t s

» » Manatı hamam vannasına səpmək, cırmaq hüquqi məsuliyyət yaradırmı?

Manatı hamam vannasına səpmək, cırmaq hüquqi məsuliyyət yaradırmı?

6-09-2018, 08:21 Yazar:  Gülnar Baxılıb: 100 Çap et
Manatı hamam vannasına səpmək, cırmaq hüquqi məsuliyyət yaradırmı?
Son vaxtlar sosial şəbəkələrdə, xüsusən də İnstaqramda manatdan oyun kartı kimi istifadə etmək, fokus göstərmək, hamam vannasına, otaqda başına səpmək kimi müxtəlif videolar yayılmaqdadır. Bu videolar bəziləri üçün maraqlı görünsə də, əksəriyyət tərəfindən tənqidlə qarşılanır. Şərhlərdə ölkənin milli valyutası ilə bu cür davranmağın yolverilməz olduğu bildirilir.

Qeyd edək ki, bundan əvvəl də canlı efirdə veriliş aparan əkiz bacılar, müğənni Sevil-Sevincin manata qarşı təhqiramiz sayılan davranışı geniş müzakirələrə səbəb olmuşdu. Belə ki, bacılar efirə başlayar-başlamaz mahnı oxuyan qızlardan biri operatorun onlara uzatdığı manatı alaraq, cırıb, parçalara bölərək, nümayişkaranə şəkildə yerə atmışdı. Digər bacı isə onun bu hərəkətinin nə dərəcədə yanlış olduğunu əl və göz işarələri ilə göstərməyə çalışsa da, artıq iş-işdən keçmişdi. Milli valyutasına qarşı nümayişkaranə şəkildə edilən bu cür təhqiramiz davranış sosial şəbəkə istifadəçiləri tərəfindən kəskin qarşılanmışdı. Tanınmış ictimaiyyət nümayəndələri, hətta millət vəkilləri qalmaqala öz münasibətlərini bildirmişdi.

Onu da əlavə edək ki, manat Azərbaycanın milli, siyasi, iqtisadi müstəqilliyinin əlamətlərindən biri, milli rəmzləri sırasındadır. Azərbaycan manatı konstitusiyaya görə Azərbaycan Mərkəzi Bankı tərəfindən dövriyyəyə buraxılır və dövriyyədən çıxarılır. Beləliklə, manat dövlətin mülkiyyətində olduğu üçün ona qarşı hər hansı təhqiramiz və yaxud xoşagəlməz davranış nümayiş etdirmək dövlət əmlakına zərər vurulması kimi hesab edilə bilər.

Bəs qanunvericilik nə deyir? Ölkənin milli rəmzinə qarşı təhqiramiz davranışlar etmək, qurar kartı kimi oynatmaq, fokus göstərmək hüquqi məsuliyyət yaradırmı?

Bank və maliyyə məsələləri üzrə ekspert Əkrəm Həsənov məsələ ilə bağlı “Yeni Müsavat”a danışıb:

“Xeyr, çox təəssüf ki, bu məsələ qanunvericilikdə nəzərdə tutulmayıb. Baxmayaraq ki, manat qeyri-rəsmi olaraq ölkəmizin atributudur, amma rəsmi bu cür qanun yoxdur. Buna görə də manata qarşı hər hansı xoşagəlməz davranış məsuliyyət yaratmır. Manat onu cibində gəzdirən şəxsin mülkiyyətindədir. Əlbəttə ki, şəxs onu cıra, harasa yapışdıra da bilər. Faktiki olaraq şəxsin özü maddi itkiyə məruz qalır və bu onun öz şəxsi işidir. Amma düşünürəm ki, manata qarşı hörmətsizlik, sayqısızlıqla bağlı hansısa məsuliyyəti nəzərdə tutmaq olar”.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

16:55 Xarici valyuta ilə krediti olanlar, bu xəbəri oxuyun! Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, Mülki Məcəllənin 439.1-ci maddəsinin “pul öhdəliyi manatla ifadə edilməlidir” müddəası əqdin predmetini pulun özü təşkil etdiyi hallara şamil olunmur və bu maddə Konstitusiyanın 19-cu maddəsinin III hissəsində təsbit olunmuş Azərbaycan
17:18 "Atam mənə elə sərvət qoyub ki, heç vaxt bitməyəcək” Bəxtiyar Məmmədov mərhum xanəndə Səxavət Məmmədovun oğludur. 8 yaşından Azərbaycan Dövlət Televiziyasında (AzTV) bir sıra uşaq verilişlərinin aparıcısı olan B.Məmmədov hazırda diplomatik fəaliyyətlə məşğuldur. 1984-cü ildə anadan olan B.Məmmədov 2001-ci ildə Bakı şəhəri 43 saylı litseyi fərqlənmə
13:32 Prezidentin nitqinin stenoqramı: “Gücümüz buna çatır...” Xəbər verildiyi kim prezident İlham Əliyev dünən yanvarın 18-də ölkədəki iqtisadi-sosial vəziyyətə dair hökumətin iqtisadi blokuna daxil olan nazirlərlə və bu sahəyə məsul digər rəsmilərlə müşavirə keçirib. Həmin müşavirədə prezident iqtisadi siyasətdə bir sıra radikal dəyişikliklərin anonsunu
18:00 Dollar kreditləri haqda qərar - RƏSMİ “Pul” termini ilə təkcə milli valyutanı yox, xarici valyutanı da ehtiva edir Konstitusiya Məhkəməsi dollar kreditləri ilə bağlı qərar qəbul edib. Konstitusiya Məhkəməsinin Plenumum iclası keçirilib. İclasda iş üzrə hakim R.Qvaladzenin məruzəsini, maraqlı subyektlərin nümayəndələrinin və
08:02 Konstitusiya Məhkəməsi qərar verdi - Krediti olanlar, bu xəbəri oxuyun! Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Fərhad Abdullayev (sədr), Sona Salmanova, Südabə Həsənova, Rövşən İsmayılov, Rafael Qvaladze (məruzəçi-hakim), Mahir Muradov, İsa Nəcəfov və Kamran Şəfiyevdən ibarət tərkibdə, məhkəmə katibi Teymur Ocaqverdovun, maraqlı subyektlərin

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az