t s

» » Müəllimlərin əmək müqaviləsi bu halda uzadıla bilər

Müəllimlərin əmək müqaviləsi bu halda uzadıla bilər

13-09-2018, 09:00 Yazar:  Gülnar Baxılıb: 94 Çap et
Müəllimlərin əmək müqaviləsi bu halda uzadıla bilər
Çalışmanın yaş həddinə çatmış müəllimlərlə əmək müqaviləsinin müddəti müəyyən tələblər, meyarlar və həmin fəndən ixtisaslı müəllimlərin orta dərs yükü 18 saatdan aşağı olmaması şərti gözlənilməklə müəssisə rəhbəri tərəfindən hər dəfə cari tədris ilinin sonuna kimi uzadıla bilər.

Əmək müqaviləsinin uzadılması üçün nəzərə alınan həmin meyar və tələblər bunlardır:

Son 1 ildə haqqında intizam tənbehi tədbirlərinin tətbiq edilməməsi;

Elmi dərəcə və ya elmi adının olması;

Dövlət təltifi ilə təltif edilməsi;

Attestasiyadan 2 dəfə müvəffəqiyyətlə keçməsi;

Müəllimlər arasında keçirilən respublika səviyyəli müsabiqələrin qalibi olması;

Müəssisədə ixtisaslı kadr olmadıqda və ya işçini başqa işçi ilə əvəz etmək mümkün olmadıqda;

Səhhəti vəzifəsinin icrasına imkan verdiyi halda;


İşlədiyi kollektivdə və cəmiyyətdə nüfuza malik olması.

Bu zaman işçinin diaqnostik qiymətləndirilmədə göstərdiyi nəticə də nəzərə alınmalıdır. Qeyd edilən meyarlar çərçivəsində çalışma müddətinin 5 ildən çox uzadılmasına yol verilmir.

Qeyd edək ki, müəssisə rəhbəri yalnız tabelik üzrə təhsili idarəetmə orqanının və aidiyyəti ərazi maliyyə hesablaşma mərkəzinin razılığı əsasında əmək müqaviləsini uzada bilər.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

16:55 Xarici valyuta ilə krediti olanlar, bu xəbəri oxuyun! Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, Mülki Məcəllənin 439.1-ci maddəsinin “pul öhdəliyi manatla ifadə edilməlidir” müddəası əqdin predmetini pulun özü təşkil etdiyi hallara şamil olunmur və bu maddə Konstitusiyanın 19-cu maddəsinin III hissəsində təsbit olunmuş Azərbaycan
08:36 Müəllimləri ixtisar gözləyir: İmtahandan sonrakı müzakirə buna hesablanıb Etibar Əliyev: “10 suala belə cavab verməyən müəllimlərlə tədrisi necə davam etdirmək olar?” Ölkəmizin 26 şəhər və rayonunun dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsinə cari ilin aprel ayından başlanılıb. Proses mayın 25-dək
09:47 GƏNCƏ DÖVLƏT UNİVERSİTETİ: İNKİŞAFIN YÜKSƏK MƏRHƏLƏSİNDƏ Respublikamızda sayılıb-seçilən, təhsilimizdə xüsusi yeri və çəkisi olan elm ocaqlarından biri də Gəncə Dövlət Universitetidir. Gözəl ənənələrə və şərəfli tarixə malik olan bu universitet ölkəmizə minlərlə ixtisaslı kadrlar vermişdir. Qərb regionunda ən nüfuzlu təhsil ocağı olan Gəncə
18:00 Dollar kreditləri haqda qərar - RƏSMİ “Pul” termini ilə təkcə milli valyutanı yox, xarici valyutanı da ehtiva edir Konstitusiya Məhkəməsi dollar kreditləri ilə bağlı qərar qəbul edib. Konstitusiya Məhkəməsinin Plenumum iclası keçirilib. İclasda iş üzrə hakim R.Qvaladzenin məruzəsini, maraqlı subyektlərin nümayəndələrinin və
08:02 Konstitusiya Məhkəməsi qərar verdi - Krediti olanlar, bu xəbəri oxuyun! Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Fərhad Abdullayev (sədr), Sona Salmanova, Südabə Həsənova, Rövşən İsmayılov, Rafael Qvaladze (məruzəçi-hakim), Mahir Muradov, İsa Nəcəfov və Kamran Şəfiyevdən ibarət tərkibdə, məhkəmə katibi Teymur Ocaqverdovun, maraqlı subyektlərin

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az