t s

» » 14 yaşlı qızın evdən qaçma səbəbi bilindi: - “Müstəqillik istəyir...”

14 yaşlı qızın evdən qaçma səbəbi bilindi: - “Müstəqillik istəyir...”

11-09-2018, 13:10 Yazar:  Nuhu Baxılıb: 105 Çap et
14 yaşlı qızın evdən qaçma səbəbi bilindi: - “Müstəqillik istəyir...”Sumqayıt şəhərində itkin düşən 14 yaşlı qızla bağlı yeni məlumat var.

Mediaxeberleri.az xəbər verir ki, bu barədə AzNews.az-a Sumqayıt şəhər Polis İdarəsindən məlumat verilib. Məlumatda qeyd edilir ki, Şahanə Baxşıyevanın yeri bu gün təsbit olunacaq:

“Qız sağ-salamatdır. Bizdə onunla bağlı məlumat var, sadəcə, yeri təsbit olunmalıdır. Hazırda onun yerinin müəyyən olunması istiqamətində tədbirlər görülür. Ailə üzvləri hüquq-mühafizə orqanlarına qızın evdən getməsi ilə bağlı məlumat veriblər. Çətinlik yaradan odur ki, Şahanənin əlaqə telefonu yoxdur. Şahanə “instaqram”da anasının telefonu vasitəsi ilə səhifə açıb. Atası yoxdur, anası və bacıları ilə birlikdə yaşayır.

Anasının dediyinə görə, evdə aralarında heç bir söz-söhbət olmayıb. Evdən getmək onun üçün adətə çevrilib. Anası bildirib ki, Şahanə iki ay bundan əvvəl də evdən qaçıb. Amma 3 gündən sonra yenidən evə qayıdıb. Şahanə sərbəstlik, müstəqillik istəyir. Yəni heç kəs ona deməsin ki, burdan dur, ordan otur”.

Qeyd edək ki, Sumqayıt şəhər sakini, 2004-cü il təvəllüdlü Şahanə Xalid qızı Baxşıyeva altı gün bundan əvvəl, təqribən, axşam saatlarında yaşadığı Kimyaçılar qəsəbəsindəki evdən çıxaraq naməlum istiqamətə gedib və bir daha geri qayıtmayıb.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

20:52 Şahidin cinayət təqibi orqanı tərəfindən ölkədən getmək hüququnun məhdudlaşdırılması hüquqidirmi?! Oxucularımızın diqqətinə "Azərbaycan vəkili" jurnalında işıq üzü görmüş vəkil Sadiq Əfəndiyevin hazırladığı maraqlı yazını təqdim edirik. Yazıda cinayət prosesində ölkədən getmək hüququnun məhdudlaşdırılmasının şahidə münasibətdə tətbiq edilməsinin hüquqi olub-olmaması və buradan doğan nəticələr,
16:01 “Uluyol-Hünər” Ailəsinin “Ailə Günü” toplantısında deyilmiş fikirlər Asif Atanın – İnam Atanın Mütləqə İnam Ocağı “Uluyol-Hünər” Ailəsinin “Ailə Günü” toplantısında deyilmiş fikirlər Ocaq Günsırası ilə 28 Od Ayı, 37-ci ildə (iyul, 2015) İnam Evində “Uluyol-Hünər” Ailəsinin “Ailə Günü” toplantısı keçirildi. Öncə Ailə Gününün quralları yerinə yetirildi. Sonra
09:25 Bacısı ilə cinsi əlaqədə olan oğlan: Onun hərəkətlərindən ehtiraslandım “Bacımın məndən xoşu gəlirdi, mən də onu sevdiyimi deyirdim”. Şabran rayon sakini, 18 yaşlı Rəvan Babayev 15 yaşlı ogey bacısı Vəfanı (təqsirləndiriləndən başqa yazıda adı hallanan digər şəxslərin adları şərtidir - H.Z.) zorlayıb. Araşdırmalara görə, hadisə 2012-ci ildə baş verib. Həmin ilin
21:22 Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Asif Atanın (İnam Atanın) Mütləqə İnam Ocağı Ata Ocaq ilsırasının 37- ili Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Törən öncəsi həyətdə tonqal qalandı. Tonqal başında qutsal söz söylənildi. Nurtəkin Atalı: Bu Ocağın qalanması, məni “Xalqlaşma İli”mizdə yeni uğurlara çağırır. Soylu Atalı: Sən
19:55 M.Ə.Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti” bitiyini “Tanıtma törəni” keçirildi Türkel Araşdırma Qurumu sunur (Məhəmməd Əmin Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti” bitiyini “Tanıtma törəni” keçirildi) Soylu Atalı: Ürəyinizdə Günəş olsun, sayğılı yurddaşlarımız! Bu gün fevral ayının (bizdə Köçəri Ayının) 10-u Azərbaycanın tarixi faciələrindən birinin “Türkmənçay Bağlaşması”nın

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az