t s

» » Paşinyan Əliyevlə görüşündən danışdı - “O, savadlı insandır”

Paşinyan Əliyevlə görüşündən danışdı - “O, savadlı insandır”

1-10-2018, 09:43 Yazar:  Gülnar Baxılıb: 85 Çap et
Paşinyan Əliyevlə görüşündən danışdı - “O, savadlı insandır”
"Azərbaycan prezidenti İlham Əliyev savadlı insan təəssüratı doğurdu”.

Mediaxeberleri.az
Virtualaz.org-a istinadən xəbər verir ki, bunu jurnalistlərlə söhbətində Ermənistanın baş naziri Nikol Paşinyan deyib.

"Bu razılaşmaların əldə olunmasını çox vacib hesab edirəm. Əhəmiyyətlidir ki, İlham Əliyevlə əlaqə yaratmaq barədə razılaşdıq, sabah bu barədə ATƏT-in Minsk qrupunun üzvlərinə rəsmi məlumat verəcəyik ki, Ermənistan və Azərbaycan rəhbərliyi arasında daimi rabitənin yaradılması haqqında razılaşmışıq”, - Paşinyan qeyd edib.

Onun sözlərinə görə, bunun texniki cəhətdən necə icra ediləcəyi hələlik aydın deyil. Lakin bu, vəziyyətə daha operativ nəzarət etməyə imkan yaradacaq.
Paşinyan bildirib ki, İlham Əliyev onda normal, müsbət təəssürat doğurub. Onlar normal, "sivil” söhbət ediblər.

"O, savadlı insan təəssüratı doğurdu”, - Paşinyan vurğulayıb.

Paşinyan qeyd edib ki, yaxın zamanlarda İlham Əliyevlə görüşü gözlənilmir. Lakin yarım saat ərzində informasiyanın ötürülməsinin mümkün olduğu rabitənin mövcudluğu operativ məsələlərin həllində yardımçı olmalıdır.

Xatırladaq ki, Paşinyan Düşənbədə MDB dövlət başçılarının zirvə görüşündə Azərbaycan prezidenti İlham Əliyevlə bir sıra məsələlər üzrə razılıq əldə etdiklərini demişdi. Bunlar sərhəddə sülh şəraitinin qorunması, dialoq və danışıqlar prosesinə sadiqlik və operativ rabitənin yaradılmasıdır.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

09:13 MDB dövlət başçıları Moskvada nədən danışdılar? – ÇIXIŞLAR + VİDEO + FOTO Prezident İlham Əliyev MDB dövlət başçılarının Moskvada keçirilən qeyri-rəsmi görüşündə iştirak etmək üçün “Novo-Oqaryovo” dövlət iqamətgahına gəlib. Mediaxeberleri.az Report-a istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev görüşdə iştirak edib. Rusiya Prezidenti
11:21 "Jurnalistlərimiz cəbhədəki gərginliyə həssas və peşəkarcasına yanaşdılar" - Ramiz Mehdiyev Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri akademik Ramiz Mehdiyevin AZƏRTAC-a müsahibəsi - Ramiz müəllim, ekspertlər 1994-cü ildə atəşkəs rejimi elan olunduqdan sonra hazırda Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində baş verən hadisələri ən ciddi gərginlik halı kimi
19:38 Ramiz Mehdiyev: “Azərbaycan xalqı torpaqlarının işğalda qalması ilə heç vaxt barışmayacaq” Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri: “Azərbaycan ordusu ərazilərimizi düşmən tapdağından azad etməyə qadirdir” Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri akademik Ramiz Mehdiyev AZƏRTAC-a müsahibə verib. Mediaxeberleri.az həmin müsahibəni təqdim edir:
09:04 Əli Həsənov: Azərbaycan müstəqillik, inkişaf və rifah yolu ilə gedir – MÜSAHİBƏ “2015-ci ildə Azərbaycan mürəkkəb qlobal proseslərin təsirindən məharətlə qorunub”. Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov 2015-ci ilin yekunları ilə bağlı müsahibə verib. Mediaxeberleri.az müsahibəni təqdim edir: - Başa çatmaqda olan 2015-ci
01:49 "ATƏT Almaniya və Türkiyənin Minsk qrupunda həmsədrlik məsələsinə baxacaq" - MÜSAHİBƏ Azay Quliyev: “Ermənistan Türkiyənin həmsədrlikdə təmsil olunmasına etiraz etməməlidir” Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, Milli Məclisin deputatı, ATƏT Parlament Assambleyasının siyasi məsələlər və təhlükəsizlik komitəsi sədrinin müavini Azay Quliyev

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az