t s

» » "Nazilə Səfərli məndən üzr istəməlidir, namusuma sataşıb" - Xoşqədəm onu məhkəməyə verdi

"Nazilə Səfərli məndən üzr istəməlidir, namusuma sataşıb" - Xoşqədəm onu məhkəməyə verdi

4-10-2018, 09:00 Yazar:  Gülnar Baxılıb: 139 Çap et
"Nazilə Səfərli məndən üzr istəməlidir, namusuma sataşıb" - Xoşqədəm onu məhkəməyə verdi
Xəbər verdiyimiz kimi, aparıcı Xoşqədəm Hidayətqızı şairə Nazilə Səfərlini və "Show-news” İnstaqram səhifəsinin rəhbəri jurnalist İsa Şükürovu məhkəməyə verib.

Bu barədə Xəzər televiziyasında yayımlanan və Xoşqədəm Hidayətqızının aparıcılıq etdiyi "Səni Axtarıram” verilişində məhkəmənin gedişatı haqqında məlumat verilib.

Xoşqədəm Hidayətqızının vəkili Tahir Əlirzayev bildirib ki, bütün sübutlar məhkəməyə təqdim edilib: "Məhkəmə oktyabrın 8-nə təxirə salınıb. Xəbəri yazan İsa günahkar olduğunu qəbul edir. Nazilənin atası birinci məhkəmədə iştirak etdi. Sonuncu məhkəməyə gəlmədi. Məndən xahiş edir ki, barışaq. Mən də dedim ki, barışığın qarşılığında nə təklif edirsən. Gedin üzr istəyin. Xoşqədəm xanım ürəyi yumşaq insandır”.

Xoşqədəm Hidayətqızı isə öz növbəsində Nazilə Səfərli ilə düşmən olmadıqlarını bildirib:

"Amma üzr istəməlidir. Mənim üçün bir düşmən var. O da ermənidir. Çünki torpaqlarımızı işğal edib. Qızlarımızı, gəlinlərimizi əsir edib. Nə qədər oğullarımız o torpaqlar uğrunda şəhid olub. Şərəfsiz ermənilərin atdığı güllə qardaşlarıma, əzizlərimə dəyib. Birinci İsa mənə üzrxahlıq etmişdi. Amma ailəm dedi ki, belə olmaz. Çünki burada şər-böhtan var, namusa sataşmaq var. Üzr məhkəmədə olacaq ki, gələcəkdə İsa da daxil olmaqla başqaları da böhtan yazmasınlar. Mən kiməm, mənim böyüklərim var”. BiG.AZ




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

11:50 PEYĞƏMBƏRLƏRİN HƏYATINDA VƏ KƏLAMLARINDA ƏTRAF MÜHİTƏ MÜNASİBƏT Dünya dinləri tarixinə nəzər salsaq peyğəmbərlərin kəlamlarında, hədislərində əhalinin ətraf mühitə münasibətlərini müəyyənləşdirən ekoloji fikirlərə rast gələrik. Onların həyat fəaliyyəti belə fikirlərlə doludur. Əhalinin yeni dinə iman gətirmələri üçün göstərdikləri möcüzələr bu baxımdan faydalı
14:22 AXCP sədri Razi Nurullayev: "Hakimiyyət bizim proqramdan istifadə etdi, amma..."- MÜSAHİBƏ AXCP sədri: "Hakimiyyətin içərisində Əli Kərimlini saxlayan qüvvələr var" Mediaxeberleri.az AXCP sədri Razi Nurullayevin Modern.az saytına müsahibəsini təqdim edir. -Razi bəy, son zamanlar görünmürsünüz. Deyəsən işləriniz çoxdur. -Əksinə, mən çox görünürəm. Əslində mənim problemim elə çox
23:55 Ermənilər necə dövlət qurdu? - Təcavüz tarixi Son iki əsrdə xalqımıza qarşı erməni millətçiləri tərəfindən məqsədyönlü şəkildə həyata keçirilən etnik təmizləmə, soyqırımı və təcavüzkarlıq siyasəti Azərbaycan tarixinin faciələrlə, o cümlədən qanlı hadisələrlə dolu çox ağrılı mərhələlərini təşkil edir. Bu millətçi-şovinist siyasətin əsas məqsədi
09:59 Azərbaycanlılara qarşı etnik təmizləmə və soyqırımı siyasətinin mərhələləri Ermənilərin Azərbaycan torpaqlarına köçürülməsi Son iki əsrdə xalqımıza qarşı erməni millətçiləri tərəfindən məqsədyönlü şəkildə həyata keçirilən etnik təmizləmə, soyqırımı və təcavüzkarlıq siyasəti Azərbaycan tarixinin faciələrlə, o cümlədən qanlı hadisələrlə dolu çox ağrılı mərhələlərini təşkil edir. Bu millətçi-şovinist siyasətin əsas məqsədi
19:55 M.Ə.Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti” bitiyini “Tanıtma törəni” keçirildi Türkel Araşdırma Qurumu sunur (Məhəmməd Əmin Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti” bitiyini “Tanıtma törəni” keçirildi) Soylu Atalı: Ürəyinizdə Günəş olsun, sayğılı yurddaşlarımız! Bu gün fevral ayının (bizdə Köçəri Ayının) 10-u Azərbaycanın tarixi faciələrindən birinin “Türkmənçay Bağlaşması”nın

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az