t s

» » Müdafiə naziri soyqırımı günü ilə əlaqədar hərbçilərə müraciət edib

Müdafiə naziri soyqırımı günü ilə əlaqədar hərbçilərə müraciət edib

31-03-2015, 17:02 Yazar:  Aygün Baxılıb: 384 Çap et
Müdafiə naziri soyqırımı günü ilə əlaqədar hərbçilərə müraciət edibMüdafiə naziri general-polkovnik Zakir Həsənov 31 mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar hərbçilərə müraciət edib

Müdafiə Nazirliyindən ANS PRESS-ə verilən məlumata görə, müraciətdə deyilir:

31 mart 1918-ci il, 26 fevral 1992-ci il Azərbaycan xalqının tarixinin qanlı səhifələrindəndir. Analoqu olmayan bu faciələr əzəli və əbədi torpaqlarımızın zəbti ilə müşayiət olunaraq, ermənilərin azərbaycanlılara qarşı düşünülmüş, planlı surətdə həyata keçirdiyi soyqırım siyasətidir.

Xalqımızın Ümummilli lideri Heydər Əliyevin imzaladığı 1998-ci il 26 mart tarixli Fərmanın ermənilərin, həmçinin, onların havadarlarının Azərbaycan xalqının başına gətirdikləri müsibətlərin həm ölkə, həm də beynəlxalq ictimaiyyətin mühakiməsinə çıxarılmasında çox böyük və əhəmiyyətli rolu vardır.

Həmin Fərmanda qeyd edilir ki, Azərbaycan Respublikası müstəqillik qazandıqdan sonra xalqımızın tarixi keçmişinin obyektiv mənzərəsini yaratmaq imkanı əldə edilmişdir. Uzun illər gizli saxlanılan, üzərinə qadağa qoyulmuş həqiqətlər açılır, təhrif edilmiş hadisələr özünün əsl qiymətini alır.

Tariximizin açılmamış və uzun illərdən bəri öz siyasi-hüquqi qiymətini almamış səhifələrindən biri - xalqımıza qarşı törədilən soyqırım məhz Ulu Öndərimizin sayəsində beynəlxalq aləmdə geniş təbliğ olunmağa başlamışdır.

Artıq 17 ildir ki, 31 mart - Azərbaycanlıların Soyqırımı günü kimi qeyd edilir.
Mən bu gün soyqırım qurbanlarının, ağır zamanlarda xilaskarlıq missiyası ilə köməyə gəlmiş türk qardaşlarımızın, eləcə də Azərbaycanın suverenliyi, ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsini hörmətlə, ehtiramla yad edir və əmin olduğumu bildirirəm ki, siz qan yaddaşımızın kəsərli silah olduğunu heç vaxt unutmayacaq, tarixin ibrət dərslərindən nəticə çıxaracaq şəhidlərimizin qisasını alacaqsınız.

Müstəqil dövlətimizin iqtisadiyyatı durmadan dinamik sürətlə inkişaf edir. Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin apardığı həm daxili, həm də xarici siyasət nəticəsində ölkəmizin nüfuzu dünyada günü-gündən yüksəlir, müdafiə qüdrəti daha da möhkəmlənir. Silahlı Qüvvələrimizin şəxsi heyəti döyüş və mənəvi-psixoloji hazırlıqda yeni-yeni uğurlu nailiyyətlər əldə edir.

İşğal altında olan torpaqlarımızın tezliklə azad olunacağı heç kimdə şübhə doğurmamalıdır.
Xalqına, dövlətinə və Prezidentinə güvənən Silahlı Qüvvələrimiz qarşısında duran bütün vəzifələri yerinə yetirməyə hər an hazır və qadirdir.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

16:24 AZƏRBAYCANLILARIN SOYQIRIMI GÜNÜ AĞSTAFADA QEYD OLUNDU Martın 31-də Ağstafa rayonunda qan yaddaşımızda dərin iz buraxmış 31 Mart Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar tədbir keçirildi. Ağstafa Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Heydər Əliyev Muzey-Mərkəzinin binasında keçirilən tədbirdə Ağstafa rayon İcra hakimiyyəti başçısının
00:25 31 Mart - Azərbaycanlıların Soyqırımı Günüdür Azərbaycan Respublikası müstəqillik qazandıqdan sonra xalqımızın tarixi keçmişinin obyektiv mənzərəsini yaratmaq imkanı əldə edilib. Uzun illər gizli saxlanılan, üzərinə qadağa qoyulmuş həqiqətlər açılır, təhrif edilmiş hadisələr özünün əsl qiymətini alır. Azərbaycan xalqına qarşı dəfələrlə
18:26 Elmira Süleymanova Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar bəyanat yaydı Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili (Ombudsman) Elmira Süleymanova 31 mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar bəyanat yayıb. Bəyanat BMT-nin baş katibinə, onun müavininə, təşkilatın insan hüquqları üzrə ali komissarına, Avropa Komissiyasına, Avropa Şurasına,
18:08 Müdafiə naziri: "Ermənilərə zərbə endirsək yüz illərlə özlərinə gələ bilməyəcəklər" (VİDEO) Məqam yetişib Novruz bayramı ilə əlaqədar müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin rəhbər heyəti cəbhəboyu rayonlarda yerləşən birlik, birləşmə və hərbi hissələrdə olub. Müdafiə Nazirliyindən verilən məlumata görə, hərbi hissələrə baş çəkən müdafiə naziri xalqımızın
01:18 Bu gün 8 Mart - Beynəlxalq Qadınlar Günüdür Bu gün bütün dünyada 8 Mart - Beynəlxalq Qadınlar Günü qeyd olunur. Bu gün Klara Setkinin təklifi ilə 1910-cu ildə sosialist qadınların Kopenhagendə keçirilən II beynəlxalq konfransında təsis olunub. Mahiyyət etibarilə bu gün qadınların ictimai-siyasi, iqtisadi bərabərlik, öz hüquqları uğrunda

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az