t s

» » “Lukoil” tanınmış eksperti məhkəməyə verdi – 5000 manatlıq təzminat davası

“Lukoil” tanınmış eksperti məhkəməyə verdi – 5000 manatlıq təzminat davası

14-09-2018, 09:09 Yazar:  Gülnar Baxılıb: 68 Çap et
“Lukoil” tanınmış eksperti məhkəməyə verdi – 5000 manatlıq təzminat davası
“Lukoil-Azərbaycan” Qapalı Səhmdar Cəmiyyəti Azad İstehlakçılar Birliyinin sədri, tanınmış ekspert Eyyub Hüseynovu məhkəməyə verib.

BakuPost xəbər verir ki, buna səbəb ekspertin Nuranə Göktaş adlı sürücünün yanacaq doldurma məntəqəsi ilə bağlı şikayətini mətbuata ötürməsi olub. Belə ki, mart ayında N. Göktaş adlı xanım birliyə müraciət edərək, Bakı şəhəri, Xətai rayonu, R. Quliyev küçəsi 6 ünvanında yerləşən “Lukoil” yanacaq doldurma məntəqəsində aldadıldığını bildirib. Qeyd edib ki, o, maşının çənini tam doldurub, buna görə ondan 56 manat pul alıblar. Sürücü operatora tam boş çənin 55 litr tutduğunu və bunun da dəyərinin 49,50 AZN etdiyini bildirib, artıq alınmış pulun qaytarılmasını tələb edib. Lakin ona “böyüklərdən heç kəs yoxdur” deyərək imtina ediblər.

E. Hüseynov qəbzi götürərək YDM-ə gedib, lakin problem yenə də həll olunmayıb. Bundan sonra birlik sədri şikayəti mətbauata ötürüb.

“Lukoil” şirkəti buna görə E. Hüseynova qarşı işgüzar nüfuzun müdafiəsi və dəymiş mənəvi zərərin əvəzinin ödənilməsi iddiası qaldırıb. Azad İstahlakçılar Birliyindən dəymiş mənəvi zərərin ödənilməsi üçün 5000 manat miqdarında təzminat tələb edilir.

“Lukoil” tanınmış eksperti məhkəməyə verdi – 5000 manatlıq təzminat davası

“Lukoil” tanınmış eksperti məhkəməyə verdi – 5000 manatlıq təzminat davası




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

17:46 İlham Əliyev yüzlərlə məhbusu əfv etdi - SİYAHI + YENİLƏNİB Azərbaycan prezidenti İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə əfv olunması haqqında sərəncam imzalayıb. Mediaxeberleri.az-ın xəbərinə görə, sərəncama əsasən, azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş aşağıdakı şəxslər cəzanın
16:08 "Lukoil" Azərbaycan vətəndaşlarını belə aldadır! Eksklüziv - VİDEO Müasir həyatımızı avtomobilsiz təsəvvür etmək qeyri mümkündür. Yollardakı tıxaclar minik vasitələrinin sayının həddən artıq çox olduğundan xəbər verir. Dövlət Statistika Komitəsinin yaydığı ən son məlumata görə, 2016-cı ildə Azərbaycan yollarında 1 milyon 330 min 551 minik vasitəsi istismar
01:43 Sübut edilə bilməyən benzin fırıldağı Çəkidə aldatmaq, südə su qatmaq və s. bu kimi fırıldaqların tarixi çox qədimlərə gedib çıxır. Sanki insanlar cəmiyyət formalaşdırmağa başlamazdan əvvəl kələk mexanizmlərini düşünüblərmiş... Bu əyri əməllərdən insanları çəkindirmək üçün həm bu dünyada, həm də o biri dünyada cəzalandırılacaqlarına
18:47 Prezident İlham Əliyev əfv fərmanı imzaladı - TAM SİYAHI Prezident İlham Əliyev əfv fərmanı imzalayıb. Mediaxeberleri.az AzərTac-a istinadən həmin fərmanı diqqətinizə çatdırır: Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə
16:33 Süni qiymət qaldıran bu şirkət və marketlər cərimələndi - TAM SİYAHI Mərkəzi Bankın fevralın 21-də manatın devalivasiyası ilə bağlı qərarından sonra ölkədə bahalaşma müşahidə olunmağa başlayıb. Əksər ərzaq məhsullarında və o cümlədən siqaret və içkilərdə bahalaşma oldu. Mərkəzi Bank manatın devalvasiyasını elan edən kimi ölkədə bahalaşma ajiotajı yarandı - ərzaq

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az