t s

» » Xalq artistinin qardaşı oğlunu güllələyən şəxs tutuldu

Xalq artistinin qardaşı oğlunu güllələyən şəxs tutuldu

31-03-2015, 15:47 Yazar:  Aygün Baxılıb: 464 Çap et
Xalq artistinin qardaşı oğlunu güllələyən şəxs tutulduCinayət işi başlayıb.

Ağsuda 2 nəfəri odlu silahla qətlə yetirmiş keçmiş məhkum tutulub.

Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanovun Oxu.Az-a verdiyi məlumata görə, martın 28-də Ağsu rayonunda 2 nəfəri qətlə yetirməkdə şübhəli bilinən Ağsu şəhər sakini, əvvəllər məhkum olunmuş Ramiz Ələkbərov martın 30-da axşam saatlarında rayon polis şöbəsinə könüllü gələrək təslim olub.

O, iş üzrə şübhəli şəxs qismində tutulub.

Qeyd edək ki, 2015-ci il martın 28-də saat 12.00 radələrində Ağsu şəhər sakini, əvvəllər məhkum olunmuş Ramiz Ələkbərov “Ağsu aşırımı”nda yerləşən “Ata yurdu” kafesində aralarında yaranmış münaqişə zəminində ov tüfəngindən atəş açaraq yeməkxananın sahibi Mahir Mirzəliyevi qətlə yetirib və özünə məxsus avtomobillə ərazini tərk edib.

Polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə dərhal hadisə yeri və meyit müayinə olunub, maddi sübutlar götürülüb və digər zəruri prosessual hərəkətlər aparılıb. R.Ələkbərovun yaşadığı mənzilə baxış keçirilərkən orada odlu silahla qətlə yetirilmiş meyit aşkar edilib və öldürülən şəxsin rayon sakini Sərxan Soltanov olduğu müəyyənləşdirilib.

Təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri ilə R.Ələkbərova məxsus “Renault” markalı avtomobil Bakı-Şamaxı şossesinin 119-cu kilometrliyində aşkar edilib və sözügedən nəqliyyat vasitəsindən lüləsi və qundağı kəsilmiş 2 ədəd ov tüfəngi götürülüb.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.7-ci (iki və ya daha çox şəxsi qəsdən öldürmə) maddəsi ilə cinayət işi başlayıb.

Qeyd edək ki, qətlə yetirilən M.Mirzəliyev Azərbaycanın xalq artisti, mərhum aktyor Mikayıl Mirzənin qardaşı oğludur.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

00:42 Ağsudakı dəhşətli qətlin şok görüntüsü - Video/18+ Bu gün səhər saatlarında Ağsuda baş verən müdhiş qətlin görüntüləri yayılıb. Rayon sakini 1953-cü il təvəllüdlü Ələkbərov Ramiz Ələkbər oğlu həmyerlisi, 1966-cı il təvəllüdlü Soltanov Sərxan Əsgər oğlunu qətlə yetirdikdən sonra 1961-ci il təvəllüdlü Mahir Mirzəyevin “Ata yurdu” kafesinə gəlib.
23:50 Qardaşı arvadını 43 bıçaq zərbəsi ilə öldürdü Bakı Apelyasiya Məhkəməsində Sabunçu rayon sakini Rəfael Quliyevin (1967-ci il təv.) CM-nin 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə) və 228.4-cü (qanunsuz olaraq soyuq silahı əldə etmə, satma və gəzdirmə) maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə prosesi
12:23 Novxanıda çeçeni öldürüb basdıran şəxsin məhkəməsi başlayıb Spirtli içkinin ondan gizlı içməsini bilən Hüseynov Şəmiyevə bunu irad tutub. Bakı Ağır cinayətlər məhkəməsində Bakı ş. sakini Eldar Hüseynovun (1959-cu il təv.) CM-nin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə hazırlıq iclası keçirilib.
14:12 Bakıda rus qadın azərbaycanlı sevgilisini 8 mart günü öldürdü Bakıda qətl hadisəsi başı verib. Mediaxeberleri.az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, martın 8-də Sabunçu rayonunun Bakıxanov qəsəbəsində yaşayan, əvvəllər məhkum olunmuş Sabir Qurbanovun bıçaqla qətlə yetirilən meyiti mənzilində tapılıb. Sabunçu Rayon Polis
23:04 “Türkan”da atasını baltalayan 17 yaşlı oğula hökm oxundu Şamil üzünü atasına tutaraq, söyüş söyməməsini xahiş edib. Bakı Ağır Cinayətlər Məhkəməsində Xəzər rayon sakini Şamil Rzayevin (1997-ci il təv.) CM-nin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb. Mediaxeberleri.az xəbər verir

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az