t s

» » Aztəminatlı ailələrin birinci sinif şagirdlərinə məktəb hədiyyələri verildi

Aztəminatlı ailələrin birinci sinif şagirdlərinə məktəb hədiyyələri verildi

12-09-2018, 13:48 Yazar:  Nuhu Baxılıb: 66 Çap et
Aztəminatlı ailələrin birinci sinif şagirdlərinə məktəb hədiyyələri verildiHeydər Əliyev Fondunun təşəbbüsü ilə aztəminatlı ailələrin 2018-2019-cu tədris ilində birinci sinfə gedən övladlarına məktəb ləvazimatlarından ibarət hədiyyələr verilib.

Fonddan Mediaxeberleri.az-a verilən məlumata görə, hədiyyələr Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin dəstəyi ilə ölkə üzrə ünvanlı sosial yardım alan ailələrin 13 mindən çox birinci sinif şagirdlərinə paylanıb.

Heydər Əliyev Fondunun sifarişi ilə aztəminatlı ailələr üçün hazırlanan hədiyyə dəsti çanta və gündəlik məktəb ləvazimatlarından ibarətdir.

Qeyd edək ki, Fond aztəminatlı ailələrin birinci sinif şagirdlərinə “Təhsilə dəstək” layihəsi çərçivəsində hər il çanta və müxtəlif məktəb ləvazimatları hədiyyə edir.

Fəaliyyətində təhsil sahəsinə xüsusi önəm verən Heydər Əliyev Fondu bu layihə çərçivəsində aztəminatlı ailələrə sosial dəstək göstərməklə yanaşı, həm də təhsilin inkişafına öz töhfəsini vermiş olur.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

10:26 QARA GÜNƏ SON VERİLİR... - KASIB AİLƏLƏRİN DƏFN XƏRCLƏRİNİ FOND ÖDƏYƏCƏK Yaxşı olardı ki, bu işdə bələdiyyələrin imkanından istifadə edilsin Kasıbların dəfn xərclərinin Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, daha dəqiq, komitənin tabeliyində fəaliyyət göstərəcək xüsusi Fond tərəfindən ödənilməsi gözlənilir. Bu barədə komitənin sədri Mübariz Qurbanlı özü məlumat
09:47 GƏNCƏ DÖVLƏT UNİVERSİTETİ: İNKİŞAFIN YÜKSƏK MƏRHƏLƏSİNDƏ Respublikamızda sayılıb-seçilən, təhsilimizdə xüsusi yeri və çəkisi olan elm ocaqlarından biri də Gəncə Dövlət Universitetidir. Gözəl ənənələrə və şərəfli tarixə malik olan bu universitet ölkəmizə minlərlə ixtisaslı kadrlar vermişdir. Qərb regionunda ən nüfuzlu təhsil ocağı olan Gəncə
10:06 Kamal Abdulla: “Azərbaycanda radikal və ekstremist cərəyanların fəaliyyəti xeyli məhdudlaşıb” - MÜSAHİBƏ Yeni mədrəsələrin açılmasına hazırlıq işləri görülür” Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə dövlət müşaviri, akademik Kamal Abdullanın APA-ya müsahibəsi - “Multikulturalizm ili” çərçivəsində Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində hansı işlər
17:33 Ünvanlı dövlət sosial yardımları dayandırılırmı? - Rəsmi açıqlama Cari ilin ötən dövründə 75268 nəfər ailə üzvü olan 18855 ailəyə avtomatlaşdırılmış qaydada ünvanlı dövlət sosial yardımı təyin edilib. Mediaxeberleri.az xəbər verir ki, bunu Trend-ə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən (ƏƏSMN) İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elman Babayev
19:20 Ünvanlı sosial yardım ləğv olunur - Hökumətdən kasıblara daha bir “sürpriz” Vahid Əhmədov: “Bu proses ələbaxımlılığın aradan götürülməsi üçün nəzərdə tutulub” Bir vaxtlar aztəminatlı insanların güzəranının yaxşılaşması üçün nəzərdə tutulmuş ünvanlı sosial yardımın erası artıq başa çatmaqdadır. 10 il fəaliyyət göstərən bu layihənin ləğv olunacağı bildirilir. Ölkədə ünvanlı

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az