t s

» » Tarixi zərurət, labüd bədbəxtlik

Tarixi zərurət, labüd bədbəxtlik

30-09-2018, 22:42 Yazar:  Gülnar Baxılıb: 97 Çap et
Tarixi zərurət, labüd bədbəxtlik
Ermənilər İrəvanın qarşılığında Qarabağ və Naxçıvana iddialarından əl çəkəcəklərinə söz vermişdilər


Mənfur qonşularımız ermənilərin Azərbaycan ərazilərinə qarşı ərazi iddiaları, işğalçılıq siyasəti bu günün reallığı olsa da, məkrləri uzaq tarixə dayanır. XIX əsrin əvvəllərindən başlayaraq erməniləri dəstəkləyən Rusiya imperiyası onların dövlət yaratmaq arzularını həyata keçirmələrinə yaxından kömək edirdi. Tarixi şərait erməniləri indiki işğalçı bir dövlətin yaradılmasına zəmin yaradıb.

Tarixi sənədlərə, arxivə nəzər saldıqda görünən odur ki, İrəvan şəhərinin siyasi mərkəz kimiermənilərə güzəştə gedilməsi Azərbaycan Milli Şurasının qərarı ilə edilib. Zaqafqaziya seyminin dağılmasından sonra erməni milli şurası Tiflisdə Ermənistan Respublikasının yaradıldığını elan edir. 1918-ci il mayın 29-da Tiflisdə Azərbaycan Milli Şurasının iclası keçirilir və iclasın 3 nömrəli protokoluna görə, Fətəli xan Xoyski şura üzvlərinin Azərbaycan və erməni federasiyası ərazilərinin sərhədləri məsələsinə dair erməni milli şurası ilə apardıqları danışıqların nəticələri barədə məruzə edib. Xoyski məruzəsində erməni federasiyasının yaradılması üçün onlara siyasi mərkəz lazım olduğunu, Gümrüyə Türkiyə qoşunlarının nəzarət etdiyini əsas gətirərək, mərkəzin yalnız İrəvan ola biləcəyi haqqında məlumat verib. Fətəli xan İrəvanın ermənilərə güzəştə gedilməsinin zəruri olduğunu bildirib. Şura üzvlərinin əksəriyyəti İrəvanın ermənilərə güzəştini tarixi zərurət, labüd bədbəxtlik adlandırıblar.

Tarixi sənədlərdə göstərilir ki, bu güzəştlə ermənilərlə yaşanan konfliktə son qoyulur. Azərbaycan Cümhuriyyəti Hökumətinin baş naziri Fətəli xan Xoyski mayın 29-da xarici işlər naziri Məmməd Həsən Hacınskiyə yazırdı:

"Biz ermənilərlə bütün mübahisələrə son qoyduq, onlar ultimatumu qəbul edəcək və müharibəni qurtaracaqlar. Biz İrəvanı onlara güzəştə getdik”.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

08:53 Tarixi həqiqətlər və erməni uydurmaları Hələ XVII əsrdən başlayaraq ermənilər xristian dini etiqadlarından istifadə edərək Avropa dövlətlərinin üzünü Şərqə çevirməyə çalışmış, onların köməyindən istifadə edərək müstəqil «Böyük Ermənistan» yaratmaq xülyasını reallaşdırmaq fikrinə düşmüşlər. Bu işdə ermənilərə daha çox «canıyananlıq
18:18 Bu, XX əsr tariximizin ən qanlı səhifəsidir Son iki əsrdə xalqımıza qarşı erməni millətçiləri tərəfindən məqsədyönlü şəkildə həyata keçirilən etnik təmizləmə, soyqırımı və təcavüzkarlıq siyasəti Azərbaycan tarixinin faciələrlə, o cümlədən qanlı hadisələrlə dolu çox ağrılı mərhələlərini təşkil edir. Bu millətçi-şovinist siyasətin əsas məqsədi
11:50 Azərbaycan Xalq Cümhuriyyətinin tarixi Hökumət və onun tərkibi Hökumət Azərbaycan Xalq Cümhuriyyətinin ali icra hakimiyyəti orqanı idi. Parlament qarşısında məsuliyyət daşıyırdı. Azərbaycan Milli Şurasının fəaliyyət göstərmədiyi dövrdə qanunvericilik fəaliyyətini də yerinə yetirmişdir. Azərbaycanın müstəqilliyi haqqında İstiqlal
23:55 Ermənilər necə dövlət qurdu? - Təcavüz tarixi Son iki əsrdə xalqımıza qarşı erməni millətçiləri tərəfindən məqsədyönlü şəkildə həyata keçirilən etnik təmizləmə, soyqırımı və təcavüzkarlıq siyasəti Azərbaycan tarixinin faciələrlə, o cümlədən qanlı hadisələrlə dolu çox ağrılı mərhələlərini təşkil edir. Bu millətçi-şovinist siyasətin əsas məqsədi
09:59 Azərbaycanlılara qarşı etnik təmizləmə və soyqırımı siyasətinin mərhələləri Ermənilərin Azərbaycan torpaqlarına köçürülməsi Son iki əsrdə xalqımıza qarşı erməni millətçiləri tərəfindən məqsədyönlü şəkildə həyata keçirilən etnik təmizləmə, soyqırımı və təcavüzkarlıq siyasəti Azərbaycan tarixinin faciələrlə, o cümlədən qanlı hadisələrlə dolu çox ağrılı mərhələlərini təşkil edir. Bu millətçi-şovinist siyasətin əsas məqsədi

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az