t s

» » Ağstafada müşavirə keçirilib

Ağstafada müşavirə keçirilib

11-09-2018, 21:03 Yazar:  Ələddin Kəsəmənli Baxılıb: 122 Çap et
Ağstafada müşavirə keçirilib
Müşavirədə elm və təhsil müəssisələrində qarşıda duran vəzifələr müzakirə edilib

Ölkəmizdə təhsilə, o cümlədən, məktəbəqədər təhsilə dövlətimiz tərəfindən göstərilən xüsusi diqqət və qayğı nəticəsində ən yüksək tələblərə cavab verən körpələr evi-uşaq bağçalarının sayı ilbəil artır. Həmçinin Ağstafa rayonunda da məktəbəqədər təhsil müəssisələrinin maddi-texniki bazası gücləndirilir, əsaslı təmir və yenidənqurma işləri həyata keçirilir, yeni-yeni körpələr-evi uşaq bağçaları inşa olunaraq körpə balalarımızın ixtiyarına verilir.


Mediaxeberleri.az xəbər verir ki, bu gün Ağstafa rayonu İcra hakimiyyəti başçı aparatının akt zalında rayonda məktəbəqədər təhsil müəssisələrinin vəziyyətinə dair geniş müşavirə keçirilib.

Ağstafa rayon İcra Hakimiyyətinin başçısı cənab Məhərrəm Quliyevin rəhbərliyi ilə keçirilən tədbirdə, Rayon İcra Hakimiyyətinin məsul işçiləri, körpələr evi-uşaq bağçalarının müdirləri iştirak ediblər. Rayonda bu sahənin mövcud vəziyyəti, narahatçılıq doğuran məsələlər ətraflı müzakirə edilib. Bağça müdirlərinin arayışları dinlənilib. İcra başçısı qeyd edib ki, bu gün ölkəmizdə körpə və uşaqlara göstərilən diqqət və qayğı, onlara yaradılan hərtərəfli şərait dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Rayonumuzun məktəbəqədər təhsil müəssisələrində dövlətimiz tərəfindən uşaqların milli ruhda böyüməsi, təlim-tərbiyəsinin günün tələbləri səviyyəsində qurulması və sağlamlıqlarının qorunması üçün ən yüksək şərait yaradılmışdır. Bu sahədə çalışan və tutduğu vəzifəsindən asılı olmayaraq hər bir şəxs, işinə yüksək məsuliyyət və sədaqətlə yanaşmalıdır. Fəaliyyətində hər hansı bir nöqsan aşkar edilən müəssisələr və şəxslər barəsində qanunamüvafiq tədbirlər görüləcəkdir. Rayon İcra hakimiyyətinin başçısı aidiyyəti üzrə konkret tapşırıqlarını verib.

Tədbir işgüzar şəraitdə keçib.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

22:52 QAZAX: Körpələrə diqqət və qayğı nümunəsi Qazax rayonunun gözəl və zəngin təbiəti, əlverişli coğrafi şəraiti var. İlin bütün fəsillərində göz oxşayan bu torpaq özünəməxsusluğu ilə həmişə fərqlənmiş, diqqət mərkəzində olmuşdur. Bunun nəticəsidir ki, istər elm və sənət, istərsə də hərb və incəsənət sahəsində bir-birindən tanınmış insanlar,
19:17 Qazaxda 3 saylı körpələr evi-uşaq bağçasının açılışı olub Bu gün Respublika Prezidenti İlham Əliyevin regionlarda uşaq bağçalarının tikintisi ilə bağlı imzaladığı 12 fevral 2018-ci il tarixli Sərəncamı Qazax rayonunda uğurla icra olunur. Sərəncamdan irəli gələn vəzifələrə uyğun olaraq azyaşlı körpələrin sağlam mühitdə böyüməsi və gözəl şəraiti olan
21:55 Qazaxda ilin yekunlarına dair hesabat yığıncağı keçirildi– FOTO Qazax rayonunda 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirilib. Yığıncaqda Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işçisi Əlibaba Əliyev, Milli Məclisin deputatları Kamran Nəbizadə və Ülviyyə Ağayeva
16:35 Məhərrəm Quliyev: “Rayona dövlət başçımızın qayğısı və köməyi olmasaydı, belə yüksək nəticə əldə edə bilməzdik” Bir il də arxada qaldı. Amma necə qaldı? Bax bu sual təkcə rayon rəhbərliyini deyil, sıravi ağstafalıların hamısını düşündürür. Çünki ağstafalı istəyir ki, evində həmişə isti çayı, yeməyi olsun, suyu həyətdəki krandan daim axsın, rahat asfalt yolla gedib-gələ bilsin, əkib-becərmək üçün şərait
01:04 2016-cı ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunları müzakirə edildi - AĞSTAFADA 2016-cı ilin yanvar-sentyabr aylarında rayonun sosial-iqtisadi inkişafının yekunlarına dair Ağstafa rayonu İcra hakimiyyəti başçısı yanında Şuranın geniş tərkibdə iclası keçirildi. Mediaxeberleri.az xəbər verir ki, tədbirdən əvvəl toplantı iştirakçıları ulu öndər Heydər Əliyevin abidəsini ziyarət

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az