t s

» » Azərbaycanda jurnalistdən 4 kiloqram narkotik çıxdı

Azərbaycanda jurnalistdən 4 kiloqram narkotik çıxdı

31-03-2015, 14:39 Yazar:  Röya Baxılıb: 491 Çap et
Faktla bağlı cinayət işi başlanıb.

Cəlilabad rayonunda polisə külli miqdarda narkotik maddə olması barədə məlumat daxil olub.

Mediaxeberleri.az xəbər verir ki, Cəlilabad rayon polis şöbəsinin istintaq bölməsinin rəisi Eldar Məmmədovun ANS PRESS-in bölgə müxbirinə verdiyi məlumata görə, daxil olan məlumata əsasən hüquq-mühafizə orqanlarının əməkdaşları hərəkətə keçiblər.

Məlumata əsasən polisin keçirdiyi əməliyyat zamanı 1993-cü il təvəllüdlü Xanış Əli oğlu Qasımov və 1978-ci il təvəllüdlü Səbuhi Allahyar oğlu Ağalarov saxlanılıb.

Onlardan ümumi çəkisi 4 kiloqram 70 qram narkotik maddə tapılıb. Tapılan narkotik içərisində 2 kq.135 qram heroin, 1 kq. 30 qram tiryək, 805 qram marixuana olub.

Araşdırmalar zamanı məlum olub ki, Səbuhi Ağalarov “Dedektivpress” qazetinin şöbə müdiridir.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

15:25 Bakıda ata qızını öldürdü - NAMUS Qız yüngül həyat tərzi sürürmüş Bu gecə saat 2 radələrində Bakının Sabunçu rayonunda kişi qızını amansızcasına öldürüb. Mediaxeberleri.az xəbər verir ki, hüquq-mühafizə orqanlarından ANS PRESS-ə verilən məlumata görə, hadisə Sabunçu dəmir yolu stansiyasında baş verib. Belə ki, dəmir yolu
16:32 Bakıda əri ilə mübahisə edən qadın intihar etdi 41 yaşlı qadının asılmış meyiti tapılıb. Ötən gün axşam saatlarında Bakının Səbail rayonunda qadın özünü asıb. Mediaxeberleri.az xəbər verir ki, Səbail rayon prokurorunun böyük köməkçisi Rəsmiyyə Kazımovanın ANS PRESS-ə verdiyi məlumata görə, Salyan yolu keçəsi ev 2, mənzil 60 B ünvanında
08:19 Evində narkotik saxlayan Ağcabədi sakini tutulub Ağcabədi Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları evində qanunsuz olaraq narkotik vasitə saxlayan rayon sakinini yaxalayıblar. Ağcabədi RPŞ-nin müstəntiqi, polis baş leytenantı Rüfət Məmmədov APA-nın Qarabağ bürosuna bildirib ki, daxil olmuş əməliyyat məlumatına əsasən, rayonun Hindarx qəsəbə
23:54 Gürcüstan vətəndaşından narkotik maddə və tapança götürülüb Balakəndə Gürcüstan Respublikasının vətəndaşından narkotik maddə və tapança götürülüb. Mediaxeberleri.az xəbər verir ki, Balakən rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, Balakən RPŞ-nin əməkdaşları rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin
14:56 Qubada qaçırılan qız 6 saat qolubağlı yarıtikilidə saxlanılıb Qubada orta məktəb şagirdini qaçırıblar. Mediaxeberleri.az xəbər verir ki, ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, 11-ci sinif şagirdi olan qızın itməsi barədə polisə şikayət daxil olub. Şikayətə əsasən qız müəllim yanına hazırlığa gedib və evə qayıtmayıb. Qızın valideynləri bu

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az