrüfatının inkişaf etdirilməsinə dövlət tərəfindən göstərilən diqqət və qayğı ildən-ilə artırılır.

Ərzağa olan daxili tələbatın əsasən öz potensialı və imkanları hesabına ödəyə bilmək üçün regionlarda infrastruktur sahələrinin yaradılması və kənd təsərrüfatının inkişaf etdirilməsi istiqamətində fermer və sahibkarlar üçün hər cür şərait yaradılıbdır. Bu səbəbdən də istər məhsul yığımında, istərsə də heyvandarlıq sahəsinin inkişafında mühüm və uğurlu nəticələr əldə edilir. O cümlədən ölkəmizin kənd təsərrüfatı rayonlarından hesab edilən Ağstafada özəl sektorun inkişafına xüsusi diqqət yetirilir.

Bunun nəticəsində rayonda fəaliyyət göstərən “Əsədoğlu” fermer təsərrüfatı da dövlət qayğısı sayəsində ildən-ilə inkişaf edir və fəaliyyətini daha da genişləndirir. Ağstafa rayonu İcra hakimiyyətinin başçısı Məhərrəm Quliyev müavinləri və təsərrüfatın fermerləri ilə birlikdə buraya daxil olan təsərrüfat sahələrini gəzərək yaradılmış şəraitlə tanış olub.

Mediaxeberleri.az xəbər verir ki, fermer təsərrüfatına 7,0 ha üzüm bağı, 1,5 ha xurma bağı, 0,3 ha Türkiyə sortu olan “salxım əlfat” ceviz sahəsi və 1,0 ha ərazidə istixana kompleksi daxildir. Fermer təsərrüfatının rəhbəri Əsəd Kərimov üzüm bağlarında becərilən Fransanın brend sortları “Viktoriya”, “Redqlop”, “Prima” və Moldova, eləcə də ənənəvi “Təbriz” brendi ilə tanış edib, becərilmə texnologiyası haqda ümumi məlumat verib. Qeyd olunub ki, hazırda məhsullar yığılaraq növbəti aylarda daxili bazara çıxarılması üçün təsərrüfatın soyuducu anbarlarına tədarük edilir. Bu amil həmçinin daxili bazarın rəqabət qabiliyyətini gücləndirir və süni qiymət artımının qarşısının alınmasına da müsbət təsir göstərir. Fermer həmçinin qeyd edib ki, gəlirlər artdıqca fermer təsərrüfatının maddi-texniki bazası da möhkəmlənir, fəaliyyət istiqamətləri daha da genişlənir. Bu isə əsasən üzümçülük üzrə ixtisaslaşmış təsərrüfatda gələcəkdə əlavə sahələrində yaradılmasına stimul verir.

Əsəd Kərimov bütün ağstafalı fermerlər adından onlara göstərilən yüksək diqqət və qayğı üçün ölkə rəhbərliyinə dərin minnətdarlığını ifadə edib.

“Əsədoğlu” fermer təsərrüfatına daxil olan sahələrlə tanışlıq olub - Ağstafada
“Əsədoğlu” fermer təsərrüfatına daxil olan sahələrlə tanışlıq olub - Ağstafada
“Əsədoğlu” fermer təsərrüfatına daxil olan sahələrlə tanışlıq olub - Ağstafada
“Əsədoğlu” fermer təsərrüfatına daxil olan sahələrlə tanışlıq olub - Ağstafada









www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

20:08 Azərbaycanda sahibkarlığın inkişafı keyfiyyətcə yeni mərhələyə qədəm qoyur Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev - Məmməd müəllim, Prezident İlham Əliyev tərəfindən həyata keçirilən iqtisadi siyasət yeni dövrün tələbinə uyğun daha innovativ inkişaf kursu götürərək Azərbaycana böyük uğurlar
16:35 Məhərrəm Quliyev: “Rayona dövlət başçımızın qayğısı və köməyi olmasaydı, belə yüksək nəticə əldə edə bilməzdik” Bir il də arxada qaldı. Amma necə qaldı? Bax bu sual təkcə rayon rəhbərliyini deyil, sıravi ağstafalıların hamısını düşündürür. Çünki ağstafalı istəyir ki, evində həmişə isti çayı, yeməyi olsun, suyu həyətdəki krandan daim axsın, rahat asfalt yolla gedib-gələ bilsin, əkib-becərmək üçün şərait
10:28 Prezident İlham Əliyevin Ağstafa rayonuna səfəri Dövlət başçısı əvvəlcə ulu öndər Heydər Əliyevin şəhərin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstəsi qoydu. Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev Prezident İlham Əliyevə ətrafda aparılan abadlıq-quruculuq və yenidənqurma işləri barədə məlumat verdi.
17:12 AXCP-nin anti-böhran təklifləri - II HİSSƏ Azərbaycan Xalq Cəbhəsi Partiyası ölkənin düşdüyün böhran vəziyyətindən çıxış yolları ilə bağlı təkliflər paketi hazırlayıb. Cebhe.info təkliflər paketinin ikinci hissəsini təqdim edir. İkinci hissə İnnovasiyalar, Texnologiylar və İxtiraçılıq İnstitutu Azərbaycanda mövcud onlarla innovasiya
09:04 Əli Həsənov: Azərbaycan müstəqillik, inkişaf və rifah yolu ilə gedir – MÜSAHİBƏ “2015-ci ildə Azərbaycan mürəkkəb qlobal proseslərin təsirindən məharətlə qorunub”. Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov 2015-ci ilin yekunları ilə bağlı müsahibə verib. Mediaxeberleri.az müsahibəni təqdim edir: - Başa çatmaqda olan 2015-ci

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az