t s

» » Avropa Liqasında ilk tura yekun vurulub- NƏTİCƏLƏR

Avropa Liqasında ilk tura yekun vurulub- NƏTİCƏLƏR

21-09-2018, 08:26 Yazar:  Gülnar Baxılıb: 110 Çap et
Avropa Liqasında ilk tura yekun vurulub- NƏTİCƏLƏR
Futbol üzrə Avropa Liqasında qrup mərhələsinin oyunlarına start verilib.

Azərbaycanın turnirdə yeganə təmsilçisi "Qarabağ" səfərdə Portuqaliya "Sportinq"inə 0:2 hesabı ilə uduzub.


Ağdam komandasının yer aldığı E qrupunda "Arsenal" İngiltərədə Ukrayna "Vorskla"sını məğlub edib - 4:2. Meydan sahiblərindən Pyer-Emerik Obameyanq 32 və 56-cı dəqiqələrdə "dubl" edib. Digər qolları 48-ci dəqiqədə Denni Uelbek və 74-cü dəqiqədə Məsut Özil vurub.

Türkiyə təmsilçilərindən "Beşiktaş" Norveç "Sarpsborq"unu darmadağın edib - 3:0. Hər 3 qol fasilədən sonra vurulub. 51-ci dəqiqədə Rayan Babel, 69-cu dəqiqədə Entso Rokko və 82-ci dəqiqədə Ceremeyn Lens fərqlənib.

"Akhisarspor" evdə Rusiya "Krasnodar"ına yenilib - 0:1. Yeganə qolu 26-cı dəqiqədə Viktor Klaesson vurub.

"Fənərbağça" isə Xorvatiyanın paytaxtı Zaqrebdə "Dinamo"ya böyük hesabla uduzub - 1:4. Hesabı 16-cı dəqiqədə meydan sahiblərindən İvan Şunyiç açıb. İzet Hayroviç 27 və 57-ci dəqiqələrdə dubl edib. 60-cı dəqiqədə isə Dani Olmo "Dinamo"nun 4-cü qolunu vurub. "Fənərbağça"dan isə təsəlli qolunun müəllifi 47-ci dəqiqədə Roman Nöyştadter olub.

Avropa Liqası

Qrup mərhələsi, I tur

20 senytabr


A qrupu

23:00. AEK (Larnaka, Kipr) - "Sürix" (İsveçrə) - 0:1

23:00. "Lüdoqorets" (Bolqarıstan) - "Bayer" (Leverkuzen, Almaniya) - 2:3

B qrupu

23:00. "Seltik" (Şotlandiya) - "Rusenborq" (Norveç) - 1:0

23:00. "Leyptsiq" (Almaniya) - "Zaltsburq" (Avstriya) - 2:3

C qrupu

23:00. "Kopenhagen" (Danimarka) - "Zenit" (Rusiya) - 1:1

23:00. "Slaviya" (Praqa, Çexiya) - "Bordo" (Fransa) - 1:0

D qrupu

23:00. "Dinamo" (Zaqreb, Xorvatiya) - "Fənərbağça" (Türkiyə) - 4:1


23:00. "Spartak" (Trnava, Slovakiya) - "Anderlext" (Belçika) - 1:0

E qrupu

23:00. "Arsenal" (İngiltərə) - "Vorskla" (Poltava, Ukrayna) - 4:2

23:00. "Sportinq" (Lissabon, Portuqaliya) - "Qarabağ" (Azərbaycan) - 2:0

F qrupu

23:00. "Düdelanj" (Lüksemburq) - "Milan" (İtaliya) - 0:1

23:00. "Olimpiakos" (Yunanıstan) - "Betis" (İspaniya) - 0:0

G qrupu

20:55. "Rapid" (Vyana, Avstriya) - "Spartak" (Moskva, Rusiya) - 2:0

20:55. "Vilyarreal" (İspaniya) - "Reyncers" (Şotlandiya) - 2:2

H qrupu

20:55. "Latsio" (İtaliya) - "Apollon" (Kipr) - 2:1

20:55. "Marsel" (Fransa) - "Ayntraxt" (Almaniya) - 1:2

I qrupu

20:55. "Beşiktaş" (Türkiyə) - "Sarpsporq" (Norveç) - 3:1

20:55. "Genk" (Belçika) - "Malmö" (İsveç) - 2:0

J qrupu

20:55. "Akhisarspor" (Türkiyə)- "Krasnodar" (Rusiya) - 0:1

20:55. "Sevilya" (İspaniya) - "Standard" (Lyej, Belçika) - 5:1

K qrupu

20:55. "Dinamo" (Kiyev, Ukrayna) - "Astana" (Qazaxıstan) - 2:2

20:55. "Renn" (Fransa) - "Yablonets" (Çexiya) - 2:1

L qrupu

20:55. PAOK (Yunanıstan) - Çelsi" (İngiltərə) - 0:1

20:55. "Videoton" (Macarıstan) - BATE (Belarus) - 0:2.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

08:01 Avropa Liqasında püşk atılır: "Qarabağ" III səbətdə 2019-cu ilin mayında finalı ilk dəfə Bakıda baş tutacaq UEFA Avropa Liqasının qrup mərhələsində mübarizə aparacaq daha 21 komandanın adına aydınlıq gəlib. Mediaxeberleri.az xəbər verir ki, sabah Bakı vaxtı ilə saat 15:00-da 32 komanda nümayəndəsinin iştirakı ilə püşkatma mərasimi keçiriləcək.
08:11 Çempionlar Liqasında "play-off" mərhələsinin ilk oyunlarına yekun vurulub Futbol üzrə Çempionlar Liqasında "play-off" mərhələsinin ilk görüşlərinə yekun vurulub. "Report" xəbər verir ki, ikinci oyun günündə də 3 oyun keçirilib. Meydan sahiblərindən yalnız "Ayaks” qələbə qazana bilib. Hollandiya təmsilçisi Amsterdamda təşkil olunmuş matçda Ukraynanın "Dinamo” (Kiyev)
07:53 Avropa Liqasında 46 oyun - Yenilənir Bu gün Avropa Liqasında 2-ci təsnifat mərhələsinə start veriləcək. Qol.az-ın məlumatına görə, mərhələnin bütün ilk oyunları eyni gündə keçiriləcək. "Qəbələ"ni ilk təsnifat mərhələsində mübarizədən uzaqlaşdıran "Proqres" (Lüksemburq) Macarıstanın "Honved" klubu ilə qarşılaşacaq. "Neftçi"ni ilk
15:07 Avropa Liqasında bütün 1/8 finalçılar bəlli olub – NƏTİCƏLƏR Avropa Liqasında bütün 1/8 finalçılar bəlli olub. Mediaxeberleri.az xəbər verir ki, turnirin 1/16 final mərhələsinin cavab oyunları keçirilib. Beləliklə, Avropa Liqasının 1/8 finalına MOİK (Rusiya), “Lokomotiv” (Rusiya), “Atletiko”, (İspaniya), “Dinamo” (Ukrayna), “Latsio” (İtaliya), “Viktoriya”
10:03 Avropa Liqasında “pley-off”un iştirakçıları - SİYAHI Avropa Liqasında III təsnifat mərhələsinə yekun vurulub. Mediaaxeberleri.az xəbər verir ki, cavab oyunları çərçivəsində baş tutan 29 qarşılaşma ilə pley-offun iştirakçılarının tam siyahısı bəlli olub. Bütün oyunların nəticələrini təqdim edirik. Avropa Liqası III təsnifat mərhələsi Cavab

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az