t s

» » Aİİ "Qafqaz Alban kilsəsi irsi: tarix və reallıqlar" mövzusunda seminar keçirib

Aİİ "Qafqaz Alban kilsəsi irsi: tarix və reallıqlar" mövzusunda seminar keçirib

3-10-2018, 08:58 Yazar:  Gülşən Məmmədoğlu Baxılıb: 147 Çap et
Aİİ "Qafqaz Alban kilsəsi irsi: tarix və reallıqlar" mövzusunda seminar keçirib
2 oktyabr 2018-ci il tarixində Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) "Qafqaz Alban kilsəsi irsi: tarix və reallıqlar" mövzusunda seminar keçirib.

Mediaxeberleri.az xəbər verir ki, seminarda institutun rəhbər-müəllim heyəti, tələbələr və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Azərbaycanda dövlət-din münasibətlərindən danışan Aİİ rektoru Ceyhun Məmmədov bu siyasətin əsasının Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulduğunu, hazırda Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın səyləri ilə uğurla davam etdirildiyini bildirib. Aİİ-nin maarifləndirmə işinə xüsusi önəm verdiyini, bu məqsədlə mütəmadi olaraq müxtəlif seminarların təşkil edildiyini söyləyən rektor C.Məmmədov mövzunun din tariximiz, eləcə də dövlətçiliyimiz baxımından vacib olduğunu xüsusi vurğulayıb.

Xristianlığın Azərbaycanda qədim tarixə malik olduğunu bildirən rektor Azərbaycanda tarixən müxtəlif dinlərin, etiqadların, mədəniyyətlərin qarşılıqlı anlaşma şəraitində yaşadığını bildirib. Müasir Azərbaycanda dövlət-din münasibətlərinin bütün dünyada örnək kimi qəbul edilə biləcəyini söyləyən rektor müxtəlif dinlərin və mədəniyyətlərin nümayəndələrinin ölkəmizdə əmin-amanlıq və qarşılıqlı anlaşma şəraitində yaşamasını bunun əyani göstəricisi olduğunu vurğulayıb, həmçinin Alban kilsəsinin bərpa edilməsinin dövlət-din siyasətinin mühüm addımlarından biri olduğunu bildirib.

Sonra Alban-Udi Xristian dini icmasının sədri Robert Mobilinin "Qafqaz Alban kilsəsi irsi: tarix və reallıqlar" mövzusunda məruzəsi dinlənilib. R.Mobili Albaniyada xristianlığın meydana gəlməsi, Alban kilsəsinin təşəkkül tarixi, kilsənin son mərhələsi, onun ləğvi və ya məhv edilməsi məsələlərinə toxunaraq bəzi mübahisəli mövzulara aydınlıq gətirib. Qeyd olunub ki, minillik Albaniya dövləti Azərbaycanın dövlətçilik tarixində dərin iz buraxıb, onun yaratdığı irs sonrakı Azərbaycan dövlətlərinin həyatında davam etdirilib. 2018-ci il mart ayının 11-də Alban kilsəsinin ləğv edilməsinin 182 ilinin tamam olduğunu deyən R.Mobili bildirib ki, erməni və ermənipərəst tarixçilər mövzunu erməni-qriqoryan kilsəsinin konsepsiyasna uyğunlaşdırıb və tarixi reallığı təhrif edib. Qeyd olunub ki, tarixi məlumatlar Alban kilsəsinin təkcə Qafqazda deyil, bütün Şərq xristian dünyasında ən qədim kilsələrdən biri olmaqla, apostol mənşəli olduğunu göstərir. 1836-cı ilə qədər iqamətgahı Gəncəsərdə yerləşən, müstəqil şəkildə mitropoliya statusunda mövcud olan Alban katalikosluğu həmin il martın 11-də Rusiya çarı I Nikolayın “Erməni-qriqoryan kilsəsi haqqında reskripti” ilə ləğv edilib, katalikosat xəttinə və vəzifə təyinatına son qoyulub. Bütün bunların bədniyyətli qonşularımızın 2 əsr ərzində bizə qarşı yürütdükləri tarixi saxtalaşdırma siyasətinin tərkib hissəsi olduğunu söyləyən məruzəçi qeyd edib ki, erməni kilsəsi, nəinki, Alban kilsəsinin məbədlərini, dəftərxanasını, həmçinin əsrlərlə orada saxlanılan bütün əlyazmaları, qədim Alban abidələrini, Qüds şəhərində yerləşən məbədi və kilsəyə məxsus olan iqamətgahı mənimsəyib. R.Mobili qeyd edib ki, bu gün Azərbaycan Respublikasında Alban kilsəsinin bərpası ona Qüdsdəki kilsənin geri qaytarılmasını tələb etməyə, bu irsin tamhüquqlu varisi iddiasını ortaya qoymağa imkan verir.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

18:36 Yeni Azərbaycan Partiyası - 25: xalqa, dövlətə xidmət nümunəsi - Vüqar Rəhimzadə yazır... Əgər xalq öz hüquqlarını anlayır və qoruya bilirsə, o zaman ən kiçik dövlət belə ən böyük məmləkət qədər güclü olar Azərbaycan müstəqillik tarixinin 26-cı ilini arxada qoydu. Dövlətimizin başçısı İlham Əliyev çıxışlarında daim bu məqamı xüsusi qeyd edir ki, tarixi paralellər fonunda Azərbaycanın
18:18 Bu, XX əsr tariximizin ən qanlı səhifəsidir Son iki əsrdə xalqımıza qarşı erməni millətçiləri tərəfindən məqsədyönlü şəkildə həyata keçirilən etnik təmizləmə, soyqırımı və təcavüzkarlıq siyasəti Azərbaycan tarixinin faciələrlə, o cümlədən qanlı hadisələrlə dolu çox ağrılı mərhələlərini təşkil edir. Bu millətçi-şovinist siyasətin əsas məqsədi
10:06 Kamal Abdulla: “Azərbaycanda radikal və ekstremist cərəyanların fəaliyyəti xeyli məhdudlaşıb” - MÜSAHİBƏ Yeni mədrəsələrin açılmasına hazırlıq işləri görülür” Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə dövlət müşaviri, akademik Kamal Abdullanın APA-ya müsahibəsi - “Multikulturalizm ili” çərçivəsində Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində hansı işlər
23:55 Ermənilər necə dövlət qurdu? - Təcavüz tarixi Son iki əsrdə xalqımıza qarşı erməni millətçiləri tərəfindən məqsədyönlü şəkildə həyata keçirilən etnik təmizləmə, soyqırımı və təcavüzkarlıq siyasəti Azərbaycan tarixinin faciələrlə, o cümlədən qanlı hadisələrlə dolu çox ağrılı mərhələlərini təşkil edir. Bu millətçi-şovinist siyasətin əsas məqsədi
09:59 Azərbaycanlılara qarşı etnik təmizləmə və soyqırımı siyasətinin mərhələləri Ermənilərin Azərbaycan torpaqlarına köçürülməsi Son iki əsrdə xalqımıza qarşı erməni millətçiləri tərəfindən məqsədyönlü şəkildə həyata keçirilən etnik təmizləmə, soyqırımı və təcavüzkarlıq siyasəti Azərbaycan tarixinin faciələrlə, o cümlədən qanlı hadisələrlə dolu çox ağrılı mərhələlərini təşkil edir. Bu millətçi-şovinist siyasətin əsas məqsədi

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az