t s

» » Nurməhəmmədov-Makqreqor döyüşündən sonra kütləvi dava - YENİLƏNİB + VİDEO

Nurməhəmmədov-Makqreqor döyüşündən sonra kütləvi dava - YENİLƏNİB + VİDEO

7-10-2018, 15:08 Yazar:  Gülnar Baxılıb: 113 Çap et
Nurməhəmmədov-Makqreqor döyüşündən sonra kütləvi dava - YENİLƏNİB + VİDEO
Qarışıq döyüş növləri üzrə rusiyalı idmançı Həbib Nurməhəmmədov mətbuat konfransında UFC 229 turnirində çempion kəməri adı uğrunda Konor Makqreqor üzərindəki qələbədən sonra hərəkətlərinə görə üzrxahlıq edib.

İdmançı bütün Las-Veqasdan, o cümlədən komissiya üzvlərində üzr istəyib.

“Bu pisdir, lakin kiminsə mənim dinim və atam haqqında danışdığı zaman insanlar məni necə qınaya bilərlər. MMA təhqirlə dolu idman növü deyil, burada idmançılar bir-birlərinə hörmətlə yanaşırlar. Mən istəyirəm ki, belə olsun, bu oyunu dəyişmək istəyirəm”, - Nurməhəmmədov deyib.

İdmançı həmçinin qeyd edib ki, evə qayıdanda atası onu cəzalandıracaq.

“Lakin mən məğlubedilməzəm, mən çempionam”, - deyə o yekunlaşdırıb.

09.34

Bu gün keçirilən UFC döyüşündən sonra tərəflər oktaqondan kənarda da gücünü göstərməyə çalışıb.

Həbib Nurməhəmmədov Konor Makqreqoru boğma fəndindən sonra təslim etdikdən sonra ona söz atan irlandiyalı məşqçilərin üzərinə cumub.

Bu, oktaqondan kənarda baş verib. Həmçinin Həbib tərəfdarlarından biri də Makqreqora çəkib və ona yumruq zərbəsi endirib. Təhlükəsizlik qüvvələri araya daxil olaraq tərəfləri güclə sakitləşdirə bilib.

Nəticədə hər iki idmançı zaldan çıxarılıb və kəmər Həbib Nurməhəmmədova təqdim edilməyib.





www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

13:36 Nurməhəmmədova sərt cəza: bir daha UFC-də döyüşməyəcək Rusiyalı çempion Həbib Nurməhəmmədov yüngül çəki dərəcəsində UFC çempionu titulundan məhrum edilə bilər. Mediaxeberleri.az-ın xəbərinə görə, bu barədə jurnalistlərə açıqlamasında UFC-nin prezidenti Deyn Uayt deyib. “Həbib cərimə və ya diskvalifikasiya oluna bilər. Əgər diskvalifikasiya
12:17 "Atam məni 17 yaşımda 800 manata satdı" - Gecələri küçədə keçirən Günelin DƏHŞƏTLİ HƏYATI Hər gün sevgilisi, nişanlısı, həyat yoldaşı tərəfindən döyülən, zorakılığa məruz qalan, hətta öldürülən qadınlar haqqında xəbərləri oxuduqca insan dəhşətə gəlir. Qadınların əksəriyyəti xoşbəxtlik üçün, sevgisi naminə hər şeydən keçib, ailə qurur. Bəzən isə qızların nə istədiyini düşünmədən onların
17:18 "Atam mənə elə sərvət qoyub ki, heç vaxt bitməyəcək” Bəxtiyar Məmmədov mərhum xanəndə Səxavət Məmmədovun oğludur. 8 yaşından Azərbaycan Dövlət Televiziyasında (AzTV) bir sıra uşaq verilişlərinin aparıcısı olan B.Məmmədov hazırda diplomatik fəaliyyətlə məşğuldur. 1984-cü ildə anadan olan B.Məmmədov 2001-ci ildə Bakı şəhəri 43 saylı litseyi fərqlənmə
09:25 Bacısı ilə cinsi əlaqədə olan oğlan: Onun hərəkətlərindən ehtiraslandım “Bacımın məndən xoşu gəlirdi, mən də onu sevdiyimi deyirdim”. Şabran rayon sakini, 18 yaşlı Rəvan Babayev 15 yaşlı ogey bacısı Vəfanı (təqsirləndiriləndən başqa yazıda adı hallanan digər şəxslərin adları şərtidir - H.Z.) zorlayıb. Araşdırmalara görə, hadisə 2012-ci ildə baş verib. Həmin ilin
21:22 Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Asif Atanın (İnam Atanın) Mütləqə İnam Ocağı Ata Ocaq ilsırasının 37- ili Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Törən öncəsi həyətdə tonqal qalandı. Tonqal başında qutsal söz söylənildi. Nurtəkin Atalı: Bu Ocağın qalanması, məni “Xalqlaşma İli”mizdə yeni uğurlara çağırır. Soylu Atalı: Sən

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az