t s

» » Düşmən barədə hər şeyi bilirik

Düşmən barədə hər şeyi bilirik

31-03-2015, 20:17 Yazar:  Röya Baxılıb: 369 Çap et
Düşmən barədə hər şeyi bilirikAzərbaycan tərəfi düşmən barədə, eləcə də Ermənistanda baş verən bütün proseslərlə bağlı istənilən məlumata malikdir.

Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətindən Mediaxeberleri.az-a bildirilib.

Məlumatda bildirilir ki, bu yaxınlarda “Dağlıq Qarabağın müdafiə naziri” Movses Akopyanın telefon danışığının audio yazısının ictimailəşməsi bunun əyani sübutudur.

Mətbuat xidmətindən qeyd olunub ki, cəbhədə erməni tərəfinin itkilərin gizlədilməsinə gəldikdə isə həqiqətən erməni tərəfi bütün iyrənc üsullardan istifadə edərək xeyli sayda olan itkilərini gizlədir:“Bütün bunlara baxmayaraq, erməni mətbuatının yaydığı rəsmi məlumatları izləsəniz, ermənilərin itkilərinin statistikasını açıq-aydın görə bilərsiniz. Hətta rəsmi məlumatlar əsasında yayılan xəbərlər istər Ermənistanda, istərsə də düşmən ordusunda vəziyyətin nə qədər acınacaqlı, dözülməz və şəraitin yaxşılığa doğru bərpasının ümidsiz olduğunu açıq-aydın göstərir. Buna bariz nümunə isə martın 22-də Azərbaycan tərəfinə könüllü surətdə keçmiş erməni hərbi qulluqçu A.Qriqoryanın səsləndirdiyi fikirlərdir”.

Qeyd edək ki, Ermənistan KİV-ləri martın 29-30-da cəbhədə gedən döyüşlər zamanı 7 erməni hərbçinin öldüyü barədə məlumat yayıb. Rəsmi orqanlar isə bu barədə dəqiq məlumat vermirlər. Azərbaycan Müdafiə Nazirliyi isə bəyan edib ki, erməni tərəfinin itkiləri açıqlanan rəqəmlərdən qat-qat çoxdur və ermənilər bu itkiləri tədricən açıqlayacaqlar.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

19:43 Ermənilərin itkisi təsdiqləndi "Yəqin ki, onlar itkilərini yavaş-yavaş, tədricən ortaya çıxaracaqlar" Son iki gündə cəbhədə gedən döyüşlər zamanı erməni tərəfi erməni mediasında yayılan rəqəmlərdən qat-qat çox itki verib. Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi, polkovnik Vaqif Dərgahlı ANS PRESS-in sorğusuna cavabında,
19:47 “Ermənistan ordusunda ancaq debillər xidmət edir?” “İmkanları olsa, hətta Andranik Qriqoryanın, ümumiyyətlə, mövcudluğunu təkzib edərlər. Əvvəlcədən də bizim üçün aydın idi ki, könüllü surətdə qoşunlarımızın nəzarətində olan əraziyə keçən erməni hərbçisi barədə yayımlanan kadrların həqiqiliyinə düşmən tərəfi şübhə yaratmağa və onu təkzib etməyə
18:17 Erməni hərbçi əsir düşdü - Düşmən ordu qorxu içindədir Andranik Araratoviç Qriqoryan Azərbaycan Ordusuna təslim olub Ermənistan ordusunun hərbi xidmətçisi Andranik Araratoviç Qriqoryan Azərbaycan tərəfinə keçib. 1991-ci il təvəllüdlü Andranik Qriqoryan qoşunların təmas xəttindəki döyüş postunu tərk edərən Azərbaycan əsgərlərinə təslim olub. Hadisə
18:57 Erməni ordusu yenə itki verdi Ermənistan Müdafiə Nazirliyi cəbhədə verdiyi itkiləri bir-bir açıqlayır Ermənistan ordusu qoşunların təmas xəttində təxribatlar törədərkən xeyli itki verib. ANS PRESS-in məlumatına görə, Ermənistan Müdafiə Nazirliyi öldürülən daha bir erməni əsgərin adını açıqlayıb. Açıqlamada bildirilir ki,
17:37 Müdafiə Nazirliyindən erməni təxribatı ilə bağlı daha bir açıqlama “Guya Azərbaycan tərəfində vuruşan bir türkiyəli təlimatçının cəbhədə öldürülməsi haqqında Ermənistan mətbuatının yaydığı məlumat erməni fantaziyasının məhsuludur”. Bu barədə APA-ya Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən sorğuya cavab olaraq deyilib. “Öz ərazisini qorumaq iqtidarında olmayan

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az