t s

» » Ağac kəsiminə görə cəzaların sərtləşdirilməsi təklif olunur

Ağac kəsiminə görə cəzaların sərtləşdirilməsi təklif olunur

12-09-2018, 13:51 Yazar:  Nuhu Baxılıb: 80 Çap et
Ağac kəsiminə görə cəzaların sərtləşdirilməsi təklif olunurYaşıllıqları məhv edən insanlar ciddi şəkildə cəzalandırılmalıdır. Bununla bağlı qanunvericiliyə daha ciddi dəyişikliklər edilməli, daha ciddi sərtləşdirmələr nəzərdə tutulmalıdır. Həm çərimələr artırılmalı, həm də cəzalandırma tədbirləri qanunvericilikdə əksini tapmalıdır.

Mediaxeberleri.az-ın xəbərinə görə, bunu millət vəkili Hüseynbala Mirələmov Milli Məclisin (MM) 2018-ci il payız sessiyası ilə bağlı parlamentin Aqrar siyasət komitəsinin sentyabrın 12-də keçirilən ilk iclasında çıxışı zamanı deyib.

O qeyd edib ki, yaşllıqların məhv edilməsi ilə bağlı həyəcan təbili çalınmaqdadır:

“Hər gün mediada bu haqda xəbərlərə rast gəlmək olmur. Axşam keçdiyin ərazidə yaşıllığı görürsən, ancaq səhər tezdən görürsən ki, həmin ərazidə yaşıllıqdan əsər-əlamət qalmayıb. Bu, cinayətdir, təbiətin məhv edilməsidir, ekologiyaya böyük ziyan vurulmasıdır.

Hansı ki, xaricdə adi bir kəpənəyi öldürənə az qala böyük cəza verilir. Ona görə də yaşıllıqları məhv edən insanlarla bağlı daha ciddi cəzalandırmalar, maliyyə sanksiyaları nəzərdə tutulmalıdır”.

Millət vəkilləri Cavanşir Paşazadə və Novruz Aslan da həmkarlarının fikirlərini dəstəkləyiblər, bu məsələdə cəzalandırma tədbirləri ilə yanaşı, maarifləndirmə tədbirlərinin də artırılmasını vacib sayıblar.

Adıçəkilən komitənin sədri Eldar İbrahimov yaşıllıqların məhv edilməsini cinayət əməli adlandırıb.

O bildirib ki, ölkədə yaşıllıqların qorunub-saxlanılması, yeni yaşıllıqların salınması dövlət başçısının, o cümlədən, birinci vitse-prezident Mehriban Əliyevanın diqqət mərkəzindədir:

“Heydər Əliyev Fondu tərəfindən nə qədər yaşıllıqlar salınıb, hamımızın gözü qarşısındadır. Əvvəllər rayonlara gedəndə yol kənarlarında yaşllıqlara rast gəlmək olmurdu, xüsusilə, yeni yaşıllıqlara. Amma indi rayonlarda gedəndə görürsən ki, əməlli-başlı yaşıllıqlar salınıb.

Bunlar adamı fərəhləndirir. Amma təbii ki, yaşıllıqların məhv edilməsi hallarına rast gəlinir ki, bu da hamımızı üzür, narahat edir. Bununla da bağlı dövlət tərəfindən addımlar atılır, bu işi edənlər cəzalandırılır, cərimələnir. Qanunlara edilən dəyişikliklər məhz bundan irəli gəlir”.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

18:36 Yeni Azərbaycan Partiyası - 25: xalqa, dövlətə xidmət nümunəsi - Vüqar Rəhimzadə yazır... Əgər xalq öz hüquqlarını anlayır və qoruya bilirsə, o zaman ən kiçik dövlət belə ən böyük məmləkət qədər güclü olar Azərbaycan müstəqillik tarixinin 26-cı ilini arxada qoydu. Dövlətimizin başçısı İlham Əliyev çıxışlarında daim bu məqamı xüsusi qeyd edir ki, tarixi paralellər fonunda Azərbaycanın
17:18 "Atam mənə elə sərvət qoyub ki, heç vaxt bitməyəcək” Bəxtiyar Məmmədov mərhum xanəndə Səxavət Məmmədovun oğludur. 8 yaşından Azərbaycan Dövlət Televiziyasında (AzTV) bir sıra uşaq verilişlərinin aparıcısı olan B.Məmmədov hazırda diplomatik fəaliyyətlə məşğuldur. 1984-cü ildə anadan olan B.Məmmədov 2001-ci ildə Bakı şəhəri 43 saylı litseyi fərqlənmə
11:50 PEYĞƏMBƏRLƏRİN HƏYATINDA VƏ KƏLAMLARINDA ƏTRAF MÜHİTƏ MÜNASİBƏT Dünya dinləri tarixinə nəzər salsaq peyğəmbərlərin kəlamlarında, hədislərində əhalinin ətraf mühitə münasibətlərini müəyyənləşdirən ekoloji fikirlərə rast gələrik. Onların həyat fəaliyyəti belə fikirlərlə doludur. Əhalinin yeni dinə iman gətirmələri üçün göstərdikləri möcüzələr bu baxımdan faydalı
08:47 Novruz: Kosa və Keçəl haqda maraqlı həqiqətlər Mediaxeberleri.az filologiya üzrə elmlər doktoru, professor Kamil Hüseynoğlunun “Novruz ənənələri və onların mənaları” yazısını təqdim edir. Novruz dünyanın ən qədim bayramlarından biridir və onun kökləri zərdüştilik dini ilə bağlıdır. Novruz xristian erasından əvvəl VI əsrdən etibarən
21:22 Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Asif Atanın (İnam Atanın) Mütləqə İnam Ocağı Ata Ocaq ilsırasının 37- ili Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Törən öncəsi həyətdə tonqal qalandı. Tonqal başında qutsal söz söylənildi. Nurtəkin Atalı: Bu Ocağın qalanması, məni “Xalqlaşma İli”mizdə yeni uğurlara çağırır. Soylu Atalı: Sən

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az