t s

» » Ramiz Yediyarovun ölkədən çıxışına qadağa qoyuldu – SON DƏQİQƏ

Ramiz Yediyarovun ölkədən çıxışına qadağa qoyuldu – SON DƏQİQƏ

13-09-2018, 13:00 Yazar:  Gülnar Baxılıb: 227 Çap et
 Ramiz Yediyarovun ölkədən çıxışına qadağa qoyuldu – SON DƏQİQƏ
Bir müddət əvvəl Gədəbəy rayon İcra Hakimiyyəti başçısı vəzifəsindən azad edilən Ramiz Yediyarov barəsində Baş prokuror yanında korrupsiyaya Qarşı Mübarizə İdarəsi tərəfindən araşdırmalara başlanılıb.

Mediaxeberleri.az xəbər verir ki, publika.az-ın hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, R.Yediyarovun rayon maliyyə idarəsinin rəisi Namiq Məmmədovla birgə külli miqdarda dövlət vəsaitini təyinatı üzrə xərcləməyərək büdcəyə ziyan vurduğu bildirilir. Artıq onun ölkədən çıxışına qadağa qoyulması ilə bağlı məhkəmə qərarı çıxarılıb.

Qeyd edək ki, Ramiz Yediyarov bu il iyunun 1-də dövlət başçısının imzaladığı sərəncamla vəzifədən azad edilib.

Avqustun 28-də imzalanan digər sərəncamla Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının məsul işçisi İbrahim Mustafayev bu vəzifəyə təyin edilib.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

09:19 İcra başçısı Gədəbəyi qarış-qarış zəbt edib - FOTOLAR Sabiq vergilər naziri Fazil Məmmədovun Şəmkir rayonunda bütün gəlirli sahələrə əl qoyması haqda ötən saylarımızda dərc olunan reportajda ətraflı məlumat vermişdik. Şəmkirdəki durum belədir - gözünü yum və əlini hər hansı bir istiqamətə tuşla. Ətrafındakılar barmaqlarının Fazil Məmmədovun zavodu,
20:40 "MTN işi"ndə Gədəbəy düyünü - ŞOK İTTİHAMLAR Məlum olduğu kimi, ötən həftə Gədəbəyli iş adamları Beynəlxalq Mətbuat Mərkəzində (BMM) rayonun icra başçısı və digər vəzifə sahibləri tərəfindən tapdalanmış hüquqlarının müdafiəsi ilə bağlı, ölkə rəhbəri cənab İlham Əliyevə müraciət etmək üçün mətbuat konfrası keçirirlər. Mətbuat konfransının
16:25 Gədəbəydə dizi bükülən sahibkarlar... - ŞİKAYƏT VAR Ölkəmizin qərb zonasında yerləşən rayonlar içərisində Gədəbəyin adı xüsusi bir formada hallanır ki, bu hallanma da rayonda yaşanan ab-havanın varlığı ilə bağlıdır. Əgər ümumi müzakirələr zamanı digər rayonların adları həyata keçirilən abadlıq-quruculuq işlərində, müəyyən yeniliklərdə hallanırsa,
14:42 Maliyyə nazirliyindən Gədəbəyə uzanan əllər... - Bu əllərin tumarı altında kimlər büdcəni qarət edir... Son zamanlar Gədəbəy Mərkəzi Rayon Xəstəxanasında, eləcə də rayonun maliyyə, mədəniyyət və turizm, təhsil şöbələrində mövcud olan problemlər daha kəskin xarakter alıb. Nə qədər qəribə də olsa, hələ də adıçəkilən rayonda Səhiyyə Nazirliyinin pulsuz tibbi xidmət haqqındakı müvafiq sərəncamını saya
00:13 Şəhər və rayonların icra başçıları kimlərdir? - SİYAHI Hər il dövlət büdcəsindən yerli icra hakimiyyəti orqanlarına külli miqdarda vəsait ayrılır. Bölgələrdən gələn şikayətlər bunu deməyə əsas verir ki, ayrılan vəsaitlər heç də hər zaman təyinatı üzrə xərclənmir. Hər bir icra başçısı vəzifə səlahiyyətindən sui-istifadə edərək həmin ərazidə “at

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az