t s

» » Qadınları fahişəliyə cəlb edən müğənni Təranənin məhkəməsi başladı

Qadınları fahişəliyə cəlb edən müğənni Təranənin məhkəməsi başladı

19-09-2018, 20:18 Yazar:  Nuhu Baxılıb: 244 Çap et
Qadınları fahişəliyə cəlb edən müğənni Təranənin məhkəməsi başladıTürkiyəyə apararaq fahişəliyə məcbur etməkdə təqdirləndirlən müğənni Təranə Muradovanın məhkəməsi başlayıb.

Mediaxeberleri.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən müğənnin anket məlumatları dəqiqləşdirilib.
Məlum olub ki, T. Muradova istintaq zamanı həbs edilməyək polisin nəzarətinə verilib. O isə istintaqdan yayındığı üçün axtarışa verilib. Daha sonra tutularaq həbs edilib.
Müğənni isə bunu tanışının məsləhəti ilə elədiyini deyib: “Yaqut adlı tanışım vardı. Dedi ki, yaxın günlərdə "Stop"un qüvvədən düşəcək, sonra xaricə qaçarsan. Amma sonradan bildim ki, elə şey olmur”.
Proses sentyabrın 26-da davam etdiriləcək.
Qeyd edək ki, Daxili İşlər Nazirliyi İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsi əməkdaşları tərəfindən 2018-ci il fevralın 26-da keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində 1981-ci il təvəllüdlü, Bakı şəhər sakini Muradova Təranə Əli qızının ölkə vətəndaşları olan qadınları Türkiyə Respublikasına aparıb insan alverinə məruz qoyması faktı müəyyən edilib.
Xatırladaq ki, Təranə Muradova əvvəllər qadın alverinə görə polis tərəfindən tutulub. Belə ki, müğənniliklə məşğul olan Təranə Muradova bir neçə il əvvəl “Azəristar” mahnı yarışmasında iştirak etmiş Rüstəm Əlişanov və başqa bir qadınla birgə Cinayət Məcəlləsinin 144-1.2.1 və 144-2.5-ci (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən iki və ya daha çox şəxs barəsində insan alveri) maddəsi ilə təqsirləndirilib. Lakin o, çox keçmədən həbsxanadan çıxıb və köhnə peşəsini davam etdirib.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

17:46 İlham Əliyev yüzlərlə məhbusu əfv etdi - SİYAHI + YENİLƏNİB Azərbaycan prezidenti İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə əfv olunması haqqında sərəncam imzalayıb. Mediaxeberleri.az-ın xəbərinə görə, sərəncama əsasən, azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş aşağıdakı şəxslər cəzanın
17:58 "Fahişə kimi yanına getdiyim oğlanla evləndik" "Ona ağlayaraq hər şeyi danışdım". Bakı Ağır Cinayətlər Məhkəməsində insan alverində təqsirləndirilən 1968-ci il təvəllüdlü Leyli Məmmədovanın cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb. Mediaxeberleri.az qafqazinfo-ya istinadla bildirir ki, hakim Eynulla Vəliyevin sədrliyi ilə keçirilən
15:18 Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə ünvanlanmış əfv haqqında müraciətlərinə baxaraq, məhkumların şəxsiyyətini, səhhətini, ailə vəziyyətini, cəza çəkdikləri
18:47 Prezident İlham Əliyev əfv fərmanı imzaladı - TAM SİYAHI Prezident İlham Əliyev əfv fərmanı imzalayıb. Mediaxeberleri.az AzərTac-a istinadən həmin fərmanı diqqətinizə çatdırır: Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə
23:10 İlham Əliyevin əfv sərəncamı sabah icra olunacaq+ SİYAHI Sərəncam sabah icra olunacaq. Azərbaycan Prezidenti İlham Əliyev bu gün əfv haqqında sərəncam imzalayıb. Mediaxeberleri.az dövlət başçısının saytına istinadən həmin sərəncamı və əfv olunan şəxslərin siyahısını təqdim edir: Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az