t s

» » Nanənin faydası

Nanənin faydası

31-03-2015, 14:35 Yazar:  Aygün Baxılıb: 854 Çap et
Nanənin faydasıNanənin faydası
24 Dekabr 2014 / Baxis: 1775
b_400_280_16777215_0___images_stories_Xalqtebateti_nane2.jpegNanə otu çox zəngin kimyəvi tərkibə malikdir. Burada müxtəlif vitaminlər (B qrupu, C. PP), makro- və mikroelementlər, efir yağları və s. faydalı maddələr var.
Nanə həm xalq, həm də ənənəvi təbabətdə geniş istifadə olunur. Bu bitkinin əsasında müxtəlif sakitləşdirici, spazmolitik , köpəleyhinə dərman preparatları hazırlanır.
- Nanə çox təsirli sakitləşdirici vasitədir. Məhz bu səbəbdən əczaçılar onu uşaqlar və böyüklər üçün olan müxtəlif sakitləşdirici vasitələrin tərkibinə daxil edirlər. Nanə əhval-ruhiyyəni və beyinin fəaliyyətini yaxşılaşdırır, sakitləşdirir, yuxunu normallaşdırır, baş ağrılarını ardan qaldırır, arterial təzyiqi aşağı salır. Baş ağrısını azaldmaq üçün gıcgahlarınızı nanənin efir yağında isladılmış pambıqla sürtün.
Yuxusuzluqdan əziyyət çəkən insanlar hər axşam yatmazdan əvvəl nanə çayı içə bilərlər (1 çay qaşığı quru və ya 1 xörək qaşığı təzə nanə yarpaqları + 1 stəkan qaynar su). 1 çay qaşığı bal da əlavə etmək olar. Bal çayın təsirini daha da artıracaq.
- Nanə həzm sistemi üçün də çox faydalıdır. Nanə köplə yaxşı mübarizə aparır və bu səbəbdən körpələr üçün olan bir çox köpəleyhinə preparatların tərkibinə daxildir. Bundan əlavə nanə mədə şirəsinin və ağız suyunun ifrazını stimullaşdırır, həzm prosesləri yaxşılaşdırır, ödqovucu təsirinə malikdir.
Mikrobəleyhinə təsirinə malik olan nanə mədə-bağırsaq sistemində yaşayan ziyanlı mikroorqanizmlərlə mübarizə aparır. Nanə ishal zamanı da kömək edir.
Ürəkbulanması zamanı nanə ilə konfetlər və ya nanə dəmləməsi çox yaxşı kömək edir.
- Fitonsidlərlə zəngin olan nanə antiseptik, mikrob- və iltihabəleyhinə təsirlərinə malikdir. Soyuqdəymə zamanı nanə çayı qəbul edin. Nanə efir yağı ilə inhalyasiyalar zökəm, öskürək, bronxit zamanı yaxşı kömək edir. Bunun üçün enli qaba qaynar su töküb içinə 3-5 damcı nanə efir yağını damızdırın. Buxarla 5 dəqiqə ərzində dərin nəfəs alın. Diqqətli olun ki, selikli qişalar yanmasın.
- Ağız boşluğu və damaqlar iltihabları zamanı ağız boşluğunuzu nanə dəmləməsi ilə tez-tez qarqara edin.
- Nanə qadın otu sayılır. Nanə dəmləməsi menstruasiyadan əvvəl və menstruasiya zamanı qadınları narahat edən ağrıları və spazmları azaldır, klimaks zamanı qadınlara kömək edir.
- Nanə kosmetologiyada da geniş istifadə olunur. Nanə dəmləməsi ilə olan isti və soyuq kompreslərin növbələşməsi üz dərisini daha elastik edir, cavanlaşdırır. Bunun üçün pambıq salfeti əvvəl isti dəmləmədə isladın və 2-3 dəqiqə ərzində üzünüzdə saxlayın, daha sonra isə soyuq dəmləmədə saxlayın və yenə də 2-3 dəiqiqə ərzində üzünüdə saxlayın. Bunu 2-3 dəfə edin (axırıncı soyuq kompres olmalıdır).
Nanə dəmləməsi üz dərisində olan iltihabları azaldır.
Nanə dəmləmələri saçlar üçün də çox xeyirlidir. Saçlarınızı yuduqdan sonra yaxşı süzülmüş nanə dəmləməsi ilə yaxalayın və qurudun.
Nanə dəmləməsi ilə həmçinin ayaq vannaları etmək olar. Belə vannalar göbələk infeksiyası ilə mübarizə aparır, xoşagəlməz iyi aradan qaldırır.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

14:29 Nanənin faydası Nanə otu çox zəngin kimyəvi tərkibə malikdir. Burada müxtəlif vitaminlər (B qrupu, C. PP), makro- və mikroelementlər, efir yağları və s. faydalı maddələr var. Nanə həm xalq, həm də ənənəvi təbabətdə geniş istifadə olunur. Bu bitkinin əsasında müxtəlif sakitləşdirici, spazmolitik , köpəleyhinə
01:29 Ərin gəliri artdıqca onun həyat yoldaşına xəyanət ehtimalı da artır Havayı qız sağ qulağına çiçək taxırsa bu deməkdir ki, oğlan axtarır. Əgər çiçəklərin sayı çoxdursa deməli daha ehtirasla istəyir. Uşaqlar günə ərzində orta hesabla 400 dəfə, böyüklər isə 15 dəfə gülürlər. İnsanların 66 faizi gözlərini yumaraq öpüşür. Qalanları isə öpüşərkən partnyorlarının
21:23 Bu məhsulları soyuducuda - saxlamayın! Adətən biz məhsulların bir çox hissəsini soyuducuda saxlayırıq. Bu halda biz onların təzə qalmasına əmin oluruq. Lakin bəzi məhsullar var ki, soyuq onların təzə qalmasına nəinki kömək etmir, əksinə onlarda olan bir çox faydalı məddələrin parçalanmasına, yox olmasına səbəb olur. Bu məhsulların
00:59 Böyrəkləri duzlardan təmizləyir - Noxudun faydaları Noxud zülallarla zəngindir. Bu zülallardan orqanizmdə əvəzolunmaz aminturşular sintez olunur. Zülallardan əlavə noxudun tərkibində nişasta, yağlar, sellüloz (təbii liflər), B qrupu, E, H, PP vitaminləri, beta-karotin (orqanizmdə beta-karotindən A vitamini sintez olunur), kalium, kalsium, natrium,
15:29 Nar şirəsi ömrü uzadır Nar şirəsinin faydası hələ keçmiş zamanlardan məlumdur. Qədim dövrlərdə tərkibini, xüsusiyyətlərini bilməsələr də müsbət təsirini görür və qiymətləndirirdilər. Müasir təbabət narın orqanizmə təsirini daha əsaslı şəkildə öyrənmiş və qiymətləndirmişdir. Belə ki, tərkibindəki vitamin kompleksi və

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az