t s

» » Əməkdar incəsənət xadimi Ədalət Nəsibovun qəbirüstü abidəsinin açılışı olub - QAZAXDA

Əməkdar incəsənət xadimi Ədalət Nəsibovun qəbirüstü abidəsinin açılışı olub - QAZAXDA

16-09-2018, 14:15 Yazar:  İlham Hacalı Baxılıb: 566 Çap et
Əməkdar incəsənət xadimi Ədalət Nəsibovun qəbirüstü abidəsinin açılışı olub - QAZAXDA
Bu gün Azərbaycan mədəniyyətini, aşıq sənətini dünyanın bir çox ölkələrində təmsil etmiş, YUNESKO tərəfindən ifaları ayrıca lentə alınmış, aşıq yaradıcılığı sahəsindəki xidmətləri dövlət tərəfindən qiymətləndirilmiş, Əməkdar incəsənət xadimi fəxri adına və Azərbaycan Prezidentinin fərdi təqaüdünə layiq görülmüş, haqqında kitablar yazılmış, filmlər çəkilmiş Ədalət Nəsibovun vəfatının birinci ildönümü qeyd olunub.

Qazax Rayon İcra Hakimiyyətinin, "Qazax Xeyriyyə” İctimai Birliyinin və Azərbaycan Aşıqlar Birliyinin birgə təşkilatçılığı ilə ustad aşığın doğulub boya-başa çatdığı və dəfn olunduğu Qazax rayonunun Ağköynək kənd qəbiristanlığında qəbirüstü abidəsinin açılışı olub.

İldönümü mərasimində "Qazax Xeyriyyə” İctimai Birliyinin, Azərbaycan Aşıqlar Birliyinin üzvləri, RİHB aparatının məsul işçiləri, hüquq-mühafizə orqanlarının rəhbərləri, RİHB-nin şəhər və kənd İƏD üzrə nümayəndələri və bələdiyyə sədrləri, təhsil, səhiyyə, mədəniyyət işçiləri, idarə, müəssisə və təşkilat rəhbərləri, şəhər və kənd ağsaqqalları, qonaqlar və KİV nümayəndələri iştirak ediblər.

Qonaqlardan - Akademik Teymur Bünyadov, Xalq şairi Nəriman Həsənzadə, "Qazax Xeyriyyə” İctimai Birliyinin sədri, fizika-riyaziyyat elmləri doktoru, professor İlham Pirməmmədov, Azərbaycan Aşıqlar Birliyinin sədri, Dövlət Mükafatı Laureatı, Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlı, BDU Qazax filialının direktoru, coğrafiya elmləri doktoru, professor Vüsət Əfəndiyev, Azərbaycan Güləş Federasiyasının I vitse-prezidenti, sərbəst güləş üzrə Azərbaycan yığma komandasının baş məşqçisi, 2012-ci ildə dünyanın ən yaxşı məşqçisi seçilmiş, "Şöhrət” ordenli məşqçi Firdovsi Umudov, Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi Zəminə Xınalı, digər qonaqlardan Vidadi Bayramov, Puşkin Əhmədov, Rafael İncəyurd, Fikrət Hacıyev, Elxan Məmmədli, Alxan Bayramoğlu, Məti Osmanoğlu, Yusif Alı Avşar, Zaməddin Ziyadoğlu, Məmməd Afşan, Qafar Sarıvəlli, Aşıq Altay Məmmədov, Bəhruz Qaraqoyunlu, Şəmistan Nəzirli, Raliz Qaravəliyev, İbrahim İlyaslı, Vəli Xramçaylı, Bəxtiyar Rüstəmoğlu, Əhməd Hontooğlu, Arif Əliyev, Varis Yolçuyev, Avdı Qoşqar, Tural Əliyev, Tural Məmmədov, Arzuman Abdulkərimov, Akif Əmirov, qadınlardan Sultanxanım Nəsibova, Dürdanə Vəkilova, Çiçək Mahmudqızı, İlhamə Qəsəbova, Cığatel İsaqızı da Dədə Ədalətin sazının, sözünün qüdrətinə toplaşmışdı.

İldönümü mərasimində Vətən uğrunda canından keçmiş igid oğul və qızlarımızın da xatirəsi yad edilib, ruhlarına dua oxunub. "Fəxri qazaxlılar” parkı ilə tanış olduqdan sonra qonaqlar Şəhidlər Xiyabanına baş çəkərək memorialın önünə gül dəstələri qoyub və şəhidlərə olan ehtiramlarını bildiriblər.

Sonra M.Hüseyn adına məktəb-liseyin, Q.Hacımahmudova adına şəhər ümumi orta məktəbin və S.Hacıyev adına Orta Salahlı kənd tam orta məktəbin şagirdləri Vətənə, şəhidlərimizə həsr olunmuş şeirlər oxuyublar.

Şəhidlər Xiyabanı və "Fəxri qazaxlılar” parkı ilə tanış olduqdan sonra qonaqlar ustad aşıq Dədə Ədalətin ildönümü münasibətilə Mədəniyyət Mərkəzinin qarşısında açılmış ehsan süfrəsində iştirak ediblər. Ölməz sənətkarın ruhuna dua oxunub, əziz xatirəsi dərin hörmətlə yad olunub.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

17:46 İlham Əliyev yüzlərlə məhbusu əfv etdi - SİYAHI + YENİLƏNİB Azərbaycan prezidenti İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə əfv olunması haqqında sərəncam imzalayıb. Mediaxeberleri.az-ın xəbərinə görə, sərəncama əsasən, azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş aşağıdakı şəxslər cəzanın
21:55 Qazaxda ilin yekunlarına dair hesabat yığıncağı keçirildi– FOTO Qazax rayonunda 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirilib. Yığıncaqda Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işçisi Əlibaba Əliyev, Milli Məclisin deputatları Kamran Nəbizadə və Ülviyyə Ağayeva
00:30 Yönüm Məmmədlər sarı mənə Qiblədi... - Çiçək Mahmudqızı Yönüm Məmmədlər sarı mənə Qiblədi...Üzü Qibləyə insan nə desə,nə yazsa halal-hümmət olar, Məmməd haqqı... Mənim ömür yolumdan dörd Məmməd keçdi-- Könlümün yaşıl işığında,qırmızı xətlə... Dörd ulu, dörd qədim Kişi... Dörd Böyük Şair... Dörd Baba Dərviş.. . Dörd Sofu Lələ.. Dörd Söz... Dörd
15:18 Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə ünvanlanmış əfv haqqında müraciətlərinə baxaraq, məhkumların şəxsiyyətini, səhhətini, ailə vəziyyətini, cəza çəkdikləri
18:47 Prezident İlham Əliyev əfv fərmanı imzaladı - TAM SİYAHI Prezident İlham Əliyev əfv fərmanı imzalayıb. Mediaxeberleri.az AzərTac-a istinadən həmin fərmanı diqqətinizə çatdırır: Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az