t s

» » Energetik içkilərə vergi tətbiq edilməlidir? – “Red Bull”, “Hell”, “Jaquar”… TƏHLÜKƏ MƏNBƏYİDİR!

Energetik içkilərə vergi tətbiq edilməlidir? – “Red Bull”, “Hell”, “Jaquar”… TƏHLÜKƏ MƏNBƏYİDİR!

16-09-2018, 21:52 Yazar:  Gülnar Baxılıb: 121 Çap et
Energetik içkilərə vergi tətbiq edilməlidir? – “Red Bull”, “Hell”, “Jaquar”… TƏHLÜKƏ MƏNBƏYİDİR!
Son illər Azərbaycanda xüsusilə gənclər arasında energetik içkilərə maraq artıb. Hər addımbaşı rast gəldiyimiz supermarketlərdə yaş məhdudiyyəti olmadan bu içkiləri əldə etmək mümkündür. İnsan orqanizmi üçün zərərli olan bu məhsulun satışına hər hansı qadağanın olmaması isə onu daha da əlçatan edib.

Unikal.org xəbər verir ki, artıq bəzi ölkələrdə energetik içkilərin satışına qadağalar qoyulub və ya məhdudiyyətlər tətbiq edilib. Məsələn, 2010-cu ildə ABŞ-da kofein tərkibli spirtli enerji içkiləri tamamilə satışdan çıxarılıb. Elə həmin il Litvada energetik içkilərin yetkinlik yaşına çatmayanlara satışına qadağa qoyulub. 2015-ci ildə Rusiyanın Moskva vilayətində də eyni məhdudiyyətlər tətbiq olunub. Türkiyə, Danimarka, Norveç, Uruqvay, İslandiya, eləcə də ABŞ-nın Vaşinqton, Yuta, Oklaxoma, Miçiqan kimi ştatlarında da bu cür qadağalar mövcuddur.

Hazırda Finlandiyada energetik içkilərə vergi tətbiqi barədə düşünürlər. Uşaqların hüquqları üzrə ambudsman və ölkə parlamentinin bir qrup deputatı bu içkiləri «zərərli məhsullara vergi tətbiqi» siyahısına salmaq tələbi ilə çıxış ediblər. Artıq gələn ilin dövlət büdcəsinə bununla bağlı xüsusi aksiz vergisi əlavə oluna bilər.
Bu ilin aprel ayının 6-dan etibarən Almaniyada «şəkər vergisi» tətbiq edilir. Bu yığım barədə müzakirələrə iki il əvvəl başlanmışdı və o vaxtdan bəri ölkədə şirin içkilərin tərkibində işlədilən şəkərin miqdarı 45 milyon kiloqram azaldılıb. Qida istehsalçıları öz məhsullarının reseptinə yenidən baxaraq vergi tutulan həddi aşmamaq üçün müvafiq addımlar atıblar.

İngiltərə ictimaiyyətində «şəkər vergisi» adlandırılan qanuna əsasən, 100 millilitr içkinin tərkibindəki şəkər 5 qramı aşsa, litrbaşına 18 pens vergi tutulur. 100 millilitr içkidə istifadə edilən şəkər miqdarının 8 qramı aşması isə litrbaşına 24 pens həcmində vergi alınmasına səbəb olur.

Həkim Davud Qüdrətovun sözlərinə görə, hazırda şəhərin bütün mağazalarda satılan bir banka enerji verən içkinin tərkibində 0,5 litr su, 75 mq. kofein, 500 mq. taurin, şəkər, qlükoza, qlükoronolakton, rəngverici, aromatizator, limon duzu, duzluluğu tənzimləyici, karbon 4 oksid və bəzi vitaminlər var: «Əksər televiziyaların «qanadlandırıcı» kimi reklam etdiyi «XL», «Pitbull», «Rox», «Red Bull», «Hell», «Jaquar», «Blue», «Reo Line», «Monster» və s. kimi içkilər, əslində, vətəndaşlarımızın, xüsusilə gənclərimizin sağlamlığı üçün ciddi təhlükə mənbəyidir. Bu içkilər nəinki insana enerji vermir, əksinə, onun daxilindəki enerji ehtiyatını xərcləyir. Gec-tez, bu enerjini yorğunluq, yuxusuzluq, əsəb və depressiya şəklində geri qaytarırıq. Belə çıxır ki, insan öz resurslarından «borc» götürür, borcu isə əvvəl-axır qaytarmalısan.
Enerjiverici içkilərin «qanadlandırması» ilə bağlı yayılan miflərlə yanaşı, zərərləri ilə bağlı faktlar da kifayət qədərdir. Xarici mətbuata bir neçə dəqiqəlik səyahət yetərlidir ki, yüzlərlə belə fakt tapasan.

Məsələn, 2001-ci ildə İçveçdə 30 yaşlı Tereza diskotekada iki banka energetik içki ilə spirtli içkini qarışdıraraq içdikdən sonra ürəyi dayanıb, 18 yaşlı basketbolçu Ross Kuni isə 3 banka energetik içki qəbulundan sonra elə idman meydançasında dünyasını dəyişib. Bütün bunlar mətbuatın yazdıqlarıdır, yazmadıqları, xəbərsiz olduqları isə …”.

Araşdırmalara görə, təkcə 2005-ci ildə kofeinin həddən artıq dozada qəbulu zamanı 1000-dən artıq insan dünyasını dəyişib. 2008-ci ildə bu rəqəm 16.000-dən çox olub. Bu rəqəmlərlə tanış olduqda hər birimizdə haqlı suallar yaranır: həqiqətənmi energetik içkilər insana bu qədər güclü təsir edir, enerji verir, yoxsa bizdən pul qoparmaq üçün bu da bəzi istehsalçıların növbəti tələsidir? Doğrudanmı, biz bir banka içki ilə həyatımızı riskə atırıq?

Milli Məclisin deputatı Azər Badamov hesab edir ki, Azərbaycan bazarında enerji içkiləri birtərəfli qaydada reklam olunur, onu yalnız insana güc gətirəcək, əhval-ruhiyyəni yaxşılaşdıracaq bir qida kimi təqdim edirlər: «Dünyanın inkişaf etmiş ölkələrinin bazarlarına diqqət yetirsək, görərik ki, Almaniya, İngiltərə və ABŞ kimi ölkələr öz vətəndaşlarını enerji içkilərindən uzaqlaşmağa çağırır. Müəyyən tədbirlər görürlər ki, bu içkidən daha az istifadə olunsun. Dünya Səhiyyə Təşkilatı tərəfindən də energetik içkilərin törədəcək fəsadlar haqqında geniş danışılır. Yəni, bu içkilərin insan orqanizminə zərərini bizim səhiyyə təşkilatları da təbliğ etməlidirlər. Bildirilməlidir ki, hansı hallarda və nə qədər bu içkidən istifadə etmək olar. Çünki bizdə bu içki adi su yerinə içilir. Bunun da əsas səbəbi onun qiymətinin ucuzluğu və fəsadları haqqında vətəndaşlarımızın məlumatsız olmasıdır”.

Millət vəkili onu da qeyd etdi ki, Azərbaycanda enerji içkilərinin əsas istehlakçıları yeniyetmələr və gənclərdir: “Bu içkidən istifadə etmək gənclər arasında, bir növ, dəb halını alıb. Onlar heç də düşünmürlər ki, orqanizmlərinin enerji içkisinə ehtiyacı yoxdur. Çünki gənc orqanizm kifayət qədər enerjilidir və qəbul edilən hər hansı stimulyasiyaedici vasitə onun məhvinə aparır. Biz gələcəyimiz olan gənc nəsli qorumaq istiqamətində ciddi addımlar atmalı, müxtəlif yollarla yeniyetmələrimizi zərərli vərdişlərdən, o cümlədən bu cür təhlükəli içkilərdən istifadə etməyi çəkindirməliyik. Hesab edirəm ki, çıxış yollarından biri də enerji içkilərinin idxalına, istehsalına və satışına əlavə rüsum və vergilərin tətbiq edilməsidir. Bu, həm həmin içkilərdən istifadənin miqdarını azaldar, həm də dövlət büdcəsinə əlavə vəsait gətirər”.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

22:38 XƏSTƏLİK və ÖLÜM GƏTİRƏN İÇKİLƏR! – “Bizon”, “Red Bull” və “Hell” içkilərin tərkibi… Energetik içkilərə öküz sidiyi və spermasından əldə edilən bir maddə əlavə edilir Nəhayət, energetik içkilərlə bağlı rəsmi xəbərdarlıq edildi. Belə ki, Qida Təhlükəsizliyi Agentliyi bəyanat yayaraq energetik içkilərdən 18 yaşa çatmamış yeniyetmələrin, hamilə qadınların, süd verən anaların,
17:18 "Atam mənə elə sərvət qoyub ki, heç vaxt bitməyəcək” Bəxtiyar Məmmədov mərhum xanəndə Səxavət Məmmədovun oğludur. 8 yaşından Azərbaycan Dövlət Televiziyasında (AzTV) bir sıra uşaq verilişlərinin aparıcısı olan B.Məmmədov hazırda diplomatik fəaliyyətlə məşğuldur. 1984-cü ildə anadan olan B.Məmmədov 2001-ci ildə Bakı şəhəri 43 saylı litseyi fərqlənmə
16:01 “Uluyol-Hünər” Ailəsinin “Ailə Günü” toplantısında deyilmiş fikirlər Asif Atanın – İnam Atanın Mütləqə İnam Ocağı “Uluyol-Hünər” Ailəsinin “Ailə Günü” toplantısında deyilmiş fikirlər Ocaq Günsırası ilə 28 Od Ayı, 37-ci ildə (iyul, 2015) İnam Evində “Uluyol-Hünər” Ailəsinin “Ailə Günü” toplantısı keçirildi. Öncə Ailə Gününün quralları yerinə yetirildi. Sonra
21:22 Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Asif Atanın (İnam Atanın) Mütləqə İnam Ocağı Ata Ocaq ilsırasının 37- ili Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Törən öncəsi həyətdə tonqal qalandı. Tonqal başında qutsal söz söylənildi. Nurtəkin Atalı: Bu Ocağın qalanması, məni “Xalqlaşma İli”mizdə yeni uğurlara çağırır. Soylu Atalı: Sən
19:55 M.Ə.Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti” bitiyini “Tanıtma törəni” keçirildi Türkel Araşdırma Qurumu sunur (Məhəmməd Əmin Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti” bitiyini “Tanıtma törəni” keçirildi) Soylu Atalı: Ürəyinizdə Günəş olsun, sayğılı yurddaşlarımız! Bu gün fevral ayının (bizdə Köçəri Ayının) 10-u Azərbaycanın tarixi faciələrindən birinin “Türkmənçay Bağlaşması”nın

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az