t s

» » Rusiya XİN: Qarabağda sülh üçün əlimizdən gələni edəcəyik

Rusiya XİN: Qarabağda sülh üçün əlimizdən gələni edəcəyik

8-10-2018, 13:23 Yazar:  Gülnar Baxılıb: 74 Çap et
Rusiya XİN: Qarabağda sülh üçün əlimizdən gələni edəcəyik
Rusiya Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində ATƏT-in Minsk qrupunun digər həmsədr ölkələri olan Fransa və ABŞ-la sıx əməkdaşlığını davam etdirir.

Oxu.Az xəbər verir ki, bu fikirləri “İzvestiya” nəşrinə müsahibəsində Rusiya xarici işlər nazirinin müavini Qriqori Karasin deyib.

“Yalnız bir real perspektiv mövcuddur - münaqişə danışıqlar prosesi vasitəsilə, sülh yolu ilə həll edilməlidir. Azərbaycan və Ermənistan xalqının təhlükəsizliyə, sabitliyə və inkişafa olan həyati maraqları Rusiyanın hərtərəfli şəkildə dəstəklədiyi danışıqlar prosesinin əsası və siyasi hərəkətverici qüvvəsidir”, - Karasin bildirib.

O xatırladıb ki, Rusiya ATƏT-in Minsk qrupunun həmsədri kimi digər üzvlərlə sıx əməkdaşlıq edir.

Onun sözlərinə görə, Rusiya ATƏT-in Minsk qrupunun həmsədrləri tərəfindən müəyyən edilmiş vektor istiqamətində sülh razılaşmalarının hazırlanmasında münaqişə tərəflərinə yardım etmək üçün əlindən gələni etməyə çalışır.

“Bizim mövqeyimiz dəyişməz olaraq qalır. Bu, Rusiya Federasiyasının Xarici Siyasət Konsepsiyasında öz əksini tapıb, Vladimir Putinin hər iki ölkənin liderləri ilə son görüşlərində bir daha təsdiq edilib”, - Karasin əlavə edib.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

18:25 Azərbaycan Prezidenti hərbçilərlə görüşüb - YENİLƏNİB Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Azərbaycan Ordusunun aprel qələbələrinin ildönümü ilə əlaqədar martın 31-də bir qrup hərbçi ilə görüşüb. Mediaxeberleri.az xəbər verir ki, müdafiə naziri, general-polkovnik Zakir Həsənov dövlət başçısı, Ali Baş Komandan
18:18 Bu, XX əsr tariximizin ən qanlı səhifəsidir Son iki əsrdə xalqımıza qarşı erməni millətçiləri tərəfindən məqsədyönlü şəkildə həyata keçirilən etnik təmizləmə, soyqırımı və təcavüzkarlıq siyasəti Azərbaycan tarixinin faciələrlə, o cümlədən qanlı hadisələrlə dolu çox ağrılı mərhələlərini təşkil edir. Bu millətçi-şovinist siyasətin əsas məqsədi
09:04 Əli Həsənov: Azərbaycan müstəqillik, inkişaf və rifah yolu ilə gedir – MÜSAHİBƏ “2015-ci ildə Azərbaycan mürəkkəb qlobal proseslərin təsirindən məharətlə qorunub”. Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov 2015-ci ilin yekunları ilə bağlı müsahibə verib. Mediaxeberleri.az müsahibəni təqdim edir: - Başa çatmaqda olan 2015-ci
23:55 Ermənilər necə dövlət qurdu? - Təcavüz tarixi Son iki əsrdə xalqımıza qarşı erməni millətçiləri tərəfindən məqsədyönlü şəkildə həyata keçirilən etnik təmizləmə, soyqırımı və təcavüzkarlıq siyasəti Azərbaycan tarixinin faciələrlə, o cümlədən qanlı hadisələrlə dolu çox ağrılı mərhələlərini təşkil edir. Bu millətçi-şovinist siyasətin əsas məqsədi
09:59 Azərbaycanlılara qarşı etnik təmizləmə və soyqırımı siyasətinin mərhələləri Ermənilərin Azərbaycan torpaqlarına köçürülməsi Son iki əsrdə xalqımıza qarşı erməni millətçiləri tərəfindən məqsədyönlü şəkildə həyata keçirilən etnik təmizləmə, soyqırımı və təcavüzkarlıq siyasəti Azərbaycan tarixinin faciələrlə, o cümlədən qanlı hadisələrlə dolu çox ağrılı mərhələlərini təşkil edir. Bu millətçi-şovinist siyasətin əsas məqsədi

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az