Azərbaycan millisi Yaponiyada keçirilən voleybol üzrə qadınlar arasında dünya çempionatının (DÇ) ikinci mərhələsində ilk oyununu keçirib.Komandamız dünya çempionatından (DÇ) əvvəl yoxlama oyunlarında görüşdüyü İtaliya yığması ilə qarşılaşıb. Görüş DÇ-də hələ məğlub olmamış rəqibin 3:0 (25:12, 25:19, 25:10) hesablı qələbəsi ilə yekunlaşıb.
F qrupunda keçirilən digər oyunlarda Rusiya komandası Türkiyə yığmasına, ABŞ millisi isə Bolqarıstan komandasına 3:0 hesabları ilə qalib gəlib. Günün digər görüşündə Çin komandası Tailand yığmasını eyni hesabla məğlub edib.
F qrupunda ilk oyundan sonra İtaliya komandası 18 xalla I, ABŞ millisi 16 xalla II, Çin yığması 15 xalla III yerdə qərarlaşıblar. Azərbaycan millisi 6 xalla VII yerdədir.
Qeyd edək ki, millimiz növbəti oyununu sabah Çin yığmasına qarşı keçirəcək. Bu görüş Bakı vaxtı ilə saat 11:10-da başlayacaq.
Öz şərhini bildir: