t s

» » Meşədə asılmış vəziyyətdə tapılmış nazirlik işçisinin ölümünün TƏFƏRRÜATI

Meşədə asılmış vəziyyətdə tapılmış nazirlik işçisinin ölümünün TƏFƏRRÜATI

4-10-2018, 14:29 Yazar:  Nuhu Baxılıb: 45 Çap et
Meşədə asılmış vəziyyətdə tapılmış nazirlik işçisinin ölümünün TƏFƏRRÜATIYevlaxda ağacdan asılı vəziyyətdə tapılan nazirlik əməkdaşının intiharının təfərrüatı məlum olub.

Mediaxeberleri.az Oxu.az-a istinadən xəbər verir ki, Ramis Azaqov ən son Şəki avtovağzalında qəzəbli şəkildə kiminləsə telefonla danışan zaman görülüb.

Mərhum telefonla danışdıqdan sonra Yevlax istiqamətinə gedən avtobusa minib. İlkin ehtimala görə, ona borcu olan tanışı ilə danışıb. Evdən çıxandan 12 gün sonra onun meyiti Yevlax rayonu ərazisində, meşəlik sahədə, meşəbəyi tərəfindən ağacdan asılı vəziyyətdə aşkarlanıb. Ramis Azaqov üç gün sağ qalıb.

Ölümündən səkkiz gün sonra isə meyit tanınmaz halda tapılıb.

Qohumları bildirib ki, Ramis Azaqovun tanışının ona 3500 manatdan çox borcu olub. O, dəfələrlə borcu istəsə də, hədələyiblər və bildiriblər ki, borcu istəsə, onu ortadan götürəcəklər. Ailə üzvləri ondan xahiş ediblər ki, pulu istəməsin. Rasim isə pulu geri alacağını bildirib.

Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Şəki rayon şöbəsindən bildirilib ki, Azaqov Ramiz Şükür oğlu 15.05.1992-ci ildən ƏƏSMN DSMF Şəki şəhər şöbəsində sosial sığorta sektorunda müxtəlif vəzifələrdə işləyib:

"İşlədiyi müddətdə nizam-intizamlı, çalışqan işçi kimi özünü göstərib, kollektivdə hamı ilə hörmətli davranıb və heç bir problemi olmayıb. Sentyabrın 24-də işə gəlmədiyinə görə ailəsi ilə əlaqə saxlanılıb və məlum olub ki, sentyabr 23-də, səhər saatlarında evdən çıxıb və bir daha geri qayıtmayıb”.

Faktla bağlı araşdırma aparılır.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

15:20 Sahil Babayev və təcrübəsiz komandası... Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev artıq bir neçə dövlət qurumu ilə yanaşı, rəhbərlik etdiyi nazirlikdə də ciddi narazılıqla üzləşib. Mediaxeberleri.az “Reytinq”ə istinadən xəbər verir ki, təyinatından 3 ay ötən yeni nazir Sahil Babayev Əmək və Əhalinin Sosial Müdafiəsi
17:46 İlham Əliyev yüzlərlə məhbusu əfv etdi - SİYAHI + YENİLƏNİB Azərbaycan prezidenti İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə əfv olunması haqqında sərəncam imzalayıb. Mediaxeberleri.az-ın xəbərinə görə, sərəncama əsasən, azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş aşağıdakı şəxslər cəzanın
15:18 Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə ünvanlanmış əfv haqqında müraciətlərinə baxaraq, məhkumların şəxsiyyətini, səhhətini, ailə vəziyyətini, cəza çəkdikləri
18:47 Prezident İlham Əliyev əfv fərmanı imzaladı - TAM SİYAHI Prezident İlham Əliyev əfv fərmanı imzalayıb. Mediaxeberleri.az AzərTac-a istinadən həmin fərmanı diqqətinizə çatdırır: Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə
23:10 İlham Əliyevin əfv sərəncamı sabah icra olunacaq+ SİYAHI Sərəncam sabah icra olunacaq. Azərbaycan Prezidenti İlham Əliyev bu gün əfv haqqında sərəncam imzalayıb. Mediaxeberleri.az dövlət başçısının saytına istinadən həmin sərəncamı və əfv olunan şəxslərin siyahısını təqdim edir: Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az