t s

» » Azərbaycan-Gürcüstan Trans-sərhəd əməkdaşlığı naminə Qazaxda GÖRÜŞ

Azərbaycan-Gürcüstan Trans-sərhəd əməkdaşlığı naminə Qazaxda GÖRÜŞ

13-09-2018, 08:17 Yazar:  Əsmər Baxılıb: 153 Çap et
Azərbaycan-Gürcüstan Trans-sərhəd əməkdaşlığı naminə Qazaxda GÖRÜŞ
Qərb-Resurs VCİD İB Gürcüstanın CİDA təşkilatı ilə birgə Qazax rayonunda 30 nəfərdən ibarət müxtəlif sahələri təmsil edən Azərbaycan və Gürcüstan nümayəndələrinin iştirakı ilə görüş keçirilib.

Bu barədə məlumat Qazax bələdiyyəsindən daxil olub.

Görüşdə Qardabani, Saqareco, Qazax və Ağstafa bələdiyyələrin müavinləri, biznes sektorlarının nümayəndələri, QHT-lər və kənd təsərrüfatı üzrə sahibkarlar iştirak ediblər.

Bununla bağlı Belediyye.infoya məlumat verən Qazax rayon bələdiyyəsinin sədr müavini Vüsal İsmaylovun sözlərinə görə, tədbirin ilk günündə Layihənin eksperti Vüsal İsmaylov Qazax və Ağstafa rayonları üçün hazırlanmış Bələdiyyə prioritet sahələri üzrə sənədlərin təqdimatını etdi, və eyni zamanda Qardabani və Saqareco bələdiyyə nümayəndələridə öz sənədlərini auditoriyaya təqdim etdilər. Görüş zamanı iştirakçılar tərəfindən Gürcüstan və Azərbaycan sərhədyani bölgələr arasında güclü əməkdaşlıq yaratmaq məqsədi ilə Birgə Fəaliyyət Planının hazırlanması üçün ilkin maraqlar, ideyalar, maneələr və onların aradan qaldırılması üçün həlli yolları müzakirə edildi və əməkdaşlıq üçün çox maraqlı sahələr araşdırılıb seçildi. İştirakçılara bu məqsədə nail olmaq üçün Azərbaycan tərəfindən layihənin məsləhətçisi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Bakı Biznes Tədris Mərkəzi İnformasiya Resursları və Texnologiya Şöbəsinin müdiri – Vidadi Baxışov və Gürcüstan tərəfindən isə layihənin məsləhətçisi Mixeil Pakatsoşvili yardım etdilər. Birgə Fəaliyyət Planının təqdimatı üçün növbəti bir görüş Gürcüstanda keçiriləcəyi nəzərdə tutulur. Görüşdən sonra, “AVEY” Qazax Dövlət Tarixi mədəniyyət Qoruğu Gürcüstan nümayəndələrini Qarabulaq və Damçılı bulağı ilə tanış etdilər.

Tədbirin ikinci günü isə əməkdaşlıq üçün artıq müzakirə olunmuş ilkin platforma yarandı. Tədbir bitdikdən sonra tədbir iştirakçıları Qazax rayon Azər Xalça MMC nin istehsalat sahəsində oldular, və “ƏSƏDOĞLU” şirkətinin müdiri Vüqar Kərimov onları Qazax rayonu Ağköynək kəndində yerləşən öz istixanası və Ağstafa rayonu Aşağı Göycəli kəndində yerləşən üzüm bağları ilə tanış etdi.

Bir daha qeyd etmək istəyirik ki, “Gənc Sahibkarların Sinerjisi (YES!) Gürcüstan-Azərbaycan transsərhəd əməkdaşlığı üçün şəbəkə” Layihəsi Şərq Tərəfdaşlığı Ərazisi Əməkdaşlığı (EaPTC) Gürcüstan-Azərbaycan proqramı çərçivəsində Avropa Birliyi (AB) tərəfindən maliyyələşdirilir və Gürcüstanda Vətəndaş Cəmiyyətinin İnkişafı Agentliyi (CiDA) və Azərbaycanda isə Qərb – Resurs Vətəndaş Cəmiyyətinin İnkişafına Dəstək İctimai Birliyi (QR İB) tərəfindən icra edilir. Və layihənin bu fəaliyyətinin həyata keçməsində Qazax və Ağstafa rayon İcra Hakimiyyətinin dəstəyinidə xüsusi ilə vurğulamaq istərdik.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

17:46 İlham Əliyev yüzlərlə məhbusu əfv etdi - SİYAHI + YENİLƏNİB Azərbaycan prezidenti İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə əfv olunması haqqında sərəncam imzalayıb. Mediaxeberleri.az-ın xəbərinə görə, sərəncama əsasən, azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş aşağıdakı şəxslər cəzanın
21:55 Qazaxda ilin yekunlarına dair hesabat yığıncağı keçirildi– FOTO Qazax rayonunda 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirilib. Yığıncaqda Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işçisi Əlibaba Əliyev, Milli Məclisin deputatları Kamran Nəbizadə və Ülviyyə Ağayeva
11:08 ATU-nun keçmiş əməkdaşı ölkə başçısına MÜRACİƏT ETDİ – “Fətullah Gülən universitetləri ilə əlaqəsi olan..." Azərbaycan Texnologiya Universitetinin kompüter mütəxəssisi Azər Allahverdiyev qarşılaşdığı problemlərlə bağlı ölkə başçısına müraciət edib. Onun müraciətini olduğu kimi dərc edirik: “Cənab Prezident İlham Əliyev! Dövlətimizin quruculuq işlərində apardığınız uğurlu siyasəti dəstəkləyir və Sizə
18:12 "Biz Şura olaraq daima QHT-lərlə media orqanlarının daha sıx əlaqədə olmasına çalışırıq" - Elməddin Behbud Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası mətbuat xidmətinin rəhbəri Elməddin Behbud Azadinform-a müsahibə verib. Mediaxeberleri.az həmin müsahibəni təqdim edir: - Gələn il Ermənistan-Azərbaycan münaqişəsinin otuz illiyidir. Yeri gəlmişkən bu
18:47 Prezident İlham Əliyev əfv fərmanı imzaladı - TAM SİYAHI Prezident İlham Əliyev əfv fərmanı imzalayıb. Mediaxeberleri.az AzərTac-a istinadən həmin fərmanı diqqətinizə çatdırır: Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az