t s

» » Sahil Babayev: Şəhid hərbi qulluqçuların vərəsələrinə birdəfəlik ödəmələrin verilməsi qaydaları hazırlanıb

Sahil Babayev: Şəhid hərbi qulluqçuların vərəsələrinə birdəfəlik ödəmələrin verilməsi qaydaları hazırlanıb

12-09-2018, 21:29 Yazar:  Məmməd Məmmədov Baxılıb: 122 Çap et
Sahil Babayev: Şəhid hərbi qulluqçuların vərəsələrinə birdəfəlik ödəmələrin verilməsi qaydaları hazırlanıb
Nazir şəhidlərin vərəsələrinə birdəfəlik ödəmələrin verilməsi barədə

Şəhid hərbi qulluqçuların vərəsələrinə birdəfəlik ödəmələrin verilməsi qaydaları hazırlanıb. Gələn aydan həmin ödəmələrin verilməsi üçün sənədlərin qəbuluna başlanacaq.

Mediaxeberleri.az xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev bildirib.

O qeyd edib ki, aidiyyəti qurumlar tərəfindən nazirliyə təqdim edilmiş siyahılar üzərində dəqiqləşdirmə işləri bu ayın sonunda yekunlaşacaq:

“Vərəsələrinə birdəfəlik ödəmələr verilməli olan şəhid hərbi qulluqçuların ümumiləşdirilmiş siyahısı nazirliyin saytında təqdim olunacaq. Şəhid hərbi qulluqçuların vərəsələrinə birdəfəlik ödəmələrin verilməsi qaydaları da hazırlanıb. Bu qaydalar ödəmələrin verilməsi prosedurlarının tam şəffaf və vətəndaş məmnunluğuna səbəb olacaq səviyyədə həyata keçirilməsinə imkan verəcək”.

Nazir oktyabr ayından birdəfəlik ödəmələrin verilməsi üçün sənədlərin qəbuluna başlanmasının nəzərdə tutulduğunu deyib.

S.Babayev bildirib ki, nazirliyin müvafiq siyahısında olan şəhid hərbi qulluqçuların vərəsələrinin notariat orqanlarında vərəsəlikləri təsdiq edildikdən sonra elektron qaydada onlar barədə məlumatlar nazirliyə ötürüləcək və bu məlumatlar əsasında formalaşan növbəlilik qaydasında ödəmələrin verilməsi təmin olunacaq.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

21:05 Nazir Sahil Babayev: "Süründürməçiliyə yol verilməməlidir" Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində aidiyyəti fəaliyyət sahələrində qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş iclas keçirilib. Bu barədə "Report"a nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev əmək və
21:24 Sosial ev almaq üçün tələb olunan sənədlər - SİYAHI “MİDA” Məhdud Məsuliyyətli Cəmiyyətinin sərəncamında olan mənzillərin güzəştlə əldə edilməsini təmin etmək məqsədilə “Elektron hökumət” portalında yaradılacaq “Güzəştli mənzil” elektron sisteminin istifadəyə verilməsi ilə bağlı hazırlıq işləri tamamlanmaq üzrədir. Azərbaycan Respublikasının
20:52 Şahidin cinayət təqibi orqanı tərəfindən ölkədən getmək hüququnun məhdudlaşdırılması hüquqidirmi?! Oxucularımızın diqqətinə "Azərbaycan vəkili" jurnalında işıq üzü görmüş vəkil Sadiq Əfəndiyevin hazırladığı maraqlı yazını təqdim edirik. Yazıda cinayət prosesində ölkədən getmək hüququnun məhdudlaşdırılmasının şahidə münasibətdə tətbiq edilməsinin hüquqi olub-olmaması və buradan doğan nəticələr,
23:12 Prokurorluğun qarşısındakı “kəfənli etiraz”la bağlı - Rəsmi açıqlama Baş Prokurorluq bu gün qurumun binasının qarşısında keçirilən etiraz aksiyası ilə bağlı məlumat yayıb. “Qafqazinfo”nun məlumatına görə, qurum bildirir ki, vətəndaşlardan daxil olmuş prokurorluğun səlahiyyətlərinə aid olan bütün müraciətlər üzrə cinayət-prosessual qanunvericiliyin tələblərinə uyğun
20:30 Mart ayı üçün bürclər nə vəd edir? QOÇ BÜRCÜ Ayın birinci yarısı: Yeni əlaqələr yaratmaq, sədaqətli dostlar əldə etmək üçün bu ərəfə kifayət qədər uğurlu olacaq. Həmkarlarınızla xırda soyuqluğu da başınızdan çıxarmağa çalışın. Martın 3-dən 11-nə qədər təmasda olduğunuz şəxslər ovqatınızın yüksəlməsinə xidmət edəcəklər. Amma

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az