t s

» » Karateçilərimiz beynəlxalq turnirdə 7 medal qazandı - FOTO

Karateçilərimiz beynəlxalq turnirdə 7 medal qazandı - FOTO

11-09-2018, 16:31 Yazar:  Firuzə Baxılıb: 101 Çap et
Karateçilərimiz beynəlxalq turnirdə 7 medal qazandı - FOTO
Gürcüstanın Tbilisi şəhərində karate üzrə "Open Tbilisi" beynəlxalq turnirində idmançılarımızın çıxışı uğurlu alınıb.


Mediaxeberleri.az xəbər verir ki, 8-9 sentyabr 2018-ci il tarixlərində keçirilmiş mötəbər yarışda karateçilərimiz 5 qızıl, 1 gümüş və 1 bürünc medal qazanmaqla tarixi nailiyyətə nail olub:


1. Həsənəli Həsənov – I yer (kata üzrə, 16+ yaş qrupu)
2. Xaqan Həsənov – I yer (kumite üzrə, -55 kq, 16-17 yaş qrupu)
3. Fidan Həmidova – I yer (kumite üzrə, -53 kq, 16-17 yaş qrupu)
4. Fatma Hacıyeva – I yer (kumite üzrə, - 30 kq, 8-9 yaş qrupu)
5. Əli Səfərov – I yer (kumite üzrə, - 30 kq, 8-9 yaş qrupu)
6. Mərdan Mehdizadə – II yer (kata üzrə, 10-11 yaş qrupu)
7. Əsgər Hüseynzadə – III yer (kumite üzrə, -58 kq, 12-13 yaş qrupu )



Qeyd edək ki, beynəlxalq turnirdə komandamızın baş məşqçisi Vüqar Həsənov və məşqçi Coşqun Sadıqov iştirak edib. Azərbaycanı hakim qismində isə Namiq Həsənov təmsil edib.


Ənənəvi olaraq, yarışa yollanmış bəzi idmançı, məşqçi və hakimin xərclərini Dünya Şotokan Federasiyasının İdarə Heyətinin üzvü, Dünya Şotokan Federasiyasının Azərbaycan nümayəndəliyinin rəhbəri Arif Məmmədov öz üzərinə götürüb. Bu dəstək isə idmançı, məşqçi və hakimlərdən ibarət komandanın daha yaxşı nəticələr əldə etməsinə müsbət təsir edir.
Karateçilərimiz beynəlxalq turnirdə 7 medal qazandı - FOTO
Karateçilərimiz beynəlxalq turnirdə 7 medal qazandı - FOTO





www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

17:46 İlham Əliyev yüzlərlə məhbusu əfv etdi - SİYAHI + YENİLƏNİB Azərbaycan prezidenti İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə əfv olunması haqqında sərəncam imzalayıb. Mediaxeberleri.az-ın xəbərinə görə, sərəncama əsasən, azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş aşağıdakı şəxslər cəzanın
11:42 Ziya Məmmədovun adı daha bir qalmaqalda - İDDİA Sələm biznesinin ledisi olan Fatma Yolçiyeva barədə ölkə mətbuatı çox yazıb. Hətta iki il əvvəl onun qurbanlarından biri olan Məcidov Sudef Hacıbala oğlu ölkə mətbuatına Fatma Yolçiyeva tərəfindən başına gətirilən zülmlərdən danışıb. Sudef Məcidov hətta “QAFQAZ XƏBƏR MEDİA MƏRKƏZİ”ndə mətbuat
21:10 Ən əski türk soylarından biri – KOLANILAR Kolanılar ən əski türk boylarından biridir. Çox geniş ərazidə yayılmışlar. Bu gün təkcə quzey Azərbaycanda deyil, eləcə də güney Azərbaycanda, İraqda, Misirdə, Suriyada, Əfqanıstanda, Özbəkistanda, Türkiyədə, hətta Almaniyada və digər ölkələrdə ümumilikdə 100 minlərlə kolanı türkü yaşamaqdadır.
13:21 Karateçilərimiz "Batumi Open 2015"dən medallarla qayıtdı - VIDEO Gürcüstanın Batumi şəhərində karate-do üzrə Beynelxalq BATUMI OPEN turniri Azərbaycan idmançıları üçün medallarla bol olub. Mediaxeberleri.az xəbər verir ki, Gürcüstanın Batumi şəhərində keçirilən karate-do üzrə Beynəlxalq BATUMI OPEN turnirində Olkəmizi 10 idmancı təmsil edib.Komanda kumite
03:30 Təcavüzə uğradı, evləndirildi, fahişəliyə cəlb edildi - ŞOK OLAY Türkiyənin Dənizli şəhərində 9 yaşında ikən anasının sevgilisi tərəfindən təcavüzə uğrayan, 11 və 13 yaşlarında “başlıq” üçün anası tərəfindən iki dəfə evləndirilən gənc xanım üç uşaq sahibi olandan sonra həyat yoldaşının işgəncələrinə dözə bilməyib evdən qaçıb və fahişəlik bataqlığına düşüb.

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az