t s

» » Türkiyənin məşhur müğənnisi Bakıda konsert verəcək

Türkiyənin məşhur müğənnisi Bakıda konsert verəcək

22-09-2018, 21:13 Yazar:  Gülnar Baxılıb: 84 Çap et
Türkiyənin məşhur müğənnisi Bakıda konsert verəcək
Türkiyənin məşhur müğənnisi Yıldız Tilbə Bakıda konsert verəcək.

Mediaxeberleri.az
xəbər verir ki, tədbir 13 oktyabr, Bakı Konqres Mərkəzində baş tutacaq. Çizgim Event-Noya Yapımın Bakıdakı səlahiyyətçisi Türkay Kıztaşın məlumatına görə, şənbə günü təşkil olunacaq konsertə indidən böyük maraq var:

"3400 nəfərlik tutuma malik Bakı Konqres Mərkəzində konsert keçirəcək Yıldız Tilbe ilk dəfə Azərbaycan mahnılarını səsləndirəcəyi üçün olduqca həyəcanlıdır".

Verilən məlumatda qeyd edilir ki, konsertə eyni zamanda sponsor firmaların rəhbərləri və bir çox iş, incəsənət, idman, film, media və qabaqcıl türk firmalarının rəhbərləri, Türk Baş konsulluğu, Türkiyə Mədəniyyət və Təqdimat Müşavirliyindən də qonaqlar olaraq dəvət ediliblər.

Qeyd edək ki, biletləri şəhərin bütün kassalarından, 28 Mall, Gənclik Mall ticarət mərkəzlərindən, ASAN Xidmət mərkəzlərindən və www.iticket.az -dan əldə edə bilərsiniz.

Əlaqə üçün : 051 330 5262




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

21:10 Ən əski türk soylarından biri – KOLANILAR Kolanılar ən əski türk boylarından biridir. Çox geniş ərazidə yayılmışlar. Bu gün təkcə quzey Azərbaycanda deyil, eləcə də güney Azərbaycanda, İraqda, Misirdə, Suriyada, Əfqanıstanda, Özbəkistanda, Türkiyədə, hətta Almaniyada və digər ölkələrdə ümumilikdə 100 minlərlə kolanı türkü yaşamaqdadır.
22:09 GEYİM MAĞAZALARI HACI İBRAHİMDƏN BORCUNU İSTƏYİR “Yas yerinə də “Stefano Ricci” geyinən” keçmiş milyarder nisyə aldığı paltarların pulunu verə bilmir “Xəzər adaları” layihəsinin müəllifi, iflasa uğramış iş adamı Hacı İbrahim Nehrəmli qalmaqallı açıqlamaları ilə növbəti dəfə mətbuatın və sosial şəbəkə istifadəçilərinin diqqətini cəlb etdi. 1
13:42 Kapital Bank Gənclik Mall-da 90-cı filialını açdı Müştərilər bank xidmətlərindən istifadə edə bilərlər. Kapital Bank filial şəbəkəsinin optimallaşdırılması layihəsi çərçivəsində metronun Gənclik stansiyasının yaxınlığında yerləşən Gənclik Mall ticarət-əyləncə mərkəzində sayca 90-cı filialını istifadəyə verib. Müştərilər yeni konsepsiya əsasında
09:42 “Biləsuvar – 85” kitabının təqdimat mərasimi keçirilib Biləsuvarda rayonunun yaradılmasının 85 illik yubileyinə həsr olunmuş “Biləsuvar – 85” kitabının təqdimat mərasimi keçirildi. Mediaxeberleri.az xəbər verir ki, tədbirdə Biləsuvar rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyev, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə, təşkilatların
21:22 Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Asif Atanın (İnam Atanın) Mütləqə İnam Ocağı Ata Ocaq ilsırasının 37- ili Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Törən öncəsi həyətdə tonqal qalandı. Tonqal başında qutsal söz söylənildi. Nurtəkin Atalı: Bu Ocağın qalanması, məni “Xalqlaşma İli”mizdə yeni uğurlara çağırır. Soylu Atalı: Sən

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az