t s

» » Gömrük orqanlarında rüşvətxorluq gizlədilibsə də Səfər Mehdiyev məsuliyyət daşıyır, artıbsa da... - ƏLAHƏZRƏT FAKT!!!

Gömrük orqanlarında rüşvətxorluq gizlədilibsə də Səfər Mehdiyev məsuliyyət daşıyır, artıbsa da... - ƏLAHƏZRƏT FAKT!!!

12-09-2018, 15:49 Yazar:  Gülnar Baxılıb: 67 Çap et
Gömrük orqanlarında rüşvətxorluq gizlədilibsə də Səfər Mehdiyev məsuliyyət daşıyır, artıbsa da... - ƏLAHƏZRƏT FAKT!!!
Dövlət Gömrük Komitəsinin sədri, gömrük general-polkovniki Səfər Mehdiyev bugünkü mətbuat konfransında rəhbərlik etdiyi sahədəki korrupsiya faktlarının aşkar olunduğundan və rüşvətxor məmurların həbs edildiyindən və işdən qovulduğundan danışıb. Həm də hiss olunur ki, cənab sədr “gömrük sistemində korrupsiyaya qarşı apardığı mübarizədən” böyük qürur duyur.

Gömrük orqanlarında rüşvətxorluğun olması yenilik deyil. Bu qurum Azərbaycanda yaranandan bəri gömrükdəki korrupsiyadan, özbaşınalıqdan yazılanları bir yerə toplayıb dərc etsək, inanın ki, yüzlərlə cild kitab çıxar. Hətta Səfər Mehdiyev Komitəyə sədr təyin edildikdən sonra belə eybəcər halların artması barədə mediada saysız-hesabsız yazıları dərc etsək, qalın bir cild alınar. Elə bizim saytımızda qaçaq malların (əsasən də siqaretlərin və alkaqollu içkilərin) hərracında qeyri-şəffaflıqdan tutmuş Bakı şəhər Gömürk Baş İdarəsindəki neqativlərlə bağlı dəfələrlə yazılar gedib. Lakin buna baxmayaraq, Komitə tərəfindən iddia olunan qanunsuzluqlarla bağlı bir aydınlıq gətirilib, nə də açıqlama verilib. Sadəcə susub...

Bu gün isə hörmətli Səfər müəllim ictimaiyyətin gözünə kül üfürüb...

Heç kimə sirr deyil ki, uzun illər boyu Azərbaycan iqtisadiyyatının ən irinli yeri DGK olub. Bu qurum Azərbaycanda iqtisadiyyatın sərbəst inkişafına mane olan 1№-li qurum olub. Və Azərbaycan iqtisadiyyatında, idxal və ixracda , istehlak bazarında yaranan bütün neqativlər bu qurumun sayəsində olub. Bu qurum uzun illərdir ki, Azərbaycanda monopolyanı idarə edir. Və hələ də idarə etməkdə davam edir.

Bu gün isə hörmətli Səfər Mehdiyev mediada səslənən ittiham və iddialara cavab vermək əvəzinə başçılıq etdiyi sahədə çalışan rüşvətxorların həbsindən fəxrlə danışır. Səfər Mehdiyev Gömrük Komitəsinin rəhbərliyində əvvəllər də təmsil olunub, özü də birinci müavn timsalında. Yəni qurumun ikinci adamı olaraq. Hətta onun Aydın Əliyevin zamanında belə de-fakto əsas rəhbər olduğu da iddia edilir. Rüşvətə görə barələrində cinayət işi qaldırılan, işdən qovulan şəxslər əvvəllər də, yəni Səfər müəllimin birinci müavin olduğu dönmdə də gömrük qurumlarında çalışıb və belə görünür ki, rüşvət də alıblar.

Belə olan təqdirdə, Səfər Mehdiyev həmin “islahatları” niyə o zaman gerçəkləşdirib rüşvətin və korrupsiyanın qarşısını almırdı? Kim idi ona mane olan? Sədr Aydın Qasımovmu? Əgər elədirsə, bu, mütləq deyilməlidir. Elə deyilsə, demək, belə neqativ hallara S. Mehdiyevin özü də göz yumub və təşkilatçılarından biri olub. Yox, əgər əvvəlki vaxtlarda rüşvət faktları olmayıbsa, bu iyrəncliklər yeni baş verirsə, deməli, bütün bu “yeniliklər” yeni sədrin “təmizləmə kampaniyasının” piar hissəsindən başqa bir şey deyi. Əlahəzrət məntiq bunu deyir.

Sonuncu iddiamızı möhkəmləndirəcək başqa əsaslar da var. Belə ki, hələ Səfər Mehdiyev “islahat” adı altında kadr dəyişiklikləri aparıb bir neçə gömrük məntəqələrində neqativ fəaliyyətinə görə medianın “qəhrəmanına” çevrilmiş Kənan Məmmədovu Bakı şəhər Baş Gömrük İdarəsinə rəis gətirəndə paytaxt gömrüyündə rüşvətxorluğun və süründürməçiliyin artacağı barədə müxtəlif proqnozlar verilmişdi və sonralar bu iddialar öz təsdiqini tapdı. İndi Bakı Baş Gömrük İdarəsi Kənan Məmmədovub qohumlarının oylağına çevrilib və rüşvət də hər addımda adamın ayağına “dolaşır”.

DGK-nın hörmətli sədrinin bugünkü mətbuata açıqlamaları da son vaxtlar gömrük orqanlarında rüşvətxorluq və korrupsiya faktlarının artmasından xəbər verir. Səfər müəlimdən əvvəl belə faktlaın olması barədə rəsmi informasiyalara çox az rast gəlinirdi. İddiamızı yenə təkrar edirik: Ya bu faktlar son vaxtlar çoxalıb və belədirsə, bu yeni sədrin “idarəçiliyindən” doğan məsələdir. Ya da əvəllər də belə faktlar olub və gizlədilib və gizlədilibsə, cinayəti gizlətidiyinə görə DGK-nin keçmiş rəhbərliyi, Aydın Əliyev və o cümlədən, o zaman birinci müavin olmuş cənab Mehdiyev də məsuliyyət daşıyır. \\pia.az\\




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

17:46 İlham Əliyev yüzlərlə məhbusu əfv etdi - SİYAHI + YENİLƏNİB Azərbaycan prezidenti İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə əfv olunması haqqında sərəncam imzalayıb. Mediaxeberleri.az-ın xəbərinə görə, sərəncama əsasən, azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş aşağıdakı şəxslər cəzanın
21:10 Ən əski türk soylarından biri – KOLANILAR Kolanılar ən əski türk boylarından biridir. Çox geniş ərazidə yayılmışlar. Bu gün təkcə quzey Azərbaycanda deyil, eləcə də güney Azərbaycanda, İraqda, Misirdə, Suriyada, Əfqanıstanda, Özbəkistanda, Türkiyədə, hətta Almaniyada və digər ölkələrdə ümumilikdə 100 minlərlə kolanı türkü yaşamaqdadır.
16:01 “Uluyol-Hünər” Ailəsinin “Ailə Günü” toplantısında deyilmiş fikirlər Asif Atanın – İnam Atanın Mütləqə İnam Ocağı “Uluyol-Hünər” Ailəsinin “Ailə Günü” toplantısında deyilmiş fikirlər Ocaq Günsırası ilə 28 Od Ayı, 37-ci ildə (iyul, 2015) İnam Evində “Uluyol-Hünər” Ailəsinin “Ailə Günü” toplantısı keçirildi. Öncə Ailə Gününün quralları yerinə yetirildi. Sonra
21:22 Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Asif Atanın (İnam Atanın) Mütləqə İnam Ocağı Ata Ocaq ilsırasının 37- ili Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Törən öncəsi həyətdə tonqal qalandı. Tonqal başında qutsal söz söylənildi. Nurtəkin Atalı: Bu Ocağın qalanması, məni “Xalqlaşma İli”mizdə yeni uğurlara çağırır. Soylu Atalı: Sən
19:55 M.Ə.Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti” bitiyini “Tanıtma törəni” keçirildi Türkel Araşdırma Qurumu sunur (Məhəmməd Əmin Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti” bitiyini “Tanıtma törəni” keçirildi) Soylu Atalı: Ürəyinizdə Günəş olsun, sayğılı yurddaşlarımız! Bu gün fevral ayının (bizdə Köçəri Ayının) 10-u Azərbaycanın tarixi faciələrindən birinin “Türkmənçay Bağlaşması”nın

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az