t s

» » Azərbaycan İlahiyyat İnstitutunda tələbələr dərs vəsaitləri ilə təmin ediliblər - FOTOLAR

Azərbaycan İlahiyyat İnstitutunda tələbələr dərs vəsaitləri ilə təmin ediliblər - FOTOLAR

24-09-2018, 19:13 Yazar:  Gülşən Məmmədoğlu Baxılıb: 69 Çap et
Azərbaycan İlahiyyat İnstitutunda tələbələr dərs vəsaitləri ilə təmin ediliblər - FOTOLAR
Sentyabrın 24-də Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) tələbələrə ödənişsiz dərsliklərin təqdim edilməsinə həsr olunmuş tədbir keçirilib.

Aİİ-dən Mediaxeberleri.az-a bildiriblər ki, bu ali məktəbin rektoru Ceyhun Məmmədov ölkəmizdə bütün sahələrdə olduğu kimi təhsilə, mədəniyyətə, milli mənəvi dəyərlərin qorunmasına xüsusi diqqət ayrıldığını qeyd edib. Azərbaycan İlahiyyat İnstitutunun yaradılmasının bu istiqamətdə atılmış ən vacib addımlardan biri olduğunu, Aİİ-də dövlətimizin qayğısı ilə hər cür şəraitin yaradıldığını, təhsilin ödənişsiz əsaslarla təşkil edildiyini, bütün dərs vəsaitlərinin pulsuz verildiyini diqqətə çatdıran rektor tələbələrin dərs vəsaiti ilə təmin olunmasının birbaşa ölkə Prezidentinin göstərişi əsasında həyata keçirildiyini vurğulayıb. Aİİ-nin nəinki ölkəmizdə, hətta bütün dünyada seçilən ali təhsil müəssisəsinə çevrilməyi qarşısına məqsəd qoyduğunu bildirən rektor bununla bağlı tələbələrin üzərinə düşən böyük məsuliyyəti xatırladıb. C.Məmmədov dövlət tərəfindən göstərilən etimadı doğrultmaq üçün tələbələri dərslərdə fəal olmağa, dil bilgilərinə yiyələnməyə, institutun ictimai həyatında fəallıq göstərməyə, İslamın mahiyyətini, dinin əsaslarını, milli adət-ənənələrimizi, böyük dövlətçilik irsimizi dərindən öyrənməyə çağırıb. C.Məmmədov bildirib ki, şəffaf, modern, qabaqcıl seçim meyarları ilə formalaşdırılan institutda dünya standartları ilə ayaqlaşan yüksək təhsilin verilməsi nəzərdə tutulub.

Sonra Aİİ rəhbərliyi tərəfindən institutun I-IV kurs tələbələrinə İslam tarixi, İslam məzhəbləri tarixi, İslam əxlaqı, əqaid, təsəvvüf, Azərbaycanda multikulturalizmin əsasları, fars dili, ingilis dili fənlərindən dərsliklər təqdim edilib. Bildirilib ki, digər fənlər üzrə də kitabların verilməsi də təmin olunacaq.

Azərbaycan İlahiyyat İnstitutunda tələbələr dərs vəsaitləri ilə təmin ediliblər - FOTOLAR
Azərbaycan İlahiyyat İnstitutunda tələbələr dərs vəsaitləri ilə təmin ediliblər - FOTOLAR
Azərbaycan İlahiyyat İnstitutunda tələbələr dərs vəsaitləri ilə təmin ediliblər - FOTOLAR




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

18:36 Yeni Azərbaycan Partiyası - 25: xalqa, dövlətə xidmət nümunəsi - Vüqar Rəhimzadə yazır... Əgər xalq öz hüquqlarını anlayır və qoruya bilirsə, o zaman ən kiçik dövlət belə ən böyük məmləkət qədər güclü olar Azərbaycan müstəqillik tarixinin 26-cı ilini arxada qoydu. Dövlətimizin başçısı İlham Əliyev çıxışlarında daim bu məqamı xüsusi qeyd edir ki, tarixi paralellər fonunda Azərbaycanın
09:47 GƏNCƏ DÖVLƏT UNİVERSİTETİ: İNKİŞAFIN YÜKSƏK MƏRHƏLƏSİNDƏ Respublikamızda sayılıb-seçilən, təhsilimizdə xüsusi yeri və çəkisi olan elm ocaqlarından biri də Gəncə Dövlət Universitetidir. Gözəl ənənələrə və şərəfli tarixə malik olan bu universitet ölkəmizə minlərlə ixtisaslı kadrlar vermişdir. Qərb regionunda ən nüfuzlu təhsil ocağı olan Gəncə
15:12 AZƏRBAYCANDA universitetlər pulsuz təhsil verməyəcək - YENİLİK “Heç bir ölkədə pulsuz təhsil yoxdur” Kamran Əsədov: “Avropa ölkələrində dövlətə məxsus olan uşaq bağçaları, universitetlər, klinikalar, hətta kooperasiyalar da publik hüquqi şəxsdir” Azərbaycan prezidenti İlham Əliyev “Bakı Mühəndislik Universiteti” publik hüquqi şəxsin Nizamnaməsi”nin təsdiq
10:06 Kamal Abdulla: “Azərbaycanda radikal və ekstremist cərəyanların fəaliyyəti xeyli məhdudlaşıb” - MÜSAHİBƏ Yeni mədrəsələrin açılmasına hazırlıq işləri görülür” Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə dövlət müşaviri, akademik Kamal Abdullanın APA-ya müsahibəsi - “Multikulturalizm ili” çərçivəsində Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində hansı işlər
09:13 Bu gündən ixtisas seçimi başladı İxtisas kodlarını, onların sayını və ardıcıl­lığını abituriyent özü sərbəst şəkildə müəyyənləşdirir. Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə bütün qruplar üzrə müsabiqə şərtini ödəmiş abituriyentlər üçün ixtisas seçimi elan edir. TQDK

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az