t s

» » Dünyanın diqqətini çəkən azərbaycanlı: Umudov haqqında bunları bilirsizmi? - VİDEO

Dünyanın diqqətini çəkən azərbaycanlı: Umudov haqqında bunları bilirsizmi? - VİDEO

25-09-2018, 23:03 Yazar:  Gülnar Baxılıb: 295 Çap et
Dünyanın diqqətini çəkən azərbaycanlı: Umudov haqqında bunları bilirsizmi? - VİDEO
Bildiyiniz kimi, bir neçə gün öncə güləş üzrə yığma komandalarımız etiraz aksiyası keçirdilər.

İdmandan anlayışı olmayan bəzi şəxslər sərbəst güləş üzrə milli komandanın baş məşqçisi Firdovsi Umudovu hədəfə alıblar.

Ona qarşı monitor arxası "qəhrəmanlıq” etməyə başlayıblar.

Bəs bu Umudov kimdir?

Umudov məşqçi kimi dünyada Azərbaycanı tanıdıb. O nə məmur, nə deputat, nə də nazir ailəsində böyüməyib. Özünün güləşdiyi zamanlarda da məşqlərini də heç də Antaliyada, Parisdə, Brazilyada keçməyib.

Firdovsi Umudovun atası Qəminalı Umudov oğlunu hansı əziyyətlərlə məşq etdirdiyini bilirsizmi? Bilənlər bilir o hansı əziyyətləri görüb. Çünki Qəminalı müəllimin heç də övladının idmanına qarşı mülayim olmayıb. Daha sərt, daha güclü bir rejimlə məşq etməsini tənbeh edib.

O insan həm ailəsinə köməklik edib, həm güləşib. Sonra isə məşqçi kimi çox iş görüb.

Onun idmançı olmasını qoyaq bir kənara...

Bir azərbaycanlı göstərin ki, dünyanın ən yaxşı məşqçisi (2012) adına layiq görülsün.

Monitor arxası "qəhrəman”lar nə bilirsiniz axı Firdovsi Umudov idmançılar üçün hansı yardımı edib?
El arasında arxadan danışanlar üçün gözəl bir söz deyilir: "Üzünə deyə bilərsənmi?”
Məlumatlara görə, vətəninə, dövlətinə bağlı olan Umudova dəfələrlə xarici ölkələrdən iş təklif gəlsə də, həmişə xeyr cavabı verib.

Firdovsi Umudovun xronikası...

İdman sahəsində böyük rolu olan şəxslərdən biri də "Şöhrət” ordenli (2012), Tərəqqi medalı ilə təltif olunmuş (2016) sərbəst güləş üzrə milli komandanın baş məşqçisi Firdovsi Umudovdur.

Danılmazdır ki, o Azərbaycanın təbliğatı, idmanın, xüsusən də güləşin inkişafı üçün xeyli işlər görüb. Onun dəfələrlə dünya, dəfələrlə Avropa və olimpiya çempionlarımızın yetişməsində böyük əməyi olub. Elə buna görə də əməkdar məşqçinin uğurları təkcə ölkə hüdudlarında deyil, xaricdə də tanınır. Belə ki, F.Umudov 2012-ci ildə "Düyanın ən yaxşı məşqçisi” adına layiq görülüb.

Qeyd etmək yerinə düşər ki, dünyanın ən yaxşı məşqçisi adına layiq görülən yeganə azərbaycanlıdır.

Onun əqidəsinin, məqsədinin arxasında vətənpərvərlik, xalqına sevgi, dövlətə və dövlət başçısına bağlılıq prinsipi dayanır.

Bu əqidənin, məqsədin nəticəsidir ki, sərbəst güləşçiilərimiz dünya və Avropa arenalarında dəfələrlə bayraqlarımızı dalğalandırıb, himnizimiz səsləndirib.
Elə Firdovsi Umudovun özü də dəfələrlə vurğulayıb ki, "biz idmançıdan öncə, birinci növbədə əsgər yetişdiririk”. Döyüşkən əsgər ruhlu güləşçilərimiz elə bu psixologiya ilə vətənə medalla qayıdıblar.

Xatırlatma...

Firdovsi Umudov idmançı kimi də bir çox uğurlara sahibdir. O dəfələrlə Azərbaycan çempionu, gənclərin Avropa Birinciliyinin bürünc, tələbələrin dünya çempionatının gümüş mükafatçısı və dünya kubokunun qalibidir.

2005-ci ildən isə Azərbaycanən sərbəst güləş üzrə milli komandasında çalışır. 2009, 2012, 2015– ci illərdə Azərbaycanın, 2012-ci ildə isə Dünyanın "ən yaxşı məşqçi”si adına layiq görülüb.

2015-ci ildə isə Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu ilə təltif olunub. Həmçinin F.Umudova 2015-ci ildə polkovnik-leytenant rütbəsi verililib.
Maraqlı bir faktı da diqqətinizə çatdıraq ki, linkdəki videoya sərbəst güləş üzrə yığma komananın baş məşqçisi F.Umudov haqda müsbət rəylər tək azərbaycanlılardan gəlməyib. Yaponiyadan və İspaniyadan da Umudov üçün xeyli sayda müsbət fikirlər yazılıb.





www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

23:06 Azərbaycanın Olimpiya yığmasının ümumilikdə 18 medal əldə etməsi çox gözəl nəticədir Firdovsi Umudov: Əsası Ulu öndərimiz Heydər Əliyev tərəfindən qoyulan, bu gün möhtərəm Prezident İlham Əliyev tərəfindən uğurla davam və inkişaf etdirilən uğurlu idman siyasəti ölkəmizi dünya idmanının və Olimpiya hərəkatının ən fəal üzvlərindən birinə çevirib Müsahibimiz Azərbaycanın sərbəst
10:44 Dünyanın diqqətini çəkən azərbaycanlı: Biz əsgər yetişdirirk “Bu əqidənin, məqsədin nəticəsidir”. Martın 5-də “Bədən tərbiyəsi və idman günü” qeyd edilib. Mediaxeberleri.az bu münasibətlə bütün idmançılarımızı, Azərbaycan idmanına öz töhvəsini verən şəxsləri təbrik edir. Təbii ki, bu sahədə böyük rolu olan şəxslərdən biri də “Şöhrət” ordenli, sərbəst
16:01 “Uluyol-Hünər” Ailəsinin “Ailə Günü” toplantısında deyilmiş fikirlər Asif Atanın – İnam Atanın Mütləqə İnam Ocağı “Uluyol-Hünər” Ailəsinin “Ailə Günü” toplantısında deyilmiş fikirlər Ocaq Günsırası ilə 28 Od Ayı, 37-ci ildə (iyul, 2015) İnam Evində “Uluyol-Hünər” Ailəsinin “Ailə Günü” toplantısı keçirildi. Öncə Ailə Gününün quralları yerinə yetirildi. Sonra
21:22 Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Asif Atanın (İnam Atanın) Mütləqə İnam Ocağı Ata Ocaq ilsırasının 37- ili Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Törən öncəsi həyətdə tonqal qalandı. Tonqal başında qutsal söz söylənildi. Nurtəkin Atalı: Bu Ocağın qalanması, məni “Xalqlaşma İli”mizdə yeni uğurlara çağırır. Soylu Atalı: Sən
19:55 M.Ə.Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti” bitiyini “Tanıtma törəni” keçirildi Türkel Araşdırma Qurumu sunur (Məhəmməd Əmin Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti” bitiyini “Tanıtma törəni” keçirildi) Soylu Atalı: Ürəyinizdə Günəş olsun, sayğılı yurddaşlarımız! Bu gün fevral ayının (bizdə Köçəri Ayının) 10-u Azərbaycanın tarixi faciələrindən birinin “Türkmənçay Bağlaşması”nın

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az