t s

» » İrandan gətirilən kartofda təhlükə aşkarlandı - VİDEO

İrandan gətirilən kartofda təhlükə aşkarlandı - VİDEO

14-09-2018, 09:05 Yazar:  Gülnar Baxılıb: 99 Çap et
İrandan gətirilən kartofda təhlükə aşkarlandı - VİDEO
Azərbaycana idxal olunan qida məhsullarına nəzarət tədbirləri çərçivəsində Qida Təhlükəsizliyi Agentliyinin müfəttişləri tərəfindən İran İslam Respublikasından fitosanitar sertifikatla ixrac olunan və “Güllü-80” MMC-nin ünvanına göndərilmiş hər biri 24 700 kq tutuma malik iki yük avtomobilində olan kartof məshulundan götürülən nümunələrdə gövdə nematodu və kartof güvəsi zərərli orqanizmləri aşkar edilib.

Qurumdan verilən məlumata görə, aşkar olunan birinci fakt üzrə zərərli orqanizmin karantin tətbiq edilən gövdə nematodu olması ehtimal edilərək məhsuldan və zərərvericidən nümunə götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına göndərilib.

Müayinələr nəticəsində məhsullarda karantin tətbiq edilən gövdə nematodunun olması öz təsdiqini tapıb. Aşkar edilmiş zərərli orqanizmin təhlükəliliyi nəzərə alınaraq nəqliyyat vasitəsində olan 24700 kq kartof məhsulunun İran İslam Respublikasına qaytarılması üçün Dövlət Gömrük Komitəsinə müraciət edilib.

Digər fakt üzrə nəqliyyat vasitəsində olan 24 700 kq kartof məhsulunun bir hissəsində isə karantin tətbiq edilən kartof güvəsi kəpənəyinin zərərli orqanizmləri olduğu aşkar olunub. Kartof güvəsi aşkar olunan 100 kq məhsul seçilərək məhv edilib.





www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

00:59 Aqrar sektorda “fitosanitar” korrupsiyası: Camal Quliyev İnam Kərimovu inandıra biləcəkmi? Son prezident seçkilərindən sonra ciddi kadr dəyişikliyi aparılan sahələrdən biri də aqrar sektorla bağlı oldu. Bildirək ki, son dövrdə ölkə rəhbərliyinin bu istiqamətə xüsusi önəm verməsi Heydər Əsədovla bu yolun gedilməyəcəyini qətiləşdirirdi. Prezident tərəfindən Kənd Təsərrüfatı naziri
00:53 Heydər Əsədov bu işdə Aydın Əliyevlə ortaq hərəkət edib - İTTİHAM Bu gün qeyri-neft sektorunun, əsasən də iqtisadiyyatın ayrılmaz hissəsi olan kənd təsərrüfatının inkişafı dövlət siyasətinin prioritet sahələrindən biridir. Çünki kənd təsərrüfatı ölkənin sosial-iqtisadi və siyasi problemlərinin həllində, o cümlədən regionlarda yaşayan insanların məşğulluğunda
21:28 Samuxda bir tona yaxın kartof məhv edildi Rayonda kartof məhsulları güvə xəstəliyinə tutulub. Kənd Təssərüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidməti (DFNX) Samux rayonunda meyvə-tərəvəz məhsullarının satış məntəqəsində karantin tətbiq edilən zərərli orqanizm hesab olunan kartof güvəsi (Phthorimaea operculella Zell.) ilə
19:45 İrandan gətirilən kartofda xəstəlik aşkarlandı Nazirlik məlumat yaydı. İrandan Azərbaycana idxal olunan 24 ton kartof məhsulunda “kartof güvəsi” aşkar edilib. Mediaxeberleri.az xəbər verir ki, bu barədə Kənd Təsərrüfatı Nazirliyindən (KTN) Oxu.Az-a bildirilib. Nazirlik tərəfindən Respublika Karantin Ekspertiza Mərkəzində “Divo CO” MMC
09:17 Dövlət Fitosanitar Nəzarəti Xidmətinin rəisi ilə bağlı - ŞOK FAKTLAR Camal Quliyev özünün ölkənins ahibi kimi aparır? Bu məmur ölkə başçısının tapşırıqlarına əməl etmir, sahibkarlara əlavə problemlər yaradır Kənd Təsərrüfatı Nazirliyi (KTN) yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətinin (DFNX) quru adı var, fəaliyyətinin nədən ibarət olması, bu qurumun hansı

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az