t s

» » Elmar Məmmədyarov: Azərbaycan Qarabağla bağlı danışıqlara hazırdır

Elmar Məmmədyarov: Azərbaycan Qarabağla bağlı danışıqlara hazırdır

12-09-2018, 15:47 Yazar:  Gülnar Baxılıb: 98 Çap et
Elmar Məmmədyarov: Azərbaycan Qarabağla bağlı danışıqlara hazırdır
Xarici işlər naziri Elmar Məmmədyarov Azərbaycanda səfərdə olan ATƏT-in baş katibini qəbul edib.

Xarici İşlər Nazirliyinin Mətbuat xidmətindən verilən məlumata görə, E.Məmmədyarov ATƏT-in baş katibi Tomas Gremingeri və onu müşayiət edən nümayəndə heyətini salamlayaraq Azərbaycanın regional təşkilat olaraq ATƏT ilə əməkdaşlığa mühüm əhəmiyyət verdiyini diqqətə çatdırıb.

ATƏT çərçivəsində təhlükəsizliyin bölünməzliyinin fundamental prinsip olduğunu qeyd edən XİN başçısı bütün üzv dövlətlərin Helsinki Yekun Aktı üzrə öhdəliklərinə sadiq olmasının vacibliyini bildirib. Bu xüsusda, E.Məmmədyarov Ermənistan Respublikasının ATƏT üzv dövləti qismində Helsinki Yekun Aktı ilə üzərinə götürdüyü öhdəliklərini kobud şəkildə pozaraq gücdən istifadə etməklə Azərbaycanın Dağlıq Qarabağ və ətraf regionlarının işğalını davam etdirdiyini vurğulalayıb.

O, təsis olunmasından etibarən ATƏT-in Ermənistan-Azərbaycan münaqişəsinin həlli ilə məşğul olduğunu deyərək işğala əsaslanan status-kvonun dəyişdirilməsi və Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılması üçün səylərinin artırılmasının vacibliyini bildirib.

E.Məmmədyarov əlavə edib ki, Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərində qanunsuz mövcudluğu regional sülh və təhlükəsizlik üçün başlıca təhdid olaraq qalmaqdadır.

Nazir ATƏT-in Minsk Qrupunun həmsədrlərinin mandatını BMT Təhlükəsizlik Şurasının qətnamələri, Helsinki Yekun Aktı təşkil etdiyini xatırladaraq Azərbaycanın münaqişənin həllində irəliləyişə nail olmaq və regionda davamlı və ədalətli sülhü təmin etmək üçün substantiv və intensiv danışıqlara hazır olduğunu nəzərə çatdırıb.

Azərbaycanın regionda və bütövlükdə ATƏT məkanında iqtisadi əməkdaşlığın və uzlaşma xətlərinin (connectivity) yaradılması, multi-modal nəqliyyat infrastrukturu imkanlarının təmin edilməsi istiqamətində gördüyü işlərdən bəhs edən E.Məmmədyarov bu xüsusda Şərq-Qərb, Şimal-Cənub, Cənub-Qərb nəqliyyat marşrutlarını və artıq istismara verilmiş Bakı-Tbilisi-Qars dəmir yol xəttini qeyd etdi.

O əlavə etdi ki, Azərbaycanın iştirakı və təşəbbüsü ilə həyata keçirilən bu kimi layihələr ATƏT məkanında iqtisadi inkişafa və çicəklənməyə töhfə verməklə bərabər, regional sülh və təhlükəsizliyin də möhkəmlənməsinə xidmət edir.

Görüş əsnasında ATƏT-in qeyd adları nəqliyyat layihələrin inkişafı baxımdan mühüm platforma rolunu oynaya biləcəyi vurğulanıb.

Əlaqələrin inkişafında parlament diplomatiyasının rolu qeyd olunub və bu xüsusda, ATƏT-in Parlament Assambleyası ilə əməkdaşlıq təqdir olunub.

Görüşdə həmçinin Azərbaycan və ATƏT arasında əməkdaşlıq proqramları nəzərdən keçirilib.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

17:46 İlham Əliyev yüzlərlə məhbusu əfv etdi - SİYAHI + YENİLƏNİB Azərbaycan prezidenti İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə əfv olunması haqqında sərəncam imzalayıb. Mediaxeberleri.az-ın xəbərinə görə, sərəncama əsasən, azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş aşağıdakı şəxslər cəzanın
18:18 Bu, XX əsr tariximizin ən qanlı səhifəsidir Son iki əsrdə xalqımıza qarşı erməni millətçiləri tərəfindən məqsədyönlü şəkildə həyata keçirilən etnik təmizləmə, soyqırımı və təcavüzkarlıq siyasəti Azərbaycan tarixinin faciələrlə, o cümlədən qanlı hadisələrlə dolu çox ağrılı mərhələlərini təşkil edir. Bu millətçi-şovinist siyasətin əsas məqsədi
19:38 Ramiz Mehdiyev: “Azərbaycan xalqı torpaqlarının işğalda qalması ilə heç vaxt barışmayacaq” Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri: “Azərbaycan ordusu ərazilərimizi düşmən tapdağından azad etməyə qadirdir” Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri akademik Ramiz Mehdiyev AZƏRTAC-a müsahibə verib. Mediaxeberleri.az həmin müsahibəni təqdim edir:
09:04 Əli Həsənov: Azərbaycan müstəqillik, inkişaf və rifah yolu ilə gedir – MÜSAHİBƏ “2015-ci ildə Azərbaycan mürəkkəb qlobal proseslərin təsirindən məharətlə qorunub”. Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov 2015-ci ilin yekunları ilə bağlı müsahibə verib. Mediaxeberleri.az müsahibəni təqdim edir: - Başa çatmaqda olan 2015-ci
18:47 Prezident İlham Əliyev əfv fərmanı imzaladı - TAM SİYAHI Prezident İlham Əliyev əfv fərmanı imzalayıb. Mediaxeberleri.az AzərTac-a istinadən həmin fərmanı diqqətinizə çatdırır: Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az