t s

» » 8 ermənini məğlub edən qazaxlı idmançı

8 ermənini məğlub edən qazaxlı idmançı

31-03-2015, 22:25 Yazar:  Aygün Baxılıb: 778 Çap et
8 ermənini məğlub edən qazaxlı idmançıGürcüstanın paytaxtı Tiflisdə kambat taekvando üzrə Gürcüstan açıq birinciliyi keçirilib. Yarışda ölkəmizi Qazax əlbəyəxa döyüş komandasının üzvləri təmsil edib. Komandamızın hər 3 idmançısı vətənə medalla dönməyi bacarıb. İlk olaraq rinqə çıxan Vüqar Bayramov inamlı mübarizəsi ilə yadda qalıb.

İDMANÇI VÜQAR BAYRAMOV:"İlk iki döyüşümdə yerli idmançılarla qarşılaşdım. Onları məğlub edərək finala vəsiqə qazandım. Burda da rəqibim yerli Gürcüstan təmsilçisi idi . Onu da nakautla məğlub edərək birinci yeri tutdum".

Komandanın növbəti üzvü Rəhman Bayramov da turniri medalla başa vurub.

İDMANÇI RƏHMAN BAYRAMOV: "İlk döyüşlərimi asan qələbələrlə başa vurdum. Həlledici qarşılaşmada zədəli idim . Çıxışım o qədər də yaxşı alınmadı və mən nəticədə ikinci yeri tutdum".

Komandanın digər üzvü Kənan Davudovun uğuru isə xüsusilə yadda qalan olub. Finaladək inamla irəliləyən Kənan burada Erməni rəqibi ilə üz-üzə gəlib.

İDMANÇI KƏNAN DAVUDOV: "İlk iki görüşümdə inamı mübarizə apardım. Rəqiblərimi üstüələyərk finala adladım. Burda Erməni idmançı ilə qarşılaşdığım üçün daha böyük inamla döyüşdüm. Nəticədə 24 saniyəyə onu nakaut etdim" .

Rəqibini 24 saniyəyə təslim edən Kənan deyir ki, 5 illik idmançı karyerası dövründə düz 8 dəfə erməni idmançılarla qarşılaşıb. Və bu 8 görüşün hər biri ermənilərin məğlubiyyəti ilə nəticələnib. Kənan Davudov yarışlardan birində Ermənistanı təmsil edən 3 idmançını ardıcıl məğlub edərək baş mükafata da sahib olub. Komandanın məşqçisi Azər Əhmədov yetirmələrinin çıxışını belə dəyərləndirib.

BAŞ MƏŞQÇİ AZƏR ƏHMƏDOV: "Yarışa ciddi səylə hazırlaşmışdıq. Bununda nəticəsində komandamız uğurlu çıxışı ilə yadda qaldı. Yetirmələrimin çıxışından razı qaldım".

Qazax əlbəyəxa döyüş komandası qarşıda Qara Dəniz ölkələrinin kubokunda iştirak edəcək.





www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

07:59 İdmançımız erməni rəqibini belə nokauta saldı - FOTO Gürcüstanın paytaxtı Tiflisdə peşəkar kikboksinqin K-1 versiyasi üzrə Dünya Kuboku uğrunda döyüşlər keçirilib. Ölkəmizi Dünya Kubokunda Nicat Nəcəfzadə (45 kq), Nicat Vəliyev (75 kq) və Xəyal Əhmədov (86 kq) təmsil edib. Kikboksçularımızın hər üçü döyüşlərini qələbəylə başa vurub. Yarışda
23:35 İdmançımız ermənini nokauta salaraq Dünya Kubokuna sahib çıxdı Gürcüstanın paytaxtı Tiflisdə peşəkar kikboksinqin K-1 versiyasi üzrə dünya kuboku uğrunda döyüşlər keçirilib. Milli komandamız yarışa 3 idmançıyla qatılıb. Ölkəmizi 45 kq çəkidə Nicat Nəcəfzafə, 75 kq-da Nicat Vəliyev, 86-kq-da isə Xəyal Əhmədov təmsil edib. Kikboksçularımızın hər üçü
20:45 Boksçularımız ermənilərin dərsini verdilər Bolqarıstanın paytaxtı Sofiyada boks üzrə ənənəvi “Strandja” turniri davam edir. Mediaxeberleri.az Azərbaycan Boks Federasiyasına istinadən məlumat verir ki, yarışın ikinci günündə ilk olaraq boksçularımızdan 49 kq çəki dərəcəsində çıxış edən Hacıbaba Fərziyev rinqə çıxıb. Amma həmyerlimiz
14:25 Boksçumuzdan qələbə Bu gün qadın boksçularımızdan 3-ü rinqə çıxacaq. Bolqarıstanın paytaxtı Sofiya şəhərində boks üzrə ənənəvi “Strandja” turnirinə start verilib. Mediaxeberleri.z xəbər verir ki, yarışda 34 ölkənin 240 idmançısı qələbə uğrunda mübarizə aparır. Yarışın ilk günündə rinqə çıxan boksçularımızdan
23:33 Qadın güləşçimizdən inamlı qələbə Mariya Stadnik vaxtından əvvəl tam üstünlüklə qələbə qazanıb. İsveçin Klippan şəhərində qadın güləşi üzrə açıq beynəlxalq turnir keçirilib. Güləş Federasiyasından Mediaxeberleri.az-a verilən məlumata görə, qadın güləşi üzrə yığma komandamız turnirdən tam heyətlə iştirak edib. Güləşçilərimiz

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az