t s

» » Ali təhsil müəssisələrinə qanunsuz tələbə qəbulu ilə məşğul olan dələduz saxlanılıb

Ali təhsil müəssisələrinə qanunsuz tələbə qəbulu ilə məşğul olan dələduz saxlanılıb

12-09-2018, 13:54 Yazar:  Nuhu Baxılıb: 192 Çap et
Ali təhsil müəssisələrinə qanunsuz tələbə qəbulu ilə məşğul olan dələduz saxlanılıbSəbail Rayon Məhkəməsində qanunsuz tələbə qəbulu ilə məşğul olan, saxta diplom satan şəxsin məhkəməsi başlayıb.
“Mediaxeberleri.az”ın məlumatına görə, cinayət məcəlləsinin 178.2.4-cü (dələduzluq) maddəsi ilə təqsirləndirilən Mirzəyev Mirzə Məhəmmədəli oğlunun məhkəmə prosesinə hakim Azər Tağıyev sədrlik edəcək. Cinayət işində Dinler Umuxanım Nadir qızı zərərçəkmiş qismində tanınıb.

Qeyd edək ki, M.Mirzəyev 2012-ci ildə analoji əməllərinə görə məhkumluq həaytı yaşayıb. Belə ki, 6 il öncə Azərbaycanda saxta sənədlərdən istifadə etməklə ayrı-ayrı şəxslərdən külli miqdarda pul almaq faktı, eyni zamanda, saxta diplomlar aşkarlanıb. Baş Prokurorluğun mətbuat xidmətindən daxil olan məlumata görə, İmişli rayon sakini Mirzəyev Mirzə Məhəmmədəli oğlu və qeyrilərinin saxta sənədlərdən istifadə etməklə ayrı-ayrı şəxslərdən külli miqdarda pul almaları, eyni zamanda saxta diplomların aşkar edilməsi faktları üzrə Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsində araşdırma aparılıb.
Müəyyən edilib ki, Mirzə Mirzəyev 2000-ci ildən 2012-ci ilədək vaxtadək Rusiya Federasiyasında fəaliyyət göstərən müxtəlif ali təhsil müəssisələrinin diplomlarını, tələbə biletlərini və qiymət kitabçalarını hazırlayaraq qanunsuz tələbə qəbulu və köçürmələrini təşkil edib və bunun müqabilində ayrı-ayrı şəxslərdən külli miqdarda pul alıb. Belə ki, Mirzə Mirzəyev iki nəfər Şəki rayon sakinini ali məktəbə qəbul etmək müqabilində Rəhim adlı şəxsdən 26 min manat, İmişli rayon sakini Bəhruz adlı şəxsdən isə ali təhsil müəssisəsini bitirməsi barədə diplom üçün 4 min manat pul alıb.

Fakta görə Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 320.1 və 320.2-ci (rəsmi sənədləri, blankları saxtalaşdırma, hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə) maddələri ilə cinayət işi başlanıb.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

17:46 İlham Əliyev yüzlərlə məhbusu əfv etdi - SİYAHI + YENİLƏNİB Azərbaycan prezidenti İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə əfv olunması haqqında sərəncam imzalayıb. Mediaxeberleri.az-ın xəbərinə görə, sərəncama əsasən, azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş aşağıdakı şəxslər cəzanın
15:18 Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə ünvanlanmış əfv haqqında müraciətlərinə baxaraq, məhkumların şəxsiyyətini, səhhətini, ailə vəziyyətini, cəza çəkdikləri
23:12 Prokurorluğun qarşısındakı “kəfənli etiraz”la bağlı - Rəsmi açıqlama Baş Prokurorluq bu gün qurumun binasının qarşısında keçirilən etiraz aksiyası ilə bağlı məlumat yayıb. “Qafqazinfo”nun məlumatına görə, qurum bildirir ki, vətəndaşlardan daxil olmuş prokurorluğun səlahiyyətlərinə aid olan bütün müraciətlər üzrə cinayət-prosessual qanunvericiliyin tələblərinə uyğun
18:47 Prezident İlham Əliyev əfv fərmanı imzaladı - TAM SİYAHI Prezident İlham Əliyev əfv fərmanı imzalayıb. Mediaxeberleri.az AzərTac-a istinadən həmin fərmanı diqqətinizə çatdırır: Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə
15:25 Azərbaycandakı “saxta diplom biznesi”nin sensasion gizlinləri - Onları hansı xarici ölkələrdə hazırlayıb gətirirlər? Azərbaycanda bütün sahələrdə olduğu kimi, təhsil sahəsində də insanlar “ömrü uzun olmayan məqsədə” çatmaq, çirkin işlərini həyata keçirmək, pul, iş, karyera qazanmaq, ali məktəbə qəbul olmaq üçün saxta sənədlərdən, diplomlardan istifadə edirlər. Amma əksər hallarda buna nail olmaq asan olmur, bu

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az