t s

» » "Ermənistan hakimiyyəti atamın bizə yazmağına imkan vermir" - Girovun oğlu

"Ermənistan hakimiyyəti atamın bizə yazmağına imkan vermir" - Girovun oğlu

1-10-2018, 15:41 Yazar:  Nuhu Baxılıb: 61 Çap et
"Ermənistan hakimiyyəti atamın bizə yazmağına imkan vermir" - Girovun oğlu"Atamdan sonuncu məktubu 2017-ci il noyabrın 1-də almışam”.

Bu sözləri erməni girovluğunda olan Dilqəm Əsgərovun doğum günü ilə "Mərhəmət” Kimsəsizlərə Yardım İctimai Birliyinin keçirdiyi tədbirdə Dilqəm Əsgərovun oğlu Kürdoğlu Əsgərov deyib.

O bildirib ki, 11 aydır atasından xəbər almadığı üçün narahatdır. "Əslində, 3 aydan bir video görüntü gəlməlidir. Lakin nə video, nə də məktub var. Bununla bağlı Qırmızı Xaç komitəsi və dövlət qurumlarına müraciət etmişik. "Qırmızı Xaç”dan bizə şifahi cavab verildi ki, vəziyyəti normaldır. Dövlət qurumları isə atamın özünün məktub yazmaq istəmədiyini bildirdilər. Onlardan videonun göndərilməməsinin səbəblərini soruşuram. Onlar isə bildirir ki, özü istəmir. Bunu hamımız bilirik ki, bu belə deyil.

Ermənistan hakimiyyəti atamın bizə yazmağına imkan vermir. Qondarma məhkəmənin qərarı ilə atam ömürlük, Şahbaz Quliyev isə 22 il azadlıqdan məhrum olunub. Hal-hazırda Şuşa həbsxanasında saxlanılırlar”.

K. Əsgərov deyib, atası və Şahbaz Quliyevin girovluqdan azad olunması ilə dünyanın bir çox ölkəsində, beynəlxalq qurumların tədbirində çıxış edib.

"Təəssüf ki, dünya birliyi hələ də bu ədalətsizlik qarşısında susur. Biz haqq səsimizin dünyaya çatdırılması ilə bağlı atdığımız addımları davam etdirəcəyik”.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

17:46 İlham Əliyev yüzlərlə məhbusu əfv etdi - SİYAHI + YENİLƏNİB Azərbaycan prezidenti İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə əfv olunması haqqında sərəncam imzalayıb. Mediaxeberleri.az-ın xəbərinə görə, sərəncama əsasən, azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş aşağıdakı şəxslər cəzanın
22:44 Fransada Dilqəm Əsgərov və Şahbaz Quliyevə görə tədbir keçirilib – FOTOLAR Fransanın paytaxtı Paris şəhərində 10 Dekabr – beynəlxalq insan hüquqları gününüə həsr olunmuş beynəlxalq tədbir keçirilib. Mediaxeberleri.az-a daxil olan məlumata görə, tədbirin keçirilməsində əsas məqsəd öz dədə-baba yurdlarını ziyarətə gedərkən Ermənistan silahlı qüvvələri tərəfindən girov
17:18 "Atam mənə elə sərvət qoyub ki, heç vaxt bitməyəcək” Bəxtiyar Məmmədov mərhum xanəndə Səxavət Məmmədovun oğludur. 8 yaşından Azərbaycan Dövlət Televiziyasında (AzTV) bir sıra uşaq verilişlərinin aparıcısı olan B.Məmmədov hazırda diplomatik fəaliyyətlə məşğuldur. 1984-cü ildə anadan olan B.Məmmədov 2001-ci ildə Bakı şəhəri 43 saylı litseyi fərqlənmə
18:18 Bu, XX əsr tariximizin ən qanlı səhifəsidir Son iki əsrdə xalqımıza qarşı erməni millətçiləri tərəfindən məqsədyönlü şəkildə həyata keçirilən etnik təmizləmə, soyqırımı və təcavüzkarlıq siyasəti Azərbaycan tarixinin faciələrlə, o cümlədən qanlı hadisələrlə dolu çox ağrılı mərhələlərini təşkil edir. Bu millətçi-şovinist siyasətin əsas məqsədi
13:18 Batının Türklüyü çökdürmək istəyi Türkel Araşdırma Qurumu təqdim edir Soylu Atalı: Ürəyinizdə Günəş olsun, sayğılı yurddaşlarımız! Bu gün biz, ayrı-ayrı Azərbaycan aydınları Türkel Araşdırma Qurumu adına bir araya gəldik. İstəyimiz gündəmdə olan bir qonunu toplumumuza, insanlarımıza tanıtmaqdır, çatdırmaqdır. Qonumuz neçə

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az