t s

» » Ermənistandan SENSASİYALI PLAN: - Yeni dövlət yaradıb Naxçıvanı "işğal edəcəklər"

Ermənistandan SENSASİYALI PLAN: - Yeni dövlət yaradıb Naxçıvanı "işğal edəcəklər"

1-10-2018, 15:44 Yazar:  Nuhu Baxılıb: 69 Çap et
Ermənistandan SENSASİYALI PLAN: - Yeni dövlət yaradıb Naxçıvanı "işğal edəcəklər"Sentyabrın 29-da İrəvanda “Sasna srer” qruplaşması eyniadlı hərbiləşmiş partiya yaratdıqlarını elan edib.

Mediaxeberleri.az xəbər verir ki, yeni partiyanın mətbuat katibi Varukan Avetisyan silahlı mübarizənin dayandırılması və siyasi fəaliyyətin başlanması haqqında qərar verdiklərini bildirib.

Təsis qurultayında elan edilib ki, partiyanın rəhbəri olmayacaq, əvəzində əlaqələndirmə katibliyi idarə edəcək.

“Partiyanın yaradılmasının məqsədi Ermənistanda neçə illərdir planlaşdırılan dəyişiklikləri həyata keçirməkdir”, - deyə o bildirib.

Avetisyan bəyan edib ki, onlar “rus-türk razılaşması”nın nəticə olaraq yaradılan Ermənistan respublikasını tanımır və yeni erməni dövlətinin yaradılması üçün mübarizəyə başlayacaqlar.

“Bizim hədəfimiz Ermənistanın yeni respublikasını yaratmaqdır. Bu dövlətə “Arsax” (Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ ərazisi - red.) və Ermənistandan kənarda yaşayan ermənilər birləşdiriləcək. Biz Naxçıvanı və Axuryan çayından qərbdəki əraziləri də yeni Ermənistan respublikasına birləşdirəcəyik”, - deyə o bildirib.

“Sasna srer” qruplaşmasının lideri Jirayr Sefilyan bildirib ki, onlar yeni parlamentin formalaşdırılmasına qədər Nikol Paşinyanı dəstəkləyəcəklər.

Qeyd edək ki, 2016-cı ildə “Sasna srer” qruplaşması İrəvanda Sarkisyan hakimiyyətinə qarşı qiyam törədib.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

22:47 Müasir Azərbaycan dövləti Azərbaycanın tarixi-etnik torpaqlarının onda birində qurulub - Yasəmən Qaraqoyunlu Bu məqalə Azərbaycan Cümhuriyyətinin yüz illiyinə həsr olunur. Azərbaycan necə parçalandı. Xəzər-Qara dəniz-Kəngər (Bəsrə) körfəzi arasında yerləşərək Geostrateji baxımdan Turküstan (Şərq türklüyü) və Anadolu (qərb türklüyü) arasında bir bağ, körpü rolu oynayaraq Türk dünyasının
21:10 Ən əski türk soylarından biri – KOLANILAR Kolanılar ən əski türk boylarından biridir. Çox geniş ərazidə yayılmışlar. Bu gün təkcə quzey Azərbaycanda deyil, eləcə də güney Azərbaycanda, İraqda, Misirdə, Suriyada, Əfqanıstanda, Özbəkistanda, Türkiyədə, hətta Almaniyada və digər ölkələrdə ümumilikdə 100 minlərlə kolanı türkü yaşamaqdadır.
18:18 Bu, XX əsr tariximizin ən qanlı səhifəsidir Son iki əsrdə xalqımıza qarşı erməni millətçiləri tərəfindən məqsədyönlü şəkildə həyata keçirilən etnik təmizləmə, soyqırımı və təcavüzkarlıq siyasəti Azərbaycan tarixinin faciələrlə, o cümlədən qanlı hadisələrlə dolu çox ağrılı mərhələlərini təşkil edir. Bu millətçi-şovinist siyasətin əsas məqsədi
23:55 Ermənilər necə dövlət qurdu? - Təcavüz tarixi Son iki əsrdə xalqımıza qarşı erməni millətçiləri tərəfindən məqsədyönlü şəkildə həyata keçirilən etnik təmizləmə, soyqırımı və təcavüzkarlıq siyasəti Azərbaycan tarixinin faciələrlə, o cümlədən qanlı hadisələrlə dolu çox ağrılı mərhələlərini təşkil edir. Bu millətçi-şovinist siyasətin əsas məqsədi
09:59 Azərbaycanlılara qarşı etnik təmizləmə və soyqırımı siyasətinin mərhələləri Ermənilərin Azərbaycan torpaqlarına köçürülməsi Son iki əsrdə xalqımıza qarşı erməni millətçiləri tərəfindən məqsədyönlü şəkildə həyata keçirilən etnik təmizləmə, soyqırımı və təcavüzkarlıq siyasəti Azərbaycan tarixinin faciələrlə, o cümlədən qanlı hadisələrlə dolu çox ağrılı mərhələlərini təşkil edir. Bu millətçi-şovinist siyasətin əsas məqsədi

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az