t s

» » "Neft 100 dollara qədər bahalaşa bilər" - Ekspert

"Neft 100 dollara qədər bahalaşa bilər" - Ekspert

11-09-2018, 14:52 Yazar:  Nuhu Baxılıb: 32 Çap et
"Neft 100 dollara qədər bahalaşa bilər" - Ekspert"ABŞ Prezidenti Donald Tramp noybarın 4-nə qədər müttəfiq ölkələrdən İrandan neft idxalını dayandırmasını istəsə, dünya bazarında "qara qızıl"ın 1 barelinin qiyməti 100 dollara qədər arta bilər".

Mediaxeberleri.az xarici mətbuata istinadən xəbər verir ki, bunu “FACTS Global Energy Group”un rəhbəri Fereidun Fesharaki bildirib.

Xatırladaq ki, noyabrın 4-də ABŞ-ın İrana qarşı yeni sanksiyaları qüvvəyə minir.

“İrandan neft tədarükü tamamilə dayansa, digər böyük istehsalçılar bu boşıuğu asanlıqla doldura bilməyəcək. Odur ki, "Brent" markalıneft 100 dollara qədər bahalaşa bilər”, - o qeyd edib.

Bununla belə, ekspertin fikrincə, qiymətin 100 dollara çatması həm də ABŞ və Çinin arasındakı ticarət müharibəsindən asılıdır.

Qeyd edək ki, əmtəə birjalarında "Brent" markalı neft sonuncu dəfə 100 dollara 2014-cü ildən satılıb. Hazırda onun qiyməti 77-78 dollar/barel təşkil edir.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

16:55 Xarici valyuta ilə krediti olanlar, bu xəbəri oxuyun! Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, Mülki Məcəllənin 439.1-ci maddəsinin “pul öhdəliyi manatla ifadə edilməlidir” müddəası əqdin predmetini pulun özü təşkil etdiyi hallara şamil olunmur və bu maddə Konstitusiyanın 19-cu maddəsinin III hissəsində təsbit olunmuş Azərbaycan
19:08 MTN-in xüsusi təyinatlıları Hafkanın dalınca gəlib: Cahangir Hacıyevin yeni fırıldaqları Azərbaycan Beynəlxalq Bankının keçmiş rəhbəri Cahangir Hacıyev barədə çox yazılıb, çox danışılıb. İş adamı Hafiz Məmmədovla bağlı əhvalat üzərində isə xüsusi olaraq dayanmaq lazımdır. C.Hacıyev və qudası – keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudov tərəfindən bir sıra hərəkətlər nəticəsində
15:18 Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə ünvanlanmış əfv haqqında müraciətlərinə baxaraq, məhkumların şəxsiyyətini, səhhətini, ailə vəziyyətini, cəza çəkdikləri
18:47 Prezident İlham Əliyev əfv fərmanı imzaladı - TAM SİYAHI Prezident İlham Əliyev əfv fərmanı imzalayıb. Mediaxeberleri.az AzərTac-a istinadən həmin fərmanı diqqətinizə çatdırır: Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə
18:00 Dollar kreditləri haqda qərar - RƏSMİ “Pul” termini ilə təkcə milli valyutanı yox, xarici valyutanı da ehtiva edir Konstitusiya Məhkəməsi dollar kreditləri ilə bağlı qərar qəbul edib. Konstitusiya Məhkəməsinin Plenumum iclası keçirilib. İclasda iş üzrə hakim R.Qvaladzenin məruzəsini, maraqlı subyektlərin nümayəndələrinin və

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az