t s

» » Məhəbbət Vəliyeva: 10 təhsil müəssisəsinin rəhbəri işdən çıxarılıb

Məhəbbət Vəliyeva: 10 təhsil müəssisəsinin rəhbəri işdən çıxarılıb

12-09-2018, 21:33 Yazar:  Gülnar Baxılıb: 88 Çap et
Məhəbbət Vəliyeva: 10 təhsil müəssisəsinin rəhbəri işdən çıxarılıb
2017-2018-ci ildə Bakıda 10 təhsil müəssisinin rəhbəri vəzifəsindən azad olunub.

Bunu təhsil nazirinin müavini, BŞTİ-nin müdiri vəzifələrini icra edən Məhəbbət Vəliyeva Bakı şəhəri təhsil işçilərinin sentyabr konfransında bildirib.

Onun sözlərinə görə, aparılan monitorinqlər nəticəsində işində verdiyi nöqsanlara görə bəzi əməkdaşlar vəzifəsindən uzaqlaşdırılıb:

“Bakı Şəhəri üzrə Təhsil İdarəsinin bir əməkdaşı, 10 təhsil müəssisəsinin rəhbəri, 20 direktor müavini, doqquz müəllim, bir kitabxana müdiri işindən azad edilib. Bununla yanaşı, Bakı Şəhəri üzrə Təhsil idarəsinin iki əməkdaşı, 18 təhsil müəssisəsi rəhbəri, 32 direktor müavini, 54 müəllim, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin struktur bölmələrinin altı əməkdaşı intizam məsuliyyətinə cəlb edilib”.

Nazir müavini qeyd edib ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin struktur bölmələrinin 30 əməkdaşı, 27 təhsil müəssisnin rəhbəri, 11 direktor müavini, 40 müəllimə xəbərdarlıq edilib:

“Görülmüş tədbirlər nəticəsində 58474 manat məbləğində vəsiaitin dövblət büdcəsinə qaytarılması təmin edilib”.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

17:46 İlham Əliyev yüzlərlə məhbusu əfv etdi - SİYAHI + YENİLƏNİB Azərbaycan prezidenti İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə əfv olunması haqqında sərəncam imzalayıb. Mediaxeberleri.az-ın xəbərinə görə, sərəncama əsasən, azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş aşağıdakı şəxslər cəzanın
21:55 Qazaxda ilin yekunlarına dair hesabat yığıncağı keçirildi– FOTO Qazax rayonunda 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirilib. Yığıncaqda Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işçisi Əlibaba Əliyev, Milli Məclisin deputatları Kamran Nəbizadə və Ülviyyə Ağayeva
15:10 Mərkəzi Kitabxana “Səyyar kitabxana” layihəsi çərçivəsində kitab təqdimatı keçirdi - FOTOLAR Qazax rayon Mərkəzi Kitabxanası Səməd Vurğun adına parkda “Səyyar kitabxana” layihəsi çərçivəsində Xalq şairi Vaqif Səmədoğlunun “Sandıq şeirləri” və şair, AYB-nin Qazax zona filialının sədri, “ “Əməkdar incəsənət xadimi” Barat Vüsalın ikicildlik “Seçilmiş əsərləri” kitablarının təqdimatını
18:47 Prezident İlham Əliyev əfv fərmanı imzaladı - TAM SİYAHI Prezident İlham Əliyev əfv fərmanı imzalayıb. Mediaxeberleri.az AzərTac-a istinadən həmin fərmanı diqqətinizə çatdırır: Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə
09:42 Sayılmış ən böyük rəqəm Dünyanın ən böyük rəqəmi deyə bir şey yoxdur. Çünki rəqəmlər sonsuza qədər gedər ancaq sayılmış ən böyük rəqəmi sizlərlə paylaşmaq istədik. Aşağıda gördüyünüz rəqəm, bu günə qədər çatıla bilmiş ən böyük rəqəmdir. Yəni bir bir sayılmışdır, minlərlə maşın istifadə edilmişdir, kompüterlər 4 il boyunca

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az