t s

» » Oqtay Gülaliyev: “Bəzi özünə müxalifət deyən partiya rəhbərləri milli şurani tənqid etməklə gündəmdə qalmağa çalişirlar”

Oqtay Gülaliyev: “Bəzi özünə müxalifət deyən partiya rəhbərləri milli şurani tənqid etməklə gündəmdə qalmağa çalişirlar”

31-03-2015, 23:30 Yazar:  Məmməd Məmmədov Baxılıb: 322 Çap et
Oqtay Gülaliyev: “Bəzi özünə müxalifət deyən partiya rəhbərləri milli şurani tənqid etməklə gündəmdə qalmağa çalişirlar”
Son vaxtlar Milli Şura mitinqlərə start verib və bunu davamlı şəkildə keçirmək niyyətində olduğunu da bəyan edir. Lakin Milli Şuranın bu mitinqləri hakimiyyət tərəfindən tənqid və mənasız adlandırlılmaqla yanaşı, özünü müxalifət adlandıran bəzi partiyalar və şəxslər də bu mitinqləri lazımsız və nəticəsiz adlandırır.
Məsələn, Azərbaycan Sosial Demokrat Partiyasının (ASDP) sədri Araz Əlizadə Milli Şuranın aprelin 5-nə təyin etdiyi mitinqin heç bir nəticə verməyəcəyini düşündüyünü deyib: “Milli Şura üzvlərinin vaxtı çoxdan keçib: Onlar canlı meyitdirlər. Onların dövrü o zaman getdi ki, mitinqlərə pulla adam gətirməyə başladılar. Onlar özləri də vaxtlarının keçdiklərini dərk edirlər, sadəcə, gündəmdə qalmaq, maliyyə mənbələrindən uzaq olmamaq üçün guya öz fəaliyyətlərini davam etdirirlər.


Ötən mitinqlər göstərdi ki, artıq insanlar arasında bunlara etimad qalmayıb. Ötən mitinqlərdə olduğu kimi, bu mitinqə də insanlar gəlməyəcək. Özümüzü qoyaq xalqın yerinə - adamı nə qədər aldatmaq olar?”

Lakin Milli Şura tənqidləri qəbul etmir. Onları tənqid edən bəzi özlərini müxalifət adlandıran partiya rəhbərlərinin fikirlərini Milli Şuranın mətbuat xidmətinin rəhbəri Oqtay Gülalıyev belə cavablandırır: “Mitinqə hazırlıqlar normal gedir, lazımi addımlar atılır. Biz müxtəlif vasitələrdən istifadə edərək təşkilatı işləri həyata keçirik. Mitinqdən gözləntilərimiz də pozitivdir. Mitinqlərimiz bundan sonra da davam edəcək..Mitinqin tələbləri yerinə yetirilməyənədək biz kütləvi aksiyalarımızı davam etdirəcəyik.

O ki qaldı bəzi özünə müxalifət deyən partiya rəhbərlərinin tənqidlərinə, bu haqda sadəcə onu demək istərdim ki, Milli Şuranın gündəmdə qalmaq kimi bir problemi yoxdur. Həm qurum olaraq, həm də Milli Şuranın rəhbərliyinə daxil olan insanların hamısı ölkədə kifayət qədər tanınan insanlardır, o insanların belə bir problemi yoxdur. Bunu deyən insanların özlərinin gündəmdə qalmaq problemləri var. Onlar Milli Şuranı tənqid etməklə, Milli Şuranın mitinqlərini gözdən salmağa çalışmaqla gündəmdə qalmağa çalışırlar. Amma eybi yox, bu da olsun. Görünür hərənin çörəyi bir yerdən çıxır. Biz heç kimin çörəyinə bais olmaq istəmirik”.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

23:00 Mətbuat Şurası: Milli Şuranın mitinqində jurnalistlərlə bağlı hər hansı problem qeydə alınmayıb Milli Şuranın martın 15-də «İnşaatçılar» metrostansiyasının yaxınlığında, keçmiş «Məhsul» stadionunda keçirdiyi mitinqdə jurnalistlərin peşə vəzifələrini yerinə yetirmələri ilə bağlı hər hansı problem qeydə alınmayıb. Mətbuat Şurasından APA-ya verilən məlumata görə, Şuranın Daxili İşlər Nazirliyi
20:44 Siyavuş Novruzov: “Milli Şura mahiyyətsiz, mənasız bir qurumdur” Bugünkü mitinq Əli Kərimlinin konsert proqramı idi Xaricdən qrant alan insanlar Azərbaycan vətəndaşının rifahından nə danışa bilərlər? Mediaxeberleri.az xəbər verir ki, bunu APA-ya açıqlamasında Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov
19:46 Milli Şuranın bu gün keçirdiyi mitinq insidentsiz sona çatdı Bakı şəhər Baş Polis İdarəsi Milli Şuranın bu gün keçirdiyi mitinq ilə bağlı məlumat yayıb. Martın 15-də özünü Demokratik Qüvvələrin Milli Şurası adlandıran qurumun Yasamal rayonundakı "Məhsul" stadionunda Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmış mitinqi keçirilib. "Saat 15.00-dan
23:48 Milli Şuranın martın 15-nə təyin etdiyi mitinq baş tutacaq Hacıbala Abutalıbov mitinqə razılıq verib Fuad Qəhrəmanlı açıqlama verib. Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Milli Şuranın martın 15-nə təyin etdiyi mitinqlə bağlı müraciətinə cavab verib. Mediaxeberleri.az xəbər verir ki, AXCP sədrinin müavini Fuad Qəhrəmanlı APA-ya açıqlamasında bildirib ki,
09:26 "AXCP və Müsavat siyasi səhnəni tərk edəcəklər" - YAP Siyasi Şurasının üzvü “İndiyə qədər özünü aparıcı müxalifət partiyaları adlandıran AXCP və Müsavatın əslində elə o zaman da cəmiyyətdə nüfuzu yox idi. Sadəcə saxta yolla gündəmdə qalıb, özlərini aparıcı müxalifət təşkilatı kimi, göstərə bilirdilər”. Bu sözləri Editor.az-a açıqlamasında Milli Məclisin deputatı, YAP

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az