t s

» » "Hacı Mazan"ın qoçuluğu ilə bağlı cinayət işi başlandı -VİDEO

"Hacı Mazan"ın qoçuluğu ilə bağlı cinayət işi başlandı -VİDEO

12-09-2018, 22:08 Yazar:  Gülnar Baxılıb: 70 Çap et
"Hacı Mazan"ın qoçuluğu ilə bağlı cinayət işi başlandı -VİDEO
"Hacı Mazan" kimi tanınan iş adamı Ramazan Zeynalovun və adamlarının binasında yaşayan sakinin evinə hücum çəkməsi ilə bağlı Bakı Şəhər Prokurorluğunda cinayət işi başlanıb.

BakuPost xəbər verir ki, istintaq faktı xuliqanlıq kimi qiymıtləndirib və Cinayət Məcəlləsinin 221-ci maddəsi (xuliqanlıq) ilə tövsif edib.

İstintaqın gedişində cinayət işinin CM-in 221-ci maddənin hansı bəndi üzrə araşdırılacağı məlum olacaq. Hadisənin bir qrup tərəfindən törədildiyini nəzərə alsaq, faktın CM-in 221.2-ci maddəsi ilə araşdırılacağı gözlənilir. Bu maddəyə görə, təqsirləndirilən şəxs və ya şəxsləri iki ilədək müddətə islah işləri və ya beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzası gözləyir.

Məslə ilə bağlı BakuPost.az-ın əməkdaşı Hacı Mazanla əlaqə saxlayıb. O, suallara cavab verməyərək telefonunu söndürüb: "Mənə heç bir sual verməyin. Sizi eşitmirəm, Bakıda deyləm, Naxçıvandayam..."

Xatırladaq ki, "Hacı Mazan" və adamları Binəqədi rayonunda "İnam Bayram" MTK-nın inşa etdiyi binada Faiq Seyfullayevin mənzilinə hücum edərək, orda çəkiliş aparan Xəzər TV-nin əməkdaşlarına zor tətbiq edib, mənzil sahibini isə döyüblər. Nəticədə Faiq Seyfullayev ağır bədən xəsarətləri alıb.





www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

17:46 İlham Əliyev yüzlərlə məhbusu əfv etdi - SİYAHI + YENİLƏNİB Azərbaycan prezidenti İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə əfv olunması haqqında sərəncam imzalayıb. Mediaxeberleri.az-ın xəbərinə görə, sərəncama əsasən, azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş aşağıdakı şəxslər cəzanın
15:18 Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə ünvanlanmış əfv haqqında müraciətlərinə baxaraq, məhkumların şəxsiyyətini, səhhətini, ailə vəziyyətini, cəza çəkdikləri
18:47 Prezident İlham Əliyev əfv fərmanı imzaladı - TAM SİYAHI Prezident İlham Əliyev əfv fərmanı imzalayıb. Mediaxeberleri.az AzərTac-a istinadən həmin fərmanı diqqətinizə çatdırır: Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə
18:34 Xəstə övladından imtina edən "ata" hüquq müdafiəçilərinə böhtan atır Hüquq müdafiəçiləri təzyiqə məruz qalan ailəni sonacan müdafiə edəcəklərini bildirirlər “Həyat yoldaşım ikinci övladımız şikəst doğulandan sonra meşşan həyat tərzi yaşamağa başladı. Tez-tez məni döyürdü, təhqir edirdi, az qalırdı qeyri-rəsmi münasibətdə olduğu əxlaqsız qadınları evimizə gətirsin”.
01:17 Aborta görə cinayət məsuliyyətinin genezisi və perspektivləri Hamiləliyin süni surətdə pozulması qadınların sağlamlığına neqativ təsir göstərən mühüm tibbi-sosial amillərdən sayılır. Təsadüfi deyildir ki, Ümumdünya Səhiyyə Təşkilatı abortu dünyanın əksər ölkələrindəqadınların reproduktiv sağlamlığına ciddi təhlükə yaradan problem kimi qiymətləndirmişdir.

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az